XankəndiLaçın yolu:
Siyasət 02 Apr 2023 09:04:00 569 0
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 112 gündür davam edir.
Bu xəbəri də oxu: Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
Son.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Havanın temperaturunun aşağı düşməsinə, soyuq və şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Son.az
Müğənni Nəfəsin "7 Canlı" verilişində etdiyi son açıqlaması
Bəzi insanlar həmişə diqqət mərkəzində olmaq, qayğı görmək istəyirl
İslam dinində alkoqol haram sayılsa da, içki içən müsəlman az deyil.
"Evimlə bağlı bir müddət əvvəl yayılan söz-söhbətlər qətiyyən
Dünya pop səhnəsinin ulduzu Rihanna kiçik oğlu ilə Los-Ancelesdə axşam g
Son.az xəbər verir ki, kulis.az 90-cı illərdə Qarabağ uğrunda gedən döy
Avtomobil sürməyə başlayanların çətinlik çəkdikləri məsələlərdən
Son.az kulis.az-a istinadən Xalq artisti, bəstəkar Rafiq Babayev haqqında ma
Bakıda canavarlar peyda olub.
Aparıcı Zaur Baxşəliyev zaman-zaman mətbuatda ona edilən bahalı hədiyyə
Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Əməkdar artist Sevinc Əliyeva ikinci dəfə ailə qurmağa hazırdır.
İmtahanlara hazırlıq dövründə uşaqlar beynin effektiv işləməsi üçün
Xankəndi-Laçın yolu: ekofəallar nəqliyyatın hərəkətinə maneə törətm