İsrail Suriyadakı hərbi hədəflərə aviazərbələr endirib


Dünya 02 Apr 2023 09:22:00 169 0

İsrail Suriyadakı hərbi hədəflərə aviazərbələr endirib

Aprelin 1-dən 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms şəhərinə aviazərbə endirib.

Son.az "Report"a istinadən Suriya Ərəb Xəbər Agentliyinə (SANA) istinadən xəbər verir ki, hadisədə Dəməşq hökumətinin 5 hərbçisi yaralanıb.

Beləliklə, İsrail ordusu ardıcıl ikinci gecə Suriyaya aviazərbələr endirib. Suriyanın dövlət agentliyi hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin zərərsizləşdiridiyini, lakina buna baxmayaraq, 5 hərbçinin yaralandığını açıqlayıb.

Suriya müntəzəm olaraq İsrail Müdafiə Ordusunun (İMO) zərbələrini uğurla dəf etdiyini iddia edir, lakin hərbi analitiklər bu iddialara şübhə ilə yanaşırlar. Suriya hərbi mənbəsinin SANA-ya verdiyi məlumata görə, İsrail "Beyrutun şimal-şərq istiqamətindən Hüms şəhəri və onun kəndlərindəki bəzi məntəqələri hədəfə alaraq hava hücumu həyata keçirib".

Böyük Britaniya mərkəzli Suriya İnsan Haqları Müşahidə Evi partlayışların bir neçə yerdə, o cümlədən Hüms yaxınlığındakı Əl-Dəbaa hərbi hava limanında eşidildiyini bildirib. Digər ərazidə isə elmi-tədqiqat mərkəzində yanğın meydana gəlib. Təşkilat qeyd edib ki, zərbələr Suriya ordusunun bir neçə mövqeyini və İranın dəstəklədiyi milisləri hədəf alıb. Qərb kəşfiyyat mənbələri "Reuters"ə bildiriblər ki, zərbələr Suriyanın mərkəzində İran personalının yerləşdiyi bir sıra hava bazalarına endirilib.

İki mənbə bildirib ki, zərbələr Hüms əyalətindəki qədim Palmira şəhəri yaxınlığında yerləşən T-4 kimi tanınan Tiyas aviabazasını və eyni əyalətin əl-Qusayr şəhəri yaxınlığındakı əl-Dəbaa hava limanını hədəf alıb. Bu, İranın dəstəklədiyi Livan "Hizbullah"ının və digər iranpərəst qrupların və milislərin varlığı ilə tanınan ərazidir.

T-4 iki böyük hava limanından biri hesab olunur (digəri Dəməşq Beynəlxalq Hava Limanıdır). Burada Livana böyük silahlar daşıyan İran təyyarələri tez-tez eniş edir. Daha sonra silahların Livana daşınmazdan əvvəl bölgədəki anbarlarda saxlandığı güman edilir.

Türkiyə yanvar ayında 3,449 milyon ton neft və neft məhsulları idxal edib like
  • 02 Apr 09:18  
Dünya Türkiyə yanvar ayında 3,449 milyon ton neft və neft məhsulları idxal edib

Türkiyədə 2023-cü ilin yanvar ayında neft və neft məhsulları idxalının

arrow Ətraflı
Suriyada İranın daha bir hərbi müşaviri zərərsizləşdirilib like
  • 02 Apr 09:12  
Dünya Suriyada İranın daha bir hərbi müşaviri zərərsizləşdirilib

Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ə

arrow Ətraflı
Türkiyədə yenə zəlzələ oldu like
  • 02 Apr 09:08  
Dünya Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Kastamonu əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
XankəndiLaçın yolu: like
  • 02 Apr 09:04  
Siyasət XankəndiLaçın yolu:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Belə “manıs”lara niyə pul xərcləyirlər?  Əbdül müğənni Nəfəsi like
  • 02 Apr 08:42  
Şou-biznes Belə “manıs”lara niyə pul xərcləyirlər? Əbdül müğənni Nəfəsi

Müğənni Nəfəsin "7 Canlı" verilişində etdiyi son açıqlaması

arrow Ətraflı
Diqqət göstərməsəniz, TƏRK EDƏCƏKLƏR! – Qayğı “xəstəsi” like
  • 02 Apr 08:15  
Digərləri Diqqət göstərməsəniz, TƏRK EDƏCƏKLƏR! – Qayğı “xəstəsi”

Bəzi insanlar həmişə diqqət mərkəzində olmaq, qayğı görmək istəyirl

arrow Ətraflı
"Dinimizdə içkili məclislərdə iştirak etmək haram deyil" like
  • 02 Apr 07:33  
Digərləri "Dinimizdə içkili məclislərdə iştirak etmək haram deyil"

İslam dinində alkoqol haram sayılsa da, içki içən müsəlman az deyil.

arrow Ətraflı
"Məndən nə istəyirsiniz?! Bu qədər daşım ağırdır?" like
  • 02 Apr 06:06  
Şou-biznes "Məndən nə istəyirsiniz?! Bu qədər daşım ağırdır?"

"Evimlə bağlı bir müddət əvvəl yayılan söz-söhbətlər qətiyyən

arrow Ətraflı
Hamilə Rihanna övladı ilə küçədə belə görüntüləndi  FOTO like
  • 02 Apr 05:55  
Şou-biznes Hamilə Rihanna övladı ilə küçədə belə görüntüləndi FOTO

Dünya pop səhnəsinin ulduzu Rihanna kiçik oğlu ilə Los-Ancelesdə axşam g

arrow Ətraflı
30 saniyədə geriyə park etmə üsulunu öyrənin  VİDEO like
  • 02 Apr 03:33  
Digərləri 30 saniyədə geriyə park etmə üsulunu öyrənin VİDEO

Avtomobil sürməyə başlayanların çətinlik çəkdikləri məsələlərdən

arrow Ətraflı
Məşhurların Zaur Baxşəliyevə bağışladığı like
  • 02 Apr 00:45  
Şou-biznes Məşhurların Zaur Baxşəliyevə bağışladığı

Aparıcı Zaur Baxşəliyev zaman-zaman mətbuatda ona edilən bahalı hədiyyə

arrow Ətraflı
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 7 il ötür like
  • 02 Apr 00:20  
Siyasət Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 7 il ötür

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.

arrow Ətraflı