Yerə tüpürmək, növbəyə durmamaq, qışqıraqışqıra danışmaq “mədəniyyəti” Mentalitet, yoxsa...
Digərləri 11 Mar 2023 08:53:00 290 0
"Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi - "bəy" deməyəcəyəm, bəzi insanlar "bəy", "xanım", "ağsaqqal", "ağbirçək" sözlərinə layiq deyillər - boğazını arıtlayıb tüpürdü yerə. Guya işini gizlədirmiş kimi ayaqqabısı ilə də sildi... Üzrlü sayın, bilirəm, çox iyrəncdir. Çöldə yaşlı nümayəndələrinin burun təmizləmələrinə də rast gəlirik. Yaxınlaşdım ona, dedim, a kişi, sən nə edirsən? Şəhərin içində, ictimai yerdə bu nə iyrənclikdir? Dedi, bağışla. Nəyi, hansınızı bağışlayım? Tək mən deyil, biz məcburuq sizin murdar hərəkətlərinizi görməyə?"
Bu xəbəri də oxu: Sumqayıtda 51 yaşlı kişinin meyiti tapıldı
Buta.tv-nin xəbərinə görə, bunu psixoloq Samirə Bağırova bildirib.
"Liftdəki murdarlıqlar, mağazada növbə mədəniyyətinin olmaması... Taksilər külqabı iyi verir, sürücülər avtomobillərdə elə bilirlər, kimsə onları görmür, saatlarla burun, qulaq təmizləyirlər, sonra da gedib kiməsə "salam" verirlər, kiminsə uşağının başını tumarlayırlar. "Tarqovı"da tumu çırtlayırlar, yerə tökürlər, "onsuz da yığışdıracaqlar" deyə düşünürlər. Hansınıza dözək? Sonra da deyirlər, indiki gənclər elə, belə... Məclislərdə gəyirmələriniz, efirlərdə, radiolarda qışqıra-qışqıra danışmağınız, dinləmə mədəniyyətinizin olmaması... Başa düşürəm, hamı təmizkar ola bilməz, amma hamı mədəni olmağa məcburdur. Şəhərdə yaşayırsınızsa, şəhər mədəniyyətinə uyğunlaşmalısınız", - S.Bağırova qeyd edib.
S.Bağırovanın sözləri böyük ölçüdə gerçəkdir və təzə məsələ də sayılmaz. Az qala, hər gün bu qəbildən hansısa naqisliyin şahidi oluruq.
Niyə belə hallar yaşanır? Bu, insanın böyüdüyü, tərbiyə aldığı ailə və məktəb mühiti ilə bağlıdır, yoxsa bir mentalitet məsələsidir? Bəs "şəhər mədəniyyəti" deyilən anlayış varmı? Varsa, demək "kənd mədəniyyəti" də olmalıdır.
Son.az bildirir ki, mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat"a danışıb: "Bütün bu cür davranışlar, əslinə baxsan, mədəniyyətsizliklər, onunla bağlıdır ki, biz bu məsələlər ilə bağlı müasir dövrün tələblərinə uyğun şəkildə məşğul olmuruq. Prosesləri başlı-başına buraxmışıq. Halbuki günü-gündən mürəkkəbləşən, həssaslaşan, problemləri çox olan cəmiyyətdə bu cür problemləri başlı-başına buraxmaq olmaz. Burada hökmən müasir elmin imkanlarından, alimlərin köməyindən istifadə etmək lazımdır. Müasir elm dedikdə ciddi bir elmi nəzərdə tuturam, yoxsa ki, kiminsə qohumlarından rüşvət hesabına yaratdığı təşkilat deyil.
Hazırda bu məsələ ilə ciddi məşğul olunmur, ya da görmək istəmirlər. Ona görə də bu cür davranışlara kəskin artmağa başlayıb".
Sosioloq qeyd olunan neqativ davranışların xalqın mentaliteti ilə bağlı olmadığını qeyd edib: "Mən qəti şəkildə bu məsələni xalqımızın mentalitetinə bağlamıram. Çünki mentalitetlə bağlı olsa, onda gərək insanların hamısı bu cür davranışlar nümayiş etdirsin. İnsanların çox böyük hissəsi bu cür davranmır, yalnız bir qismi bu cürdür. Ona görə bunun mentalitetə dəxli yoxdur. Amma müəyyən bir qrupda yaranan mentalitetdən söhbət gedə bilər. Yəni xalqın mentaliteti deyil. Burada mentalitet dedikdə təkrar olunan davranış nəzərdə tutulur ki, bunun da ortadan götürmək lazımdır. Bu da çətin məsələ deyil, asandır. Qeyd etdiyim kimi, sadəcə, bununla məşğul olmaq lazımdır".
Əhməd Qəşəmoğlu şəhər, kənd mədəniyyəti anlayışının mövcud olduğunu da vurğulayıb: "O adam daha mədənidir ki, ətrafında daha çox ahəng yarada bilib və yaxud ahəng yaradacaq məqsədə doğru fəaliyyətdədir. O adam ki, bu ahəngi pozur, demək ki, o mədəni deyil. Yəni bir adam kənddə ətrafında çox gözəl ahəng yarada, amma gəlib şəhərə o ahəngi poza bilər. Yəni kənddə mədəni, şəhərdə isə mədəniyyətsiz təsiri yarada bilər. Və yaxud əksinə, şəhərdə mədəni davranışı ilə sayılıb, seçilən adam gedib kənddə gərginlik yarada bilər. Bu baxımdan bəli, kənd və şəhər mədəniyyəti var.
Kənd mədəniyyəti kənd mühitində, kəndin potensialına uyğun olaraq yaranan, şəhər mədəniyyəti isə şəhərin imkanları, tələbləri, şəraitinə uyğun olaraq ahəngdar davranış formasıdır. Yəni insanın mədəniyyətinin formalaşmasında mühit çox böyük rol oynayır. Həmçinin təhsil, üstünlük verilən dəyərlər də öz böyük təsirini göstərir. Sovet dövründə bununla bağlı çox ciddi işlər aparılır, məktəblərdə lazımi təbliğat işləri görülürdü. Amma indi bunu görmürük".
Fevralın sonunda Antarktidada dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilome
Hüquqşünas: "Dostlarından ona İstanbula gəlməsi üçün bilet almala
ABŞ-dan olan həkimlər COVID-19-dan sağalmış təxminən 400 min insanın da
ABŞ-ın Kaliforniya ştatı Maliyyə Mühafizəsi Departamenti ölkənin ən b�
Belçika Milli Təhlükəsizlik Şurası Çin sosial media tətbiqi olan "T
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlam
Almaniyanın Karlsrue şəhərində polis xüsusi təyinatlıları naməlum şə
"Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra 820 mind�
Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin Hindistanda keçiriləcək sa
Ermənistanda 4 fırıldaqçı 108 vətəndaşın 101 milyon dramını (260 mily
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Sportloto" dövlət
Rusiya ordusu ötən gün Baxmuta hücum etmək üçün çoxsaylı uğursuz cəh
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışaman�