Bu gün əfsanəvi “Mixaylo”nun doğum günüdür FOTO


Kriminal 13 Mar 2023 21:14:00 198 0

Bu gün əfsanəvi “Mixaylo”nun doğum günüdür  FOTO

Azərbaycan tamaşaçıları onu daha çox "Uzaq sahillərdə" filmində oynadığı "Mixaylo" obrazı ilə yadda saxlayıb. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə - "Mixaylo" rolunun öhdəsindən məharətlə gəlib.

Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 96 il ötür.

Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945-1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.

Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950-1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957-1962-ci illərdə "Azərbaycanfilm", "Mosfilm" və digər kinostudiyalarda çalışıb, 1962-1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981-1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.

Nodar Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri vardır. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.

Yoluxanların sayı like
  • 13 Mar 21:08  
Digərləri Yoluxanların sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxm

arrow Ətraflı
“Oskar”da üç libas dəyişdi  VİDEO  FOTO like
  • 13 Mar 20:41  
Şou-biznes “Oskar”da üç libas dəyişdi VİDEO FOTO

Ötən gün keçirilən "Oskar" mərasiminə Rihanna libasları ilə d

arrow Ətraflı
İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub like
  • 13 Mar 20:25  
Siyasət İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Martın 13-də Berlində Azərbaycan

arrow Ətraflı
Fədayə Laçın: “Efirə, səhnəyə həsrət qalmışam”  VİDEO like
  • 13 Mar 20:19  
Şou-biznes Fədayə Laçın: “Efirə, səhnəyə həsrət qalmışam” VİDEO

Uzun müddətdir Vətəndən Rusiyaya köçən və oğlu ilə Moskvada yaşayan

arrow Ətraflı
Manaf Ağayevin oğlu həbs edildi like
  • 13 Mar 20:17  
Şou-biznes Manaf Ağayevin oğlu həbs edildi

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

arrow Ətraflı
Astana konsertində Coninin başına gəlməyən qalmadı  VİDEO like
  • 13 Mar 19:57  
Şou-biznes Astana konsertində Coninin başına gəlməyən qalmadı VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Qazax�

arrow Ətraflı
İki məktəbli qızı 7 il zorlayıb like
  • 13 Mar 19:46  
Digərləri İki məktəbli qızı 7 il zorlayıb

Perm diyarında iki qızı zorlayan rusiyalı ciddi rejimli koloniyada 15 il mü

arrow Ətraflı
86 yaşlı valideynlərinə efirdə toy abhavası yaratdı  VİDEO like
  • 13 Mar 19:35  
Şou-biznes 86 yaşlı valideynlərinə efirdə toy abhavası yaratdı VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı valideynlərinin evlilik ildönü

arrow Ətraflı
Azərbaycan “Avroviziya”da bu mahnı ilə çıxış edəcək  VİDEO like
  • 13 Mar 19:28  
Digərləri Azərbaycan “Avroviziya”da bu mahnı ilə çıxış edəcək VİDEO

Azərbaycanın builki "Avroviziya" mahnısı təqdim olunub.

arrow Ətraflı
Çay da bahalaşdı  VİDEO like
  • 13 Mar 19:24  
Digərləri Çay da bahalaşdı VİDEO

Həm yerli istehsal, həm də xaricdən idxal edilən çayların qiyməti artıb

arrow Ətraflı
"O vaxt ağır zəmanə idi, hər qadın sənətlə, musiqi ilə məşğul ola bilməzdi" like
  • 13 Mar 19:13  
Şou-biznes "O vaxt ağır zəmanə idi, hər qadın sənətlə, musiqi ilə məşğul ola bilməzdi"

"Bu gün maşallah, bütün xanımlarımız həm sənətdədir, həm də ai

arrow Ətraflı
Ərdoğan YAP nümayəndə heyətini qəbul edib like
  • 13 Mar 18:41  
Digərləri Ərdoğan YAP nümayəndə heyətini qəbul edib

Türkiyə Cümhuriyyətinin Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasın

arrow Ətraflı