“Afaq Bəşirqızı savaşasavaşa məni qucağına alıb, səhnənin qırağına atdı...”


Şou-biznes 05 Apr 2023 11:41:00 247 0

“Afaq Bəşirqızı savaşasavaşa məni qucağına alıb, səhnənin qırağına atdı...”

"Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Ömür boyu ona pis baxmışam ki, evdə olan qan qaralığı teatra gətirəsən. Çox xırda şeylər məni əsəbləşdirir. O vaxt universitetdə dərs deyəndə tələbələrə əsəbləşirdim. Çünki bu sənətə laqeyd baxırdılar. Mən elə bilirdim ki, incəsənət sahəsində gəlib Cəfər Cabbarlının qəhrəmanları ilə, Şekspirin əsərləri ilə tanınacam. "Moşu" obrazı ilə tanındım. Amma bu rola qədər mən teatrda çox dramatik rollar oynamışam. Bu rollarımı sayanda bir çoxları deyir ki, xəbərsizik. Axı tamaşaları televiziyada göstərmirdilər".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.

"Bəxt üzüyü" filmindəki Moşu obrazı məni həm qabağa saldı, həm də arxaya atdı. Hətta bir dəfə filmə dəvət etmişdilər, rejissorlar öz aralarında söhbət edirdilər ki, "Vallah bu Moşu olacaq, sifət Moşudur da". Yaxşı pyesdir, Vaqif Səmədoğlu yazıb, ürəyini, əziyyətini bura qoyub. Bu obraz elə-belə yaranmadı. Müşahidə etdim. "Moşu"-nun pejamasını teatrın içindəki bir aktyordan götürdüm. Hərədən bir şey götürdüm. Allah rəhmət etsin, böyük şairimiz Zəlimxan Yaqub həmişə mənimlə görüşəndə deyirdi ki, "Moşu mənəm". "Bəxt üzüyü" filminə bəlkə də heç 5 dəfə baxmamışam. Həmişə göstərəndə deyirəm ki, kanalı dəyişin. Mən özümə niyə baxım ki? Mənim üçün maraqlı deyil, oldu keçdi" deyə sənətkar bildirib.

Valeh Kərimov gənclik illərindəki sevgisindən də danışıb.

"Evlənmək istəmirdim, anam fikir edirdi. Evdə də qadağan etmişdim ki, mənə evliliklə bağlı sual verməyin. İşə gedirdim, görürdüm ki, bacım axşamdan məktub yazıb, cibimə qoyub. O da deyirdi ki, anam fikir edir, Valeh evlən. 32 yaşında evləndim. Azad olmaq, azad yaşamaq istəyirdim. Mən cavanlıqda çox xanımlara vurulmuşam, amma heç kim mənə vurulmayıb. Çünki gənc qızlar gözəllik, yaraşıq axtarırdılar. O da məndə yox idi. Nəyimə vurulsunlar? Şükür Allaha, 3 övladım var. İki oğlan, bir qız" deyə sənətkar bildirib.

Valeh Kərimov xalq artisti Afaq Bəşirqızı ilə tanışlığından da danışıb.

"1975-ci ildə Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrına gəldi. İlk tamaşası da "Komsomol" tamaşasında Humay obrazı oldu. Mən də Gəray bəyi oynayırdım. Bu tamaşadan sonra dostluğumuz yarandı. "Lənkəran xanının vəziri" tamaşasında da birlikdə oynayırdıq. Mən vəziri, Afaq xanım isə vəzirin arvadlarından biri olan Şölə xanımı oynayırdı. Tamaşada belə bir səhnə var ki, vəzirin arvadları savaşır. Mən də o vaxt arıq, çəlimsiz oğlan idim. Afaq xanım savaşa-savaşa birdən məni qucağına alıb, aparıb səhnənin kənarına qoydu. Artist dözə bilər? Afaq xanım səhnədə həqiqətən də çevik və enerjili idi" deyə sənətkar bildirib.

Son.az  

İran səfirinin açıqlaması Azərbaycanı diplomatik yolla təhdid etməkdir like
  • 05 Apr 11:32  
Siyasət İran səfirinin açıqlaması Azərbaycanı diplomatik yolla təhdid etməkdir

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin tvitter üzərindən a�

arrow Ətraflı
Avtoşlar yenidən "5 mərtəbə"də görünüblər like
  • 05 Apr 11:19  
Digərləri Avtoşlar yenidən "5 mərtəbə"də görünüblər

"5 mərtəbə" deyilən dairə yenidən "avtoş'' ların

arrow Ətraflı
Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmənin like
  • 05 Apr 11:07  
Digərləri Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmənin

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ener

arrow Ətraflı
Avtobusda çəkilən görüntülər gündəm oldu like
  • 05 Apr 11:00  
Digərləri Avtobusda çəkilən görüntülər gündəm oldu

Rusiya prezidenti Vladimir Putinə bənzəyən şəxsin sərnişin avtobusundak�

arrow Ətraflı
Bakıda Qazaxıstan Ticarət evi açılmalıdır like
  • 05 Apr 10:53  
Digərləri Bakıda Qazaxıstan Ticarət evi açılmalıdır

Bakıda Qazaxıstan Ticarət evi açılmalıdır.

arrow Ətraflı
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib like
  • 05 Apr 10:50  
Siyasət Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Bi

arrow Ətraflı
Respublika Narkoloji Mərkəzində baş direktor vəzifəsinə like
  • 05 Apr 10:47  
Digərləri Respublika Narkoloji Mərkəzində baş direktor vəzifəsinə

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin ed

arrow Ətraflı
Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edildi like
  • 05 Apr 10:46  
Digərləri Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edildi

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyi

arrow Ətraflı
AzərbaycanTacikistan Hökumətlərarası komissiyanın həmsədri dəyişdirilib like
  • 05 Apr 10:42  
Siyasət AzərbaycanTacikistan Hökumətlərarası komissiyanın həmsədri dəyişdirilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Tacikistan Respubli

arrow Ətraflı
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısına məktub göndərib like
  • 05 Apr 10:40  
Siyasət Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısına məktub göndərib

Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sult

arrow Ətraflı
Goranboyda qəbiristanlıqda atəş açılıb, like
  • 05 Apr 10:32  
Kriminal Goranboyda qəbiristanlıqda atəş açılıb,

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.

arrow Ətraflı
İlham Əliyev Mərkəzi Asiya üçün yeni imkanlar yaradır like
  • 05 Apr 10:27  
Siyasət İlham Əliyev Mərkəzi Asiya üçün yeni imkanlar yaradır

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xa

arrow Ətraflı
İsrail Qəzza zolağına zərbələr endirib like
  • 05 Apr 10:21  
Dünya İsrail Qəzza zolağına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.

arrow Ətraflı
“O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim işdən çıxarıldı like
  • 05 Apr 10:12  
Digərləri “O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim işdən çıxarıldı

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəs

arrow Ətraflı