Zirvədən yerə çırpılan Nağılbaz
Şou-biznes 03 Apr 2023 23:28:00 344 0
Biri var idi, biri yox idi, bu dünyada bir Anar Nağılbaz var idi. Yaşasaydı bu gün Azərbaycanda repin atasının 47 yaşı olacaqdı. Amma olmadı. O nə repə , nə də öz doğma balalarına sona qədər atalıq edə bilmədi. 42 yaşında anlamsız adlandırdığı dünyadan köçdü getdi.
Bu xəbəri də oxu: Məşhur musiqiçi öldü FOTO
Son.az lent.az-a istinadən "Bir ulduz axdı" layihəsində 47 yaşı tamam olan mərhum repçi Anar Nağılbazı xatırlayır.
Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Atası sabiq deputat Rizvan Cəbiyev idi.
Atası onu jurnalist kimi görmək istəsə də, o, Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsini bitirib. Elə yeniyetməlik çağından arzuları aşıb daşan Anar Azərbaycanda nədəsə bir ilkə imza atmaq, inqilab etmək istəyirdi. Bunu sonralar verdiyi müsahibələrdə də dəfələrlə qeyd etmişdi.
Hip-hopa maraq göstərən Anar Nağılbaz rep karyerasına 1990-cı ildə 14 yaşında başlayıb, həmin il Yaltada keçirilən beynəlxalq festivalın qalibi olub.
Yaradıcılığa ilk dəfə nağıllarla başlayan repçi bu səbəblə özünə Nağılbaz təxəllüsünü götürüb.
1990-cı illərdə bir müddət "Kirpi" jurnalında, "Naxçıvan" qəzetində müxbir, mədəniyyət saraylarında rejissor kimi çalışıb. Şöhrət onu tez tapır. 90-cı illərdə Anar Nağılbaz zirvəyə doğru sürətlə qalxırdı. İlk klipi "Narko dünya" ona böyük məşhurluq gətirir. Dediyi replərdə, çəkdiyi kliplərdə narkotiklərdən həddən artıq bəhs edirdi, çoxları onun narkoman olduğunu düşünürdü. Ona şöhrət gətirən "Narko dünya" elə ölümünə də səbəb olur. Bu barədə az sonra.
Konsertlərdən qazandığı gəlirlə "Bakı oğrusu" filmini çəkməyi də unutmamışdı.
Pulu da var idi, şöhrəti də. Gənc yaşda gələn ani şöhrət başını gicəlləndirdi, ətrafına yığışan kütlə onun ətəyindən sallanıb zirvədən salmağı da, uçuruma yuvarlamağı da bacardı. O, ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlansa da münasibətlər tez pozulur.
Anar Anjelika adlı xanımla eşq yaşayır. Qızın ailəsi onların münasibətlərini qəbul etmir deyə toylarına da gəlmirlər. Anar Nağılbazın anası Şərqiyyə xanımın dediyinə görə, Anar səsini çıxarmasa da, evlənəndən sonra çox dəyişir, ailə həyatından məmnun olmur. Anarın içkiyə qurşanması ailəni uçuruma aparır. Anjelika iki övladını götürüb Anarı tərk edir.
Ömrünün son illərində Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Onun haqqında dayanmadan nağıllar danışırdılar. Artıq yaradıcılığı ilə deyil, xoşagəlməz xəbərlərlə gündəmə gəlirdi. Hər dəfə haqqında nəsə yazılanda o bir az da çökür, bir az da batır, təsəllini narkotik vasitələrdə, içki şüşələrində axtarırdı. Bütün bunlar əlbəttə onun səhhətinə təsirsiz ötüşmürdü. Anar qaraciyər sirrozuna tutulur. Bir yandan pulsuzluq, bir yandan itən şöhrət və işsizlik, bir yandan sosial şəbəkələrdə üstünə çəkilən hücumlar... Anar ölkəni tərk etmək qərarı verir və Çexiyanın paytaxtı Praqaya gedir. Həmin ərəfələrdə atası onun müalicə üçün getdiyini desə də, Anarın siyasi mühacir kimi getdiyini, hətta orda cinsi yollarla ötürülən sifilis xəstəliyinə tutulduğunu iddia edənlər də var. Anar 1 il Çexiyada qalır, Avropa pasportu almağa lap az qalmış ani bir qərarla geri dönür.
Həmin ərəfədə Anarın yanında olmuş dostu Qadın Krizis Mərkəzinin rəhbəri, hazırda Praqada mühacir həyatı yaşayan Mətanət Əzizovanın danışdıqlarından:
"Anar keçmiş arvadının "Whatsapp" yazışmalarını gördükdən sonra ağır vəziyyətə düşdü. Çox istəyirdi ki, ailəsi yanına gəlsin. Deyirdi ki, oğlumu çex məktəbinə, qızımı bağçaya qoymaq istəyirəm, yoldaşım isə gözəllik salonunda çalışa bilər. Amma arvadı Anjelika Praqaya gəlmək istəmirdi. Buna görə də söz-söhbət artırdı. Çexiyadan Azərbaycana geri dönməsinin əsl səbəbi sırf ailəsi idi. Əvvəl Anara yazdılar ki, "sənin yoldaşın kimlərləsə ünsiyyətdədir". Sonra isə bildirdilər ki, "gəl, ailən başsız qalıb, dağıla bilər". Daha sonra isə Anar yoldaşının "Whatsapp" yazışmalarını gördü. Bilmirəm orda nə var idi. Amma gecə evimə gəlib dedi ki, "ölürəm, mənə kömək elə, ailəmi itirirəm, balalarım yazıqdır". Vəziyyəti çox pis idi. Səhəri gün Bakıya qayıtdı".
Əgər Moldova Rusiya üçün dost olmayan dövlətə çevrilsə, bu, iqtisadiyy
Ürək dayanmasından sonra sağ qalma müddətini artırmaq üçün yeni bir me
Avropa Birliyinin (AB) Ermənistanda missiyası haqqında Caliber.az informasiya
Yer kürəsində Afrikanı iki yerə böləcək okeanın yaranacağı iddia olun
Millət vəkilinə terror törədən şəxslər güc strukturlarının sayıqlı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan "To
Türkiyənin Konya şəhərində Fatma G. adlı qadın yaş yarımlıq uşağın
Amerikalı müğənni Madonna küçədə yaşayan qardaşı Entoni Cikkon tənə
"Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və m
Hollivud aktyoru Conni Dep İngiltərədə bir kəndə köçdüyünü, orda saki
Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək.
Ramazan ayında oruc tutanlar yüngül və ya şiddətli baş ağrıları yaşay
Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstə
Sabah ölkənin bir sıra magistral yollarında görünüş məsafəsi məhdudla