Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısına məktub göndərib
Siyasət 05 Apr 2023 10:40:00 245 0
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha məktub göndərib.
Bu xəbəri də oxu: Azərbaycan Texnologiya Universitetinə rektor təyin olundu FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix - diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.
Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Son.az
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xa
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəs
"Xankəndinə daxil olanda sevinc hissi keçirirdik".
2023-cü ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbl
Vüsalə Səid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki (RİNN) vəzi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yo
Dünya Bankının (DB) hesablamalarına görə, Ukraynanın yenidən qurulması
"Rusiya Prezidenti Vladimir Putin amansız müharibəyə başlayanda Avropa
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Şişkinliyi azaltmaq üçün daha çox lif, həmçinin göyərti, alma və quru
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Böyük Britaniyadan olan anasının böyüdüb boya-başa çatdırdığı bir k