"Azərbaycanın islamofobiya ilə mübarizədə kifayət qədər təcrübəsi var"
Digərləri 16 Mar 2023 20:08:00 286 0
Martın 15-də, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransın işə başlaması çox təqdirəlayiq addımdır.
Bu xəbəri də oxu: 10a yaxın plastik cərrahın lisenziyası LƏĞV OLUNDU
Bunu Trend-ə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov deyib.
O qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumunun təşkil etdiyi və iki gün davam edən bu tədbirdə dünyanın müxtəlif ölkələrindən ziyalılar, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının üzvləri iştirak edib.
"Dünyəvi dövlət modelinə və zəngin mədəni-dini tarixə sahib olan, həmçinin, müasir tolerant dəyərlərin inkişafı yolunu seçən ölkəmizin dünyada günü-gündən artan islamofobiya ilə mübarizədə kifayət qədər təcrübəsi var. İki gün davam edən konfransda islamofobiyanın səbəbləri, onun yaratdığı problemlər, Qərbdə islamofobiyanın təzahürləri, onunla mübarizədə birgə əməkdaşlıq və s. kimi mövuzlar müzakirə olunub, ekspertlər tərəfindən məsələnin həlli istiqamətində maraqlı təkliflər irəli sürülüb.
Beynəlxalq konfransda müzakirə olunan xüsusilə iki məsələ günümüzdə çox aktualdır, beynəlxalq səviyyədə müzakirəsi və həllinə böyük ehtiyac var. Bunlardan biri uzun illərdir Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın təqribən son otuz il ərzində Azərbaycana məxsus məscidlərə və digər İslam abidələrinə qarşı vandal münasibəti, həmçinin, İslam irsinə vurduğu ziyan, ikincisi isə Fransada hər keçən gün daha da artan islamofobiya təzahürləri və dövlət səviyyəsində buna verilən dəstəkdir", - deyə o qeyd edib.
M.Hüseynov bildirib ki, Ermənistan Vətən müharibəsində ilk gündən müxtəlif vasitələrdən istifadə edərək müharibəyə "din donu", "mədəniyyət donu" geyindirməyə çalışırdı.
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın
Novruz bayram günlərində istirahət məkanlarında qiymət artımı çoxunun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri
Türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla a
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Nəsimi rayonu
Şarlotta Uelsin ötən il ekranlara çıxmış "Günəşim mənim" fi
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan�
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" Xalq Çalğı
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Ru
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl
"Bəzi korrupsionerlər Həccə getməklə bütün günahlarının bağış
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öl
Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılar
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri R
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk tamaşasında