XankəndiLaçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər FOTO


Siyasət 01 Apr 2023 08:35:00 459 0

XankəndiLaçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər  FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 111 gündür davam edir.

Son.az "Report"a istinadən xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Havanın temperaturunun aşağı düşməsinə, soyuq, şaxtalı və qarlı hava şəraitinin hökm sürməsinə baxmayaraq, onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Şuşaya qar yağır: like
  • 01 Apr 08:24  
Digərləri Şuşaya qar yağır:

Ötən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazır

arrow Ətraflı
Müəllimlər məktəbin bağlanmasına soyunaraq etiraz etdilər  FOTO like
  • 01 Apr 07:56  
Dünya Müəllimlər məktəbin bağlanmasına soyunaraq etiraz etdilər FOTO

Fransada məktəblərin birinin kollektivi iş yerlərinin bağlanmasına qarş�

arrow Ətraflı
Ukraynaya rekord məbləğdə kredit ayrılır like
  • 01 Apr 07:28  
Dünya Ukraynaya rekord məbləğdə kredit ayrılır

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 15,6 milyard dollar kredit ayıracaq.

arrow Ətraflı
Avropa Komissiyasının Prezidenti NATOya rəhbərlik edə bilər like
  • 01 Apr 07:23  
Dünya Avropa Komissiyasının Prezidenti NATOya rəhbərlik edə bilər

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yens Stoltenberqin gedi�

arrow Ətraflı
Yatanda bunları etməyin ki, ömrünüz uzun olsun like
  • 01 Apr 07:18  
Digərləri Yatanda bunları etməyin ki, ömrünüz uzun olsun

Özünüzü yuxulu, gərgin hiss edirsinizsə, bunun başlıca səbəblərindən

arrow Ətraflı
Ağ Ev jurnalistləri də Rusiyanı tərk etməyə çağırıb like
  • 01 Apr 07:12  
Dünya Ağ Ev jurnalistləri də Rusiyanı tərk etməyə çağırıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə ko

arrow Ətraflı
Bu tərəvəz bitkisi min bir dərdin dərmanıdır like
  • 01 Apr 07:05  
Digərləri Bu tərəvəz bitkisi min bir dərdin dərmanıdır

Soğan Azərbaycan mətbəxində əksər yeməklərin hazırlanmasında istifad�

arrow Ətraflı
Bu yolda hərəkətin təşkilində dəyişiklik edilib  Yenilik nə dərəcədə effektivdir?  VİDEO like
  • 01 Apr 06:44  
Digərləri Bu yolda hərəkətin təşkilində dəyişiklik edilib Yenilik nə dərəcədə effektivdir? VİDEO

Bakının Babək prospektində hərəkətin təşkilində dəyişiklik edilib. M

arrow Ətraflı
Elza Seyidcahan bacısı ilə barışdı  VİDEO like
  • 01 Apr 06:22  
Şou-biznes Elza Seyidcahan bacısı ilə barışdı VİDEO

Əməkdar artist Elza Seyidcahan küsülü olduğu bacısı Rasimə Seyidcahanla

arrow Ətraflı
2023cü ilin ən yaxşı Hollivud stilistləri açıqlanıb  FOTO like
  • 01 Apr 05:22  
Dünya 2023cü ilin ən yaxşı Hollivud stilistləri açıqlanıb FOTO

"The Hollywood Reporter" 2023-cü ilin ən yaxşı Hollivud stilistlə

arrow Ətraflı
Bu bürcün nümayəndələri planlarını astroloqların dediklərinə görə qurur like
  • 01 Apr 02:44  
Digərləri Bu bürcün nümayəndələri planlarını astroloqların dediklərinə görə qurur

İnsanlar arasında inanclara söykənənlər, realistlər, elmə dayananlar, di

arrow Ətraflı