“Məni görüb demişdi ki, adam 100 qram arağa görə ELƏ ARVADI boşayar?”
Şou-biznes 01 Apr 2023 10:36:00 322 0
"Hal-hazırda teatrda "Sinif yoldaşları" tamaşasında çıxış edirəm. Hansısa rol arzulamıram, çünki bu rejissordan asılıdır. O vaxtın teatrı, tamaşaları ilə, bu günki dövrün sənət mühiti də, teatrı da fərqlidir. Yadıma gəlir ki, o vaxtı Mehdi Məmmədovun "Dəli yığıncağı", "İblis", "Şəhərin yay günləri" və s. tamaşaları səs salırdılar. İnsanlar məmnuniyyətlə gəlib, həqiqətləri eşitmək istəyirdilər. Bu gün hamısı bir rəngdədir. Teatr, kino, televiziya o zaman maraqlı olur ki, eşitmədiyini eşidəsən, görmədiyini görəsən. Seriallarımız da, filmlərimiz də eynidir. Nə qədər məişət mövzuları ola bilər? Filmdə də, serialda da hər şey ola bilər, hər şey baş verə bilər, amma elə gözəl olmalıdır ki, tamaşaçıda ikrah hissi oyatmasın".
Bu xəbəri də oxu: “Bəzən içimə şeytan girirdi, özümə gələ bilmirdim”
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Fizuli Hüseynov deyib.
""Bəyin oğurlanması" filminə Ceyhun Mirzəyevin sayəsində çəkilmişdim. 1984-cü il idi, universiteti yeni bitirmişdim. Ceyhun müəllim dedi ki, "mən səni çəkmək istəyirəm". Ona dedim ki, məni indiyə qədər filmlərə çağırırlar, amma çəkmirlər. Dedi ki, "sən çəkiləcəksən". Mənim roluma Sərxan Sərxan çəkilməli idi. Film musiqili idi, sonra bir az senariyə dəyişiklik edildi" deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, o vaxt müəllimləri tələbələrinin efirlərə çıxmağına qarşı idi.
"Baxırsan ki, bir neçə serialda çəkilib, o dəqiqə özünü ulduz kimi aparır. Populyarlıq məsələsi var, buna hər adam dözə bilmir. O vaxt biz universitetdə oxuyanda icazə vermirdilər ki, efirlərə çıxaq. Bəzən verilişlərə dəvət edirdilər, amma müəllimlərimiz qətiyyən icazə vermirdilər. Hətta verilişlərə gedənləri də acılayırdılar. Onlar bunu ona görə edirdilər ki, aktyor kimi yetişməmiş o həddi keçməyəsən, məşhurluqdan başın gicəllənməsin. Mənə elə gəlir ki, düz də edirdilər. İndi buna fikir verən yoxdur, tələbə öz müəllimi ilə serialda çəkilir" deyə aktyor bildirib.
Tanınmış aktyor tamaşaçılardan saysız-hesabsız məktublar aldığını da bildirib. ""Yad qızı" televiziya tamaşasından sonra çoxlu məktublar alırdım. O vaxt internet yox idi, texnika inkişaf etməmişdi. Məktubları teatra göndərirdilər, hətta doğulduğum evə də gəlirdi. Rəhmətlik atam deyirdi ki, "sənin məktublarındır, gəl bax". Xoş, sevgi dolu sözlər yazırdılar. Hətta bir neçəsini çox bəyənmişdim, saxlamışdım da. Bu peşə ilə bağlı olan bir hadisədir, buna normal yanaşıram. Bizim də bəyəndiyimiz, sevdiyimiz aktyorlar, aktrisalar olub. Bizim peşədə çalışan insanlar bunu gözü qarşısına almalıdırlar. Kimsə səni bəyənə yaxud bəyənməyə bilər. "Yad qızı" televiziya tamaşasında mənfi obraz yaratmışdım. Tənqid edənlər çox idi. Hətta bir şəkili demişdi ki, "adam 100 qram arağa görə elə arvadı boşayar?" (gülür). Bu münasibət bütün aktyorlara qarşı olub. Rəhmətlik Məlik Dadaşov "Fəryad" filmindəki erməni, İsmayıl Osmanlı "Yeddi oğul istərəm" filmindəki Kələntər dayı obrazına görə tamaşaçılar tərəfindən tənqid olunmuşdular. Mənfi obraz oynamaq çox təhlükəlidir. Bizim tamaşaçılar o rollardan çıxış edərək, bizlərə münasibət bəsləyirlər. Bu peşəni seçirsənsə, bunları gözünə almalısan" deyə sənətkar deyib.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərind
Fransa İctimaiyyəti neçə gündür Bezanson şəhərindəki klinikada işləy
Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin mart ayı ərzində dövl
Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının
Türkiyəli müğənni Davud Güloğlu siyasətə atılmaq qərarı alıb.
Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləş
Qəbələdə gecə saatlarından güclü qar yağışı müşahidə olunub.
Azərbaycan İran agentlərini ifşa edib, fəaliyyətlərini məhdudlaşdırdı
Rusiya ilə yaxın əlaqələrini nəzərə alsaq, Çin Ukraynadakı müharibə
Orqanizmimizdəki təzyiq ürəyimizin büzülmə gücündən və damarlarımız
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Fransada məktəblərin birinin kollektivi iş yerlərinin bağlanmasına qarş�
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 15,6 milyard dollar kredit ayıracaq.