İran Fazil Mustafanı buna görə hədəf aldı – Saleh İldırım
Kriminal 01 Apr 2023 08:59:00 291 0
Azərbaycan İran agentlərini ifşa edib, fəaliyyətlərini məhdudlaşdırdığından Tehran intiqam üçün fürsət gözləyirdi. Bu səbəbdən də Fazil Mustafaya sui-qəsd cəhdi həyata keçirdi.
Bu xəbəri də oxu: Fikir çəkmə, telefona çək! Mobil Filmlərin qəbulu başa çatdı FOTO
Son.az xəbər verir ki, bu sözləri axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Saleh İldırım deyib.
O bildirib ki, sui-qəsd təşkilatçılarının əsas hədəfi millət vəkilini öldürmək olub:
"Yaxşı ki, küçədən tutduqları terrorçuları bacarıqsız çıxdı. Bu zamana kimi Tehran Azərbaycan ziyalıları haqqında hökmlər çıxarıb, onların həyatına son qoymağa çalışıb. İran yenildikcə, zəif düşdükcə daha da çırpınır. Qafqazı itirdi, gözünün önündə Zəngəzur dəhlizi həll olunmaq üzrədir, ermənilər Azərbaycanın şərtlərinə boyun əyir. Bunları anlayan molla rejimi çarəsizlikdən ürəyini belə soyudur. Əlbəttə, bu terrorla bizi qorxuda bilməz, Güney Azərbaycan türkü meydanlardadır".
O, Fazil Mustafanın hədəfə alınmasının səbəblərindən də danışıb:
"Fazil bəy İranın kabusu olan Güney Azərbaycan məsələsinə işarə etdiyi üçün hədəfə alınmışdı. İşğalçı rejim ona müxalif olan hər kəsi, hətta başqa millətin nümayəndəsini terror yolu ilə susdurmağa çalışır. Fazil Mustafa Güney azərbaycanlılar haqqında ən çox danışan şəxslərdən biridir. Onu Güney Azərbaycanda çox sevir və dəstəkləyirlər".
Partiya sədri Azərbaycan Respublikasının güclənməsi və Güneyin müstəqillik qazanmasının İranın əsas qorxusu olduğunu bildirib:
"İranın qorxusu Güney Azərbaycanı itirməkdir. Bu gün ərəblər, bəluclar, kürdlər bizim arxamızdadır. Bunların hamısı olmasa belə, Güney Azərbaycan İranı məhv etməyə yetər. Günü-gündən bu proses yaxınlaşır. İranda yaşayan qeyri-fars millətləri bildiriblər ki, İran-Azərbaycan qarşıdurması bizim də qarşıdurmamızdır. İran Azərbaycanla hər hansı çatışmaya keçərsə, biz Azərbaycanın yanında olacağıq. Bu səbəbdən İran kabuslu günlərini yaşamaqdadır. Hakimiyyətlə yanaşı, müxalifəti də qorxur. Müxalifət çalışır ki, xaricdə hər hansı ittifaq, alyans quraraq, dövləti inqilab olmadan ələ keçirsin. Bəziləri İranı qorumaq üçün çevriliş tərəfdarıdır. Lakin bu çabaların bir mənası yoxdur. İranda yaşayan xalqlar, başda da Güney Azərbaycan olmaqla, öz haqlarını əldə edib, bölgədə sülhü bərqərar edəcək".
Rusiya ilə yaxın əlaqələrini nəzərə alsaq, Çin Ukraynadakı müharibə
Orqanizmimizdəki təzyiq ürəyimizin büzülmə gücündən və damarlarımız
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Fransada məktəblərin birinin kollektivi iş yerlərinin bağlanmasına qarş�
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 15,6 milyard dollar kredit ayıracaq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yens Stoltenberqin gedi�
Özünüzü yuxulu, gərgin hiss edirsinizsə, bunun başlıca səbəblərindən
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə ko
Soğan Azərbaycan mətbəxində əksər yeməklərin hazırlanmasında istifad�
Bakının Babək prospektində hərəkətin təşkilində dəyişiklik edilib. M
Əməkdar artist Elza Seyidcahan küsülü olduğu bacısı Rasimə Seyidcahanla
"The Hollywood Reporter" 2023-cü ilin ən yaxşı Hollivud stilistlə