"Qlobal Bakı Forumu Davos Forumunun analoqu oldu"


Siyasət 09 Mar 2023 21:05:00 187 0

"Qlobal Bakı Forumu Davos Forumunun analoqu oldu"

Qlobal Bakı Forumu böyük inkişaf yolu keçərək qlobal geosiyasətə həsr edilmiş mərkəzi platformaya çevrilib. Bu gün forum Davos Forumunun analoqu oldu.

Bu barədə Trend-ə Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

Laqumciya bugünkü forumun yeni dünyanın formalaşmaqda olduğu kritik əhəmiyyətli bir vaxtda keçdiyini bildirib. Agentliyin müsahibinin fikrincə, geosiyasi dəyişikliklər bu gün dünyada uzun zamandır nəzərə çarpmayan böyük həcmdə qorxu və qarşıdurma mövcuddur.

Keçmiş nazir, həmçinin, Bakı şəhərində keçirilən forumun qlobal liderlərin dialoq keçirmələrinə və yeni dünyanın formalaşması məqsədilə fikir mübadiləsi aparmalarına imkan verdiyini qeyd edib. O, arzu edən hər kəsin izləyə biləcəyi diskussiyalarla yanaşı, ən kəskin məsələlər üzrə dinamik diskussiyaların aparıldığı "səhnə arxasında" da dinamik işlərin görüldüyünü əlavə edib.

Onun fikrincə, Qlobal Bakı Forumu çərçivəsində müzakirə olunan ən mühüm məsələlərdən biri ətraf mühitin mühafizəsidir.

Laqumciya sonda Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə (NGBM) göstərdiyi böyük dəstək sayəsində mərkəzin kəskin siyasi məsələlər üzrə diskussiyaların təşviqinə yönəlmiş müstəqil beynəlxalq təşkilata çevrilə biləcəyini qeyd edib.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

“Betmen” barədə yeni filmin çəkilişlərinə başlanılacaq like
  • 09 Mar 21:00  
Şou-biznes “Betmen” barədə yeni filmin çəkilişlərinə başlanılacaq

"Betmen" barədə filmlərin prodüseri Maykl Uslan noyabr ayında yen

arrow Ətraflı
İki kanala cəza verildi like
  • 09 Mar 20:51  
Digərləri İki kanala cəza verildi

Türkiyənin Radio və Televiziya Şurası bir neçə kanalı cəzalandırıb.

arrow Ətraflı
Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hatayda like
  • 09 Mar 20:29  
Şou-biznes Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hatayda

Türkiyə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələlərdən sonra sü

arrow Ətraflı
XİN İrana nota verdi like
  • 09 Mar 20:23  
Siyasət XİN İrana nota verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti ida

arrow Ətraflı
İrəvan dəstəkçilərini itirir, Bakı isə... like
  • 09 Mar 20:18  
Dünya İrəvan dəstəkçilərini itirir, Bakı isə...

Əgər erməni xalqı Paşinyanı payıza qədər hakimiyyətdən uzaqlaşdıra

arrow Ətraflı
Afət Fərmanqızı yenə məsxərəyə qoyuldu like
  • 09 Mar 20:07  
Şou-biznes Afət Fərmanqızı yenə məsxərəyə qoyuldu

Bir dəfəlik Rusiyaya köçdüyünü deyən müğənni Afət Fərmanqızının

arrow Ətraflı
MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib like
  • 09 Mar 20:06  
Siyasət MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib

Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan həqiqətlərini təhrif ed

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb like
  • 09 Mar 20:01  
Siyasət Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb

Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" Az�

arrow Ətraflı
Çində göydən qurdlar yağıb like
  • 09 Mar 19:56  
Dünya Çində göydən qurdlar yağıb

Çində göydən qurdlar yağıb.

arrow Ətraflı
Xanımına 14 minlik üzük aldı like
  • 09 Mar 19:45  
Şou-biznes Xanımına 14 minlik üzük aldı

Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşına verdiyi 8 mart hədiyyə

arrow Ətraflı
Zənganda azərbaycanlı gənc həbs edilib like
  • 09 Mar 19:34  
Digərləri Zənganda azərbaycanlı gənc həbs edilib

Fevralın 25-də Hüseyn Bayat adlı azərbaycanlı gənc Zəngan şəhərində

arrow Ətraflı
Afaq Gəncəlidən qadınlarla bağlı maraqlı paylaşım like
  • 09 Mar 19:23  
Şou-biznes Afaq Gəncəlidən qadınlarla bağlı maraqlı paylaşım

Aparıcı Afaq Gəncəli paylaşımına yazdığı fikirlərlə diqqət çəkib.

arrow Ətraflı
Hacı Şahini o əvəz edəcək like
  • 09 Mar 19:18  
Digərləri Hacı Şahini o əvəz edəcək

Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov t�

arrow Ətraflı