Təbrizdəki konsulluğumuza terror hücumu ola bilər?
Siyasət 03 Apr 2023 09:19:00 255 0
Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar bu sualı aktuallaşdırır.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Son.az axar.az-a istinadən xəbər verir ki, hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən "Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatını bilirik" iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu.
Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbrizdəki konsulluğun qarşısında "bağlansın" tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu "şeytan yuvası" adlandırdı (Rza Abbasi "Şeytan yuvasını bağlayın..." çağırışı edib);
Aksiyanın məqsədi "Azərbaycanı Təbrizdə də istəmirlər" görüntüsü yaratmaqdır. Lakin burada digər səbəb də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi "bağ" olaraq görürlər və bunu qoparmaq istəyirlər.
Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər?
Birincisi, səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir;
İkincisi, konsulluğumuzu "xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz" kimi təqdim edə bilərlər: ekspertlər üzərindən "şeytan yuvası" adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında "Azərbaycanı düşmən kimi" göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər.
Fransanın baş naziri Elizabet Born keçmiş dövlət katibi Marlen Şyappanı
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Mütəxəssislər 40 yaşdan sonra arıqlamağın yollarını açıqlayıb.
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
NASA 2025-ci ildə baş verməsi gözlənilən böyük təhlükə üçün hazır
Araşdırmalara görə, oğlan uşağı olan valideynlər daha tez qocalır.
Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 44 km aralıda 6,9 bal gücü
Son vaxtlar Azərbaycanda boşanmaların sayı xeyli artıb. Buna isə adətən
Ramazanın ənənəvi təamı olan xurma, demək olar ki, bütün süfrələri b
Ermənistanın "Hraparak" nəşri Azərbaycan Ordusunun əsgərləri i
2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üz
Rusiya silahlı bölmələri Baxmutun mərkəzini ələ keçirib.
Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidala
"Amerika Geofizika İttifaqı"nın alimləri müəyyən ediblər ki, k