Ermənistan quyuya düşüb: hələ fərqində deyil


Siyasət 09 Mar 2023 20:37:00 168 0

Ermənistan quyuya düşüb: hələ fərqində deyil

Elçin Alıoğlu

Beynəlxalq Ədalət Məhkəməsinin ( International Court of Justice, İCJ) Azərbaycanla bağlı müvəqqəti tədbir qərarı Ermənistanda hələ də geniş müzakirə olunur və ermənilər iddia edirlər ki, qərar rəsmi Bakıya "ağır zərbə"dir. Halbuki, İCJ özünü tələyə salmaqla yanaşı, Ermənistanı yaxın perspektivdə Bakının tələbi ilə qərarlar qəbul etməyə məcbur edib. Bunu İrəvan hələ dərk etmir və edə bilmir.

BMT strukturlarından olaraq Haaqada yerləşən İCJ Azərbaycanla bağlı qərar qəbul edərək rəsmi Bakını Laçın-Gorus yolu ilə "maneəsiz hərəkəti təmin etməyə" çağırıb. Daha doğrusu, məhkəmənin qərarına görə, sözügedən yolda Azərbaycan ekofəallırının və vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası "gərginliyin artmasına yönələ biləcək" addım kimi dəyərləndirilir.

İCJ fevralın 22-də Laçın yolundakı vəziyyətlə bağlı qərar qəbul edib. Qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Ermənilər də bundan yararlanaraq tamamən "maneəsiz" şəkildə Xankəndidən Ermənistana, Ermənistandan da Xankəndiyə hərəkət etməli, yük və sərnişin daşımalarını həyata keçirməlidir.

Lakin Haaqadakı məhkəmənin qərarı beynəlxalq hüquq baxımından primitiv, məntiq sarıdan absurd, Azərbaycanla Ermənistanın imzaladıqları birgə sənədlər və öhdəliklər baxımından isə nonsensdir.

Çünki Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini mütləq şəkildə davam etdirəcək.

Həmçinin, Azərbaycan tərəfindən etirazların "təşkili və dəstəkləməsini dayandırması" və Qarabağa "təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi" iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini unutmayaq.

Xatırladaq ki, məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Təbii ki, ölkəmiz beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

2021-ci ilin sentyabrında Azərbaycan tərəfindən məhkəmə iddiası qaldırılan zaman, həmçinin, müvəqqəti tədbirlərə, yəni, iddianın təmin edilməsinə dair məhkəməyə müraciət edilib. Həmin ilin oktyabrında məhkəmə tərəfindən həmin müraciətə və vəsatətə baxılıb, eyni ilin dekabrında Ermənistana qarşı həmin vəsatətlərdən biri - azərbaycanlılara qarşı Ermənistanda etnik nifrəti təşviq edən şəxslərin saxlanılması və qruplaşmaların, təşkilatların fəaliyyətinin dayandırılması, bunun qarşısının alınması haqqında vəsatət təmin edilib. Lakin Ermənistan tərəfi bu günədək həmin qərarı yerinə yetirməyib.

Belədirsə, Beynəlxalq Ədalət Məhkəməsi nə üçün sözügedən qərarın tam yerinə yeririlməsini və icrasını Ermənistandan tələb etmir?

İCJ-nin belə yanaşması ikili standartların tətbiqi kimi dəyərləndirilə bilərmi?

Ritorik sualdır.

İCJ-nin qərarında (qərardadında) Laçın-Gorus yolunda "maneəsiz hərəkətin təmin edilməsi" ifadəsi beynəlaxlq hüququn təfsiri və tətbiqi, yəni implementasiyası baxımından əsassız ifadədədir.

Halbuki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda həmin yolda "təhlükəsiz hərəkət"dən bəhs olunur.

"Maneəsiz hərəkət"lə "təhlükəsiz hərəkət" arasında çox böyük fərq var.

Ermənilərin istifadə etdikləri Laçın-Gorus yolu Azərbaycan ərazisindədir və Ermənistanla hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti operativ-nəzarət arealında yerləşən yaşayış məntəqələrimizi birləşdirir.

Azərbaycan öz ərazisindəki istənilən və bütün nəqliyyat-kommunikasiya marşrutları üzərində aprior olaraq nəzarətə malikdir və hələlik kontrolunda olmayan istiqamətləri də nəzarət altına almalıdır.

Bilavasitə Laçın-Gorus yoluna gəldikdə isə, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi delimitasiya və demarkasiya prosedurlarına məruz qalmadığından indi, sadəcə, şərti sərhəd sayılır.

Beynəlxalq hüququn prinsiplərinə görə, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini və sərhəd toxunulmazlığını təmin etmək üçün iki variantdan birini seçməlidir:

1. Azərbaycan-Ermənistan sərhədini keçən yolların istisnasız olaraq hamısında nəzarət-buraxılış məntəqələri (NBM) yaradılmalı, Ermənistandan ərazilərimizə, daha konkret olsaq, ermənilərin yaşadıqları bölgələrə daşınan yüklərlə sərnişinlərin təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün daşımalar şəffaf olmalı, nəzarət altında reallaşdırılmalıdır.

2. Sərhəddə NBM-lərin yaradılması prosesini Ermənistan hazırda olduğu kimi, ən müxtəlif süni bəhanələrlə əngəlləməyə davam edərsə, üstəlik mövcud atışmalar və mövqelərimizin hədəfə alınması davam edərsə, bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhdid, suverenliyimizlə sərhəd toxunulmazlığımıza təhdidlər olaraq qalacaq. Problemin həlli üçün Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, təhlükə mənbələrini zərərsizləşdirmək məqsədilə Ermənistanla şərti sərhəd boyunca 30 kilometrlik təhlükəsizlik zonası yarada bilər.

30 kilometr özüyeriyən artilleriya qurğularının və haubitsaların orta statistik atış məsafəsi olduğu üçün şərti sərhəddəki mövqelərimiz beynəlxalq hüquqla dünya praktikasına əsasən məhz bu endəki zolaq vasitəsilə təhdidlərdən qorunmalıdır.

Ermənistanın irqi ayrı-seçkilik zəminində Azərbaycana qarşı törətdiyi cinayətlərə gəldikdə isə bu faktlar həm də BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğv Ediləsi Komitəsi (Committee on the Elimination of Racial Discrimination - CERD, OHCHR) qarşısında məsələ qaldırıb.

İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərarını açqlayarkən Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu vurğulayıb.

Məhz bu səbəbdən də rəsmi Bakı sözügedən məsələdə 1949-cu il tarixli Cenevrə Konvensiyasına istinad edərək CERD şərtlərinin tətbiqini yetərsiz sayır və İCJ-nin bəhs etdiyimiz məqamlarla bağlı yurisdiksiyasını yetərli bilmir.

Yox, əgər İCJ hələ də məsələ ilə bağlı CERD şərtlərinin tətbiqində israrlıdırsa, onda hazırda rusiyalı sülhməramlıların nəzarətindəki bölgələrimizin Azərbaycanın ayrılmaz və leqal əraziləri olduğunu etiraf etməlidir.

Əraziləri CERD hələ də rəsmi olaraq bəyanatlarında vurğulamayıbsa, İCJ nədən və niyə bəhs edir, nəyə istinad edir?!

Və sonda...

Əgər İCJ Laçın-Gorus yolu ilə maneəsiz hərəkətin təminatını istəyirsə, onda mütləq şəkildə Zəngəzur dəhlizi ilə Naxçıvana yüklərin və sərnişinlərin maneəsiz hərəkətinin təminatını Ermənistandan tələb etməlidir.

2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini Ermənistan icra etmirsə, rəsmi Bakı da Laçın-Gorus yolundan sadəcə mülki və humanitar yüklərin daşınmasının təminatı üçün ekoaksiyanı davam etdirərək sərhəddə NBM-lər quraşdıra bilər.

Beynəlxalq hüquq bunu deyir və Azərbaycan da həmin hüquq çərçivəsində davranır. Beynəlxalq Ədalət Məhkəməsi bunu etiraf etmək istəməsə də!

Trend

Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hatayda like
  • 09 Mar 20:29  
Şou-biznes Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hatayda

Türkiyə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələlərdən sonra sü

arrow Ətraflı
XİN İrana nota verdi like
  • 09 Mar 20:23  
Siyasət XİN İrana nota verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti ida

arrow Ətraflı
İrəvan dəstəkçilərini itirir, Bakı isə... like
  • 09 Mar 20:18  
Dünya İrəvan dəstəkçilərini itirir, Bakı isə...

Əgər erməni xalqı Paşinyanı payıza qədər hakimiyyətdən uzaqlaşdıra

arrow Ətraflı
Afət Fərmanqızı yenə məsxərəyə qoyuldu like
  • 09 Mar 20:07  
Şou-biznes Afət Fərmanqızı yenə məsxərəyə qoyuldu

Bir dəfəlik Rusiyaya köçdüyünü deyən müğənni Afət Fərmanqızının

arrow Ətraflı
MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib like
  • 09 Mar 20:06  
Siyasət MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib

Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan həqiqətlərini təhrif ed

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb like
  • 09 Mar 20:01  
Siyasət Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb

Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" Az�

arrow Ətraflı
Çində göydən qurdlar yağıb like
  • 09 Mar 19:56  
Dünya Çində göydən qurdlar yağıb

Çində göydən qurdlar yağıb.

arrow Ətraflı
Xanımına 14 minlik üzük aldı like
  • 09 Mar 19:45  
Şou-biznes Xanımına 14 minlik üzük aldı

Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşına verdiyi 8 mart hədiyyə

arrow Ətraflı
Zənganda azərbaycanlı gənc həbs edilib like
  • 09 Mar 19:34  
Digərləri Zənganda azərbaycanlı gənc həbs edilib

Fevralın 25-də Hüseyn Bayat adlı azərbaycanlı gənc Zəngan şəhərində

arrow Ətraflı
Afaq Gəncəlidən qadınlarla bağlı maraqlı paylaşım like
  • 09 Mar 19:23  
Şou-biznes Afaq Gəncəlidən qadınlarla bağlı maraqlı paylaşım

Aparıcı Afaq Gəncəli paylaşımına yazdığı fikirlərlə diqqət çəkib.

arrow Ətraflı
Hacı Şahini o əvəz edəcək like
  • 09 Mar 19:18  
Digərləri Hacı Şahini o əvəz edəcək

Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov t�

arrow Ətraflı
Bir video ilə məşhurlaşan İbrahim... like
  • 09 Mar 19:12  
Digərləri Bir video ilə məşhurlaşan İbrahim...

Qubanın Xınalıq kəndinin balaca sakininin polşalı turistlə ingiliscə sö

arrow Ətraflı
Ruslar buna görə Xankəndiyə silah daşıyır like
  • 09 Mar 18:50  
Dünya Ruslar buna görə Xankəndiyə silah daşıyır

Qarabağ bölgəsində baş verən atışma nəticəsində 5 nəfərin ölümün

arrow Ətraflı
"Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni sevdi, həm də..." like
  • 09 Mar 18:39  
Şou-biznes "Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni sevdi, həm də..."

"Mən professional musiqi ilə uşaq yaşlarından məşğul oluram. Ona g�

arrow Ətraflı
Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi like
  • 09 Mar 18:28  
Dünya Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi

Fransada qadın hüquqlarını dəstəkləyən və pensiya islahatlarına qarş�

arrow Ətraflı