İran səfiri XİNə çağırılıb, ona cavab notası verilib
Siyasət 03 Apr 2023 17:52:00 303 0
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə istinadən, Azərbaycan mediasında İran əleyhinə yayımların və məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə nota təqdim edildiyi bildirilməsini şərh edərkən deyib.
Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.
İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.
Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.
Görüş zamanı İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.
Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Navai Bəkirovun şəxs
Türkiyənin daha 6 əyaləti zəlzələ bölgəsi elan edilib.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan musiqi mədəniyyətinin görkəmli
Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya ç�
227 min manatdan çox pulu pulu mənimsəməkdə ittiham olunan Bakı Slavyan Un
Güney Azərbaycan ərazisindəki Urmu gölündə duz fırtınası baş verib.
Bərdə rayonunda meşəlik ərazidə sözün əsl mənasında ekoloji terror t�
Tanınmış müğənnilər Sevil və Sevinc Səfərova bacıları arxiv görünt
Aprelin 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə s�
ABŞ şəhərlərində bir neçə gündür pis hava şəraiti davam edir. Tornad
Şuşa istiqamətində aparılan əməliyyatdan sonra nəzarətimizə keçən k�
Bir əsrdən çox yaşı olan bu tikili paytaxtın Xətai rayonu, NZS qəsəbəs
Rusiya-Ukrayna müharibəsi özünün ən ağır hərbi əməliyyatları dönəm
Xalq artisti Rasim Balayev "Dədə Qorqud" filminin kadrarxasından s�
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı medal təsis