Bayramov Mahmud Abbasla görüşdü FOTO
Siyasət 31 Mar 2023 07:00:00 234 0
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
XİN-dən Son.az-a bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.
Prezident Mahmud Abbas ilk öncə Ulu öndər Heydər Əliyevlə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb və salamlarının cənab Prezidentə çatdırılmasını xahiş edib. Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.
Nazir Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Təxminən 1 ay əvvəl "Elçilik" filminin çəkilişləri üç
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaş
Dünən yanıqlı nəğmələi ilə yaddaşlara köçmüş müğənni Şəfa H�
Polşada Marian adlı kişi anasının mumiyası ilə illərlə yaşayıb, divan
Bəzilərimiz yayı, digərlərimiz isə qışı sevir. Eləcə də bir qrup ins
Günlərdir Bakıda axtarılan 18 yaşlı qız tapılıb.
İradə Məmmədova adlı tanınmış tiktoker qoşulduğu canlı yayımda baş�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Kriminal aləmdə "Lənkəranski" təxəllüsü ilə silinməz iz qoya
"Ağrı hiss edə bilirsənsə, canlısan. Başqalarının ağrısını is�
Bazarlarda inyeksiya və kosmetik vasitələrin alınması təkcə məhsulların
Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza ba
Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranm