Azərbaycan vətəndaşı İranda yoxa çıxdı Fərid Səfərli oğurlanıb, yoxsa...?
Digərləri 11 Mar 2023 08:43:00 305 0
Hüquqşünas: "Dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəməsi şübhələr yaradır"
Bu xəbəri də oxu: Ərinizin və sevgilinizin sizi artıq sevmədiyini göstərən 7 ƏLAMƏT
"Mütləq Təbrizdəki konsulluqdan, gömrük orqanlarından, sərhəd xidmətindən, hüquq-mühafizə orqanlarından məlumat tələb etmək lazımdır"
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərli İranda yoxa çıxıb. Bu barədə 26 yaşlı Fəridin anası Dilarə Əsgərova bildirib. Gəncin tapılması üçün rəsmi qurumlara müraciət olunub. Qadın qeyd edib ki, srağagün Azərbaycanın Almaniyadakı səfirliyinə bu barədə məlumat verib və onların tövsiyəsi ilə də Xarici İşlər Nazirliyinə rəsmi məktub ünvanlayıb: "Hazırda aidiyyəti qurumlarımız onun tapılması üçün çalışırlar. Ötən gün (srağagün - red.) sənədlərini məndən alıblar. Amma hələ bir məlumat yoxdur".
Dilarə Əsgərova APA-ya deyib ki, oğlu Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib: "Lakin dostlarından öyrəndiyimə görə, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlıdır, sosial şəbəkələrdə görünmür. Düşünürəm ki, telefonu itmiş olsaydı, hardansa sosial şəbəkə üzərindən mənimlə əlaqə saxlayardı. Lakin o vaxtdan bəri heç bir xəbər yoxdur. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən aldığımız məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. Artıq 6 gün keçir. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur".
Dilarə Əsgərova onu da qeyd edib ki, oğlunun tanış olduğu xanımın kimliyi barədə tələbə yoldaşlarından məlumat almağa çalışıb, lakin onu tanıyan olmayıb: "İndi dostları iranlı tələbələrdən bir məlumat öyrənməyə çalışırlar. Bəlkə onların vasitəsilə qızı tapmaq olar".
O, "Fərid Səfərlinin itkin düşməsi Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla əlaqəli ola bilərmi" sualına belə cavab verib: "Bu da bir ehtimal ola bilər. Amma ümumilikdə Fərid siyasət adamı deyil, İran əleyhinə heç bir paylaşımları da olmayıb".
Təbii ki, Azərbaycan vətəndaşı olduğu üçün olayla bağlı əsas iş dövlətimizin üstünə düşür. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Məlumdur ki, Tehrandakı səfirliyimiz iki aydır qapadılıb. Ancaq Təbrizdə konsulluğumuz işləyir. Konsulluq hansı köməyi göstərə bilər?
Əlavə edək ki, artıq Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub: "Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
ABŞ-dan olan həkimlər COVID-19-dan sağalmış təxminən 400 min insanın da
ABŞ-ın Kaliforniya ştatı Maliyyə Mühafizəsi Departamenti ölkənin ən b�
Belçika Milli Təhlükəsizlik Şurası Çin sosial media tətbiqi olan "T
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlam
Almaniyanın Karlsrue şəhərində polis xüsusi təyinatlıları naməlum şə
"Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra 820 mind�
Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin Hindistanda keçiriləcək sa
Ermənistanda 4 fırıldaqçı 108 vətəndaşın 101 milyon dramını (260 mily
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Sportloto" dövlət
Rusiya ordusu ötən gün Baxmuta hücum etmək üçün çoxsaylı uğursuz cəh
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışaman�
"Whatsapp+" işlədənlərin hesabları bloklanmağa başlanıb.
"Hər bir kino rejissor əvvəlcə teatra maraq göstərir, sonra kinoya g�