İran və Azərbaycan arasında müharibə qapıda?
Digərləri 05 Apr 2023 11:47:00 272 0
Azərbaycanın müstəqil geosiyasi aktor kimi mövcudluğu bir çox dövlətləri, o cümlədən qonşu İranı ciddi şəkildə narahat etməsi şübhəsizdir. Vətən müharibəsi və bu müharibədəki Zəfərin nəticələri fars molla rejimini ciddi şəkildə narahat edib və bu mənfur siyasətini davam etdirir. Yaşanan gərginlik rus, Qərb, o cümlədən qardaş türk mediasının da diqqət mərkəzindədir.
Bu xəbəri də oxu: Azərbaycanda elektromobillərin şarjı neçəyə başa gəlir?
Məsələn, "Türkiye" qəzetində dərc olunan "İranla Azərbaycan arasında sular isindi: İki ölkə arasında gərginlik artır! Yeni bir müharibə yaxınlaşırmı?" başlıqlı məqalədə vurğulanır ki, Azərbaycanın Qarabağda qələbəsi cənub qonşusu İranla gərginliyə səbəb olub. O gündən etibarən iki ölkə arasında gərginlik gah azalır, gah da artır. 2 aprel hərbi göndərişi və ondan sonra gələn mesajlar, "Yeni bir müharibə yaxınlaşırmı?" sualını gündəmə gətirib.
Müəllif yazısında qeyd olunur ki, "Azərbaycanın Ermənistana qarşı sərt mübarizəsindən sonra qazanılan Qarabağ qələbəsi regionda dominantlıq edən ölkələrdən biri olan İranı narahat etdi. Azərbaycan sərhədində həyata keçirdiyi əməliyyatlarla iki ölkə arasında tez-tez münasibətləri gərginləşdirən İranın son hərəkəti gərginliyin pik həddidir. İran bu bazar günü hərbi yük məsələsi ilə Azərbaycana mesaj verdi və bu, da ipləri qırılma nöqtəsinə gətirib. Belə ki, aprelin 2-də gecə saatlarında Azərbaycan sərhəd xəttinə hərbi yüklər həyata keçirib. Bundan dərhal sonra İran İnqilab Keşikçiləri Korpusunun Twitter hesabında müharibə elanı və ya qisas mənasını verən qırmızı bayraq paylaşılıb. İranın bu gedişlərlə Azərbaycanı açıq şəkildə təhdid etdiyi görünsə də, politoloqların da eyni fikirdə olduğu məlumdur. İş o yerə çatıb ki, İranın Azərbaycanın sərhəd bölgəsində tez-tez təlimlər keçirməsi, Araz çayını keçməyə çalışması kimi addımları Azərbaycana mesaj vermək və qorxutmaq olduğunun göstəricisi kimi dəyərləndirilir".
O da bildirilir ki, bundan əvvəl, 27 yanvarda Azərbaycanın İrandakı səfirliyinə də hücum təşkil edilmiş, bu hücumda mühafizə rəisi həlak olmuş, 2 mühafizəçi yaralanmışdı. 2023-cü il martın 28-də azərbaycanlı deputat Fazil Mustafaya qarşı sui-qəsd edilib. Azərbaycan Xarici İşlər Nazirliyi sui-qəsddə İranı günahlandırıb.
2023-cü il martın 29-da Azərbaycanın İsraildə səfirliyi açılıb. Nəhayət, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani martın 31-də verdiyi açıqlamada, İsrailin xarici işlər naziri Eli Koen və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun birgə mətbuat konfransından sonra iki ölkənin "İrana qarşı ümumi cəbhə yaratdığını" iddia edib. "Bu bəyanatlar sionist rejimin Azərbaycan Respublikasının ərazisini təhlükə zonasına çevirmək kimi pis niyyətlərinin daha bir sübutudur", deyib.
Məqalənin sonunda vurğulanır ki, "Ermənistanın ən mühüm siyasi müttəfiqi və kommersiya tərəfdaşlarından olan İranın təhlükəli addımları "Azərbaycanı müharibəyə dəvət edirmi?" sualını gündəmə gətirib.
Azər Nuriyev Son.az
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan
"Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram T
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin tvitter üzərindən a�
"5 mərtəbə" deyilən dairə yenidən "avtoş'' ların
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ener
Rusiya prezidenti Vladimir Putinə bənzəyən şəxsin sərnişin avtobusundak�
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Bi
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin ed
Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Tacikistan Respubli
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sult
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xa
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.