Ruslar buna görə Xankəndiyə silah daşıyır


Dünya 09 Mar 2023 18:50:00 193 0

Ruslar buna görə Xankəndiyə silah daşıyır

Qarabağ bölgəsində baş verən atışma nəticəsində 5 nəfərin ölümündən sonra məlum oldu ki, Azərbaycan və Ermənistan çox çıxılmaz vəziyyətdədir. Azərbaycan Qarabağı işğal etməyib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq ona məxsus olan torpaqlarını geri alıb. Ona görə də dünya Azərbaycanın regionda olması ilə barışmalı və tərəflərə sülh sazişi bağlamağa kömək etməlidir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara deyib.

"Qərb ölkələri Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma üzrə danışıqlarda obyektiv olmalıdır. Hazırda regionda sabitliyin olmamasından əsas faydalananlar İran və Rusiyadır. Bəli, İran üçün Ermənistan ona sanksiyalardan yan keçməyə kömək edən əsas dayaqdır. Ermənistanın Azərbaycanla sülh bağladığı gün onun təcrid olunmuş ölkə olmaqdan çıxıb qonşuları ilə sülh şəraitində yaşayan firavan cəmiyyətə çevriləcəyi gün olacaq. Beləliklə, artıq İrəvanın Tehrandakı mollalara arxalanmasına ehtiyac qalmayacaq və onların marioneti rolunu oynamayacaq. Bu səbəbdən iranlılar Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışırlar", - o bildirib.

Sabiq nazir bildirib ki, münaqişənin davam etməsi Ukraynadakı fiasko qarşısında Rusiyaya qlobal statusunu saxlamağa imkan verir:

"Beləliklə, ruslar Qarabağda sülhməramlı statusunu qoruyub saxlamağa çalışırlar və buna görə də Qarabağa qaçaqmalçılıq yolu ilə silah-sursatın keçirilməsinə icazə veriblər. Qafqazda sülhün bərqərar olması üçün əlimdən gələni edirəm. İrana, Rusiyaya və ya hər hansı digər dövlətə baş verənlərə təsir göstərməyə və həm azərbaycanlılara, həm də ermənilərə ziyan vuran münaqişəni qızışdırmağa imkan verməyəcəyəm. Bu, hər iki dövlətin xalqının anlamalı olduğu bir şeydir. Ona görə də son vaxtlar bu məsələdə çox açıq danışıram, Qarabağda sülhün əldə olunması üçün mümkün olan hər şeyi etməyə çalışıram. Sülh həm Azərbaycan, həm də erməni xalqına verilə biləcək ən gözəl hədiyyədir. Əvvəllər bu məsələdə konkret tərəf tutmaq istəmirdim. Çünki özümü qərəzsiz vasitəçi kimi göstərməyə çalışırdım. Amma İkinci Qarabağ müharibəsi başa çatdıqdan altı ay sonra Qarabağ bölgəsinə səfər edəndə və böyük dağıntıların şahidi olanda başa düşdüm ki, Ermənistan rəhbərliyi bu rayonu Qafqazın Xirosimasına çevirib. Qərb anlamalıdır ki, Qarabağdakı ermənilər üçün ən yaxşısı onların bu ölkənin bərabərhüquqlu vətəndaşları kimi Azərbaycan cəmiyyətinə inteqrasiyası, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün olmasıdır. Beləliklə, insanlar artıq mina partlayışına məruz qalmayacaq, şəhərlər, qəsəbələr, kəndlər bərpa olunacaq, Qarabağ yenidən turizm mərkəzinə çevriləcək. Lakin bunun baş verməsi üçün biz Rusiya sülhməramlılarının göz yumduğu silah qaçaqmalçılığını pisləməli və Azərbaycanın buna son qoymaq istəyinə rəğbət bəsləməliyik. Silah qaçaqmalçılığı sülh sazişinin imzalanmasına böyük maneədir.

Bu səbəbdən İsrailin keçmiş naziri kimi ermənilərin Laçın yolu boyunca həyata keçirdikləri silah qaçaqmalçılığını qətiyyətlə pisləyir və son itkilərə görə dərin təəssüf hissi keçirirəm. Mən dua edirəm ki, tezliklə Qafqazda sülh olsun. Qarabağ silahlarla deyil, güllərlə, ağaclarla, fermalarla, gözəl kəndlərlə zənginləşsin".

"Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni sevdi, həm də..." like
  • 09 Mar 18:39  
Şou-biznes "Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni sevdi, həm də..."

"Mən professional musiqi ilə uşaq yaşlarından məşğul oluram. Ona g�

arrow Ətraflı
Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi like
  • 09 Mar 18:28  
Dünya Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi

Fransada qadın hüquqlarını dəstəkləyən və pensiya islahatlarına qarş�

arrow Ətraflı
Bu marşrutlarda gediş haqqı artıb like
  • 09 Mar 18:17  
Digərləri Bu marşrutlarda gediş haqqı artıb

Kolxəlfəli, Pirili kəndləri və Ağstafa rayon istiqamətində xəttə gün

arrow Ətraflı
Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı like
  • 09 Mar 18:08  
Digərləri Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı

Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmu

arrow Ətraflı
Narkotik ƏMƏLİYYATI: 98 nəfər saxlanıldı like
  • 09 Mar 17:55  
Kriminal Narkotik ƏMƏLİYYATI: 98 nəfər saxlanıldı

Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı

arrow Ətraflı
Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib like
  • 09 Mar 17:29  
Kriminal Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfind

arrow Ətraflı
Çox sayda vətəndaş "İnstpower" piramidasının qurbanı olub	 like
  • 09 Mar 16:50  
Digərləri Çox sayda vətəndaş "İnstpower" piramidasının qurbanı olub

Təkcə Bakıda deyil, bölgələrdə də çoxlu sayda vətəndaş "instpow

arrow Ətraflı
DYPnin saxladığı sürücü qəfil öldü like
  • 09 Mar 16:42  
Digərləri DYPnin saxladığı sürücü qəfil öldü

Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb.

arrow Ətraflı
Bu tələbələrin hər birinə 200 manat aylıq təqüd verilir like
  • 09 Mar 16:30  
Digərləri Bu tələbələrin hər birinə 200 manat aylıq təqüd verilir

"Qızların təhsilinə dəstək" layihəsi çərçivəsində regionla

arrow Ətraflı
Xaricdən gətirilən bəzi avtomobillər istismara yararsızdır like
  • 09 Mar 16:28  
Digərləri Xaricdən gətirilən bəzi avtomobillər istismara yararsızdır

Xaricdən gətirilən bəzi 2-ci əl avtomobillər istismara yararsızdır. Bel�

arrow Ətraflı
“İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİBin tabeliyinə verildi like
  • 09 Mar 16:26  
Siyasət “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİBin tabeliyinə verildi

Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı

arrow Ətraflı
Aktrisa 5 milyon qazanacaq like
  • 09 Mar 16:17  
Şou-biznes Aktrisa 5 milyon qazanacaq

Türkiyəli aktrisa Aslı Ənvər yeni reklam təklifi alıb.

arrow Ətraflı
X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib like
  • 09 Mar 16:08  
Siyasət X Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirib

Martın 9-da X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel

arrow Ətraflı
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib like
  • 09 Mar 15:47  
Siyasət İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı