İrəvandan Moskvaya NÖVBƏTİ ZƏRBƏ Paşinyan hakimiyyəti
Digərləri 04 Apr 2023 10:00:00 261 0
Ermənistanda rusofob əhval-ruhiyyə güclənməkdə davam edir. Sürətlə Qərbə doğru inteqrasiya siaysəti yürütməkdə davam edən Nikol Paşinyan hakimiyyəti Moskvanın orbitindən çıxmaq istiqamətində hər cür addımlar atmaqda davam edir. İrəvan, deyəsən Rusiyanı və rusları xatırladan hər nə varsa ondan imtina etmək xəttini götürüb. Ölkədə Rusiyaya və ümumiyyətlə ruslara, rus dilinə qarşı kin-küdurət olması faktdır.
Bu xəbəri də oxu: Bakının bu ərazilərində qaz olmayacaq
Bu dəfə hakimiyyət bir anda iki dövlət qəzetini - "Hayastani Hanrapetutyun" və "Respublika Armenia"nı bağlamaq qərarına gəlib. Məsələ ondadır ki, sonuncu nəşr ölkədə rus dilində nəşr olunan ilk qəzet idi. Bu addımla da rəsmi İrəvan Kremlə qarşı sərt mesajını ortaya qoymuş olub.
NEWS.am saytı bununla bağlı Armenpress-ə sorğu göndərib və cavabında bildirilib ki, "qərar 2022-ci il üçün maliyyə göstəricilərinin hesablanması və "Hayastani Hanrapetutyun" və "Respublika Ermənistan" qəzetlərinin aşağı gəlirliliyi ilə əlaqədar olub. Bu səbəbdən qəzet çapını dayandırmaq lazım gəlinib".
Hər iki nəşr 1990-cı ilin oktyabrında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfindən təsis edilib. 100 faiz dövlət büdcəsindən maliyyələşən qəzetlərin maliyyəsinin dayandırılmasını çoxları antirusiya əhval-ruhiyyənin artması ilə əlaqələndirirlər. "Armenpress" əvvəlki hakimiyyətin təşəbbüsü ilə 2017-ci ilin sonunda hər iki qəzetin naşiri olub.
Azərbaycan qazına çıxış əldə etmək üçün Şimali Makedoniya və Yunan
"Artıq 15 ildir ki, avtomobil idarə etmirəm. Sürücüm var. Əvvələr
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat vasitəsi L
Dünya miqyasında neft hasilatının azaldılması qərarı Bakının "qar
Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılm
Rusiyanın Moskva vilayətinin Klin şəhər dairəsində dəhşətli qətlin ü
"Ailə" serialında Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın öpü�
Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, dönüş nöqtəsinə
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya
Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba