Ordumuz daha xəbərdarlıq etməyəcək: Yollar nəzarətə götürülür


Siyasət 25 Mar 2023 21:03:00 271 0

Ordumuz daha xəbərdarlıq etməyəcək: Yollar nəzarətə götürülür

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı son açıqlama bu baxımdan diqqətə layiqdir.

İş ondadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Azərbaycanın Qarabağ iqtisadi rayonuun şimalında müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingentinə (RSK) və Ermənistana müraciətlər, xəbərlarlıqlar zamanı artıq geridə qalıb.

Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlar etməsinə rəğmən, Ermənistandan Xankəndinə, habelə RSK nəzarətində olan ərazilərə canlı qüvvə, silah-sursat və s. kimi qanunsuz yüklərlə silahlıların daşınması dayanmayıb.

Tam əksinə, ermənilər yeni yollar çəkməyə çalışırlar.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu isə həmin yollara Azərbaycan ordusunun nəzarət etməsi deməkdir.

Müdafiə Nazirliyimiz zərurət qarşısında qalaraq belə addımlar atmağa məcbur olub. Çünki Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Məhz bu səbəbdən ordumuz suveren ərazilərimizdə diversiyaların, terror hücumlarının və təcribatların qarşısını almaq üçün belə addımlar atmağa vadar olub.

RSK-ya gəldikdə isə, rusiyalı sülhməramlılara dəfələrlə, sürəkli müraciətlər edilsə də, onlar səlahiyyətlərini və vəzifə borclarını yerinə yetirmək, zəruri tədbirlər görmək əvəzinə Ermənistanın məkrli planlarına görməzdən gəlirlər, ermənilərə havadarlıq edirlər.

Rəsmi Bakı indiyədək dəfələrlə xəbərdar etmişdi ki, məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür.

İndisə təhlükəli və dözülməz situasiyaya son qoyulur, Ermənistandan ərazimizə, separatçılara silah-sursat, personal və minalar daşınmasının qarşısı alınır.

Ordumuz yolları nəzarətə götürür.

O yollar təhlükə yox, sülh yolları olmalıdır.

Olacaq da.

Elçin Alıoğlu

Trend

Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı like
  • 25 Mar 20:57  
Kriminal Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı

Novruz bayramına görə rayondan qohumlarının evinə altı ədəd kütüm bal

arrow Ətraflı
AB 11ci sanksiya paketini bu tarixdə tətbiq edəcək like
  • 25 Mar 20:50  
Dünya AB 11ci sanksiya paketini bu tarixdə tətbiq edəcək

AB yaxın iki ay ərzində Rusiyaya qarşı növbəti, 11-ci sanksiyalar paketin

arrow Ətraflı
Ruslar Donbasda iki şəhərə hücum etdi: ölənlər var like
  • 25 Mar 20:37  
Dünya Ruslar Donbasda iki şəhərə hücum etdi: ölənlər var

Rus ordusu Donetsk vilayətində Çasov Yar və Toretsk şəhərlərini atəşə

arrow Ətraflı
Limonu 4 yerə bölüb otağınıza qoyun: Bu, sizin həyatınızı xilas edəcək like
  • 25 Mar 20:30  
Digərləri Limonu 4 yerə bölüb otağınıza qoyun: Bu, sizin həyatınızı xilas edəcək

Limonun turş və xoş ətri zehni təzələyir, immunitetə müxtəlif viruslar

arrow Ətraflı
Brüsseldə azərbaycanlılar İranla bağlı bəyanat qəbul etdilər like
  • 25 Mar 20:24  
Digərləri Brüsseldə azərbaycanlılar İranla bağlı bəyanat qəbul etdilər

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Av

arrow Ətraflı
Ətsiz kotlet resepti: Həm sərfəli, həm də ləzzətli  VİDEO like
  • 25 Mar 20:18  
Digərləri Ətsiz kotlet resepti: Həm sərfəli, həm də ləzzətli VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı
Muharrem İnce prezident seçkilərində 3cü namizəd oldu like
  • 25 Mar 20:11  
Dünya Muharrem İnce prezident seçkilərində 3cü namizəd oldu

Türkiyənin Memleket Partiyasının sədri Muharrem İnce prezidentliyə namiz�

arrow Ətraflı
"Rusiyaya başa salmalıyıq ki..." like
  • 25 Mar 20:04  
Dünya "Rusiyaya başa salmalıyıq ki..."

Qərb Ukraynaya uzunmüddətli yardıma köklənməlidir.

arrow Ətraflı
Türkiyəli nazir İRƏVANDA like
  • 25 Mar 19:57  
Dünya Türkiyəli nazir İRƏVANDA

Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Ermənistan və Türki

arrow Ətraflı
Diqqət: Yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 25 Mar 19:50  
Digərləri Diqqət: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Martın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq

arrow Ətraflı