Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan


Digərləri 31 Mar 2023 05:00:00 285 0

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Yüz dörd il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Öləcəyini öncədən bilən, komadaykən qarət edilən, sevərək ayrılan müğənni kim idi? like
  • 31 Mar 04:44  
Kriminal Öləcəyini öncədən bilən, komadaykən qarət edilən, sevərək ayrılan müğənni kim idi?

Dünən yanıqlı nəğmələi ilə yaddaşlara köçmüş müğənni Şəfa H�

arrow Ətraflı
Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı like
  • 31 Mar 03:22  
Dünya Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı

Polşada Marian adlı kişi anasının mumiyası ilə illərlə yaşayıb, divan

arrow Ətraflı
Soyuğa nifrət edən bürclər like
  • 31 Mar 02:44  
Digərləri Soyuğa nifrət edən bürclər

Bəzilərimiz yayı, digərlərimiz isə qışı sevir. Eləcə də bir qrup ins

arrow Ətraflı
Bakıda günlərdir axtarılan 18 yaşlı qız oğlanla like
  • 31 Mar 01:44  
Digərləri Bakıda günlərdir axtarılan 18 yaşlı qız oğlanla

Günlərdir Bakıda axtarılan 18 yaşlı qız tapılıb.

arrow Ətraflı
Məşhur "tiktok"çu Bakıda iki oğlanla otelə getdi: like
  • 31 Mar 00:58  
Digərləri Məşhur "tiktok"çu Bakıda iki oğlanla otelə getdi:

İradə Məmmədova adlı tanınmış tiktoker qoşulduğu canlı yayımda baş�

arrow Ətraflı
Günün qoroskopu: qeyriadi, gərgin, hadisələrlə dolu, bir az yorucu, məhsuldar gündür like
  • 31 Mar 00:01  
Digərləri Günün qoroskopu: qeyriadi, gərgin, hadisələrlə dolu, bir az yorucu, məhsuldar gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Sağ olduğu iddia edilən Rövşən Lənkəranskinin kadrları yayıldı like
  • 30 Mar 23:57  
Kriminal Sağ olduğu iddia edilən Rövşən Lənkəranskinin kadrları yayıldı

Kriminal aləmdə "Lənkəranski" təxəllüsü ilə silinməz iz qoya

arrow Ətraflı
İnsanlara bu sözlərlə təsəlli like
  • 30 Mar 23:53  
Digərləri İnsanlara bu sözlərlə təsəlli

"Ağrı hiss edə bilirsənsə, canlısan. Başqalarının ağrısını is�

arrow Ətraflı
Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək like
  • 30 Mar 23:49  
Dünya Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək

Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək.

arrow Ətraflı
Bazarlardan bunu almayın like
  • 30 Mar 23:45  
Digərləri Bazarlardan bunu almayın

Bazarlarda inyeksiya və kosmetik vasitələrin alınması təkcə məhsulların

arrow Ətraflı
Türkiyədə zəncirvari yol qəzası olub, like
  • 30 Mar 23:41  
Dünya Türkiyədə zəncirvari yol qəzası olub,

Türkiyədə 11 nəqliyyat vasitəsi toqquşub.

arrow Ətraflı
Bakıda taksi sürücüsünü sükan arxasında DÖYÜBLƏR: like
  • 30 Mar 23:36  
Kriminal Bakıda taksi sürücüsünü sükan arxasında DÖYÜBLƏR:

Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza ba

arrow Ətraflı
Günorta çox yatanlarda like
  • 30 Mar 23:32  
Digərləri Günorta çox yatanlarda

Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranm

arrow Ətraflı
TokioTelƏviv təyyarəsi Bakıya like
  • 30 Mar 23:27  
Digərləri TokioTelƏviv təyyarəsi Bakıya

EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisini

arrow Ətraflı
8 il sonra insanlar "ölümsüz" olacaqlar  Xərçəngə tutulmayacaqlar like
  • 30 Mar 23:24  
Digərləri 8 il sonra insanlar "ölümsüz" olacaqlar Xərçəngə tutulmayacaqlar

"Google"un keçmiş mühəndisi, amerikalı Rey Kurtzveyl sensassiyaya

arrow Ətraflı