BədBəxtiyar faciəsi: əxlaq və ləyaqət unudulub


Siyasət 07 Mar 2023 21:56:00 215 0

BədBəxtiyar faciəsi: əxlaq və ləyaqət unudulub

Azərbaycanda normal müxalifət nə zaman olacaq?

"Nə zaman normal hakimiyyət olacaq, onda da normal müxalifət olacaq" - bu cavab dərhal veriləcək bəlli düşərgə tərəfindən. Ehtimal etmək çox asandır bu cavabı, çünki illərdən bəri eşidilən və artıq nimdaş, köhnəlmiş, mənasız şüara çevrilmiş söz yığınıdır.

Azərbaycanda hakimiyyət normaldır, ölkə idarə olunur, kənardan təzyiq cəhdlərinə, dövləti marionetka ölkəyə çevirmək arzusu ilə qıvrılanların niyyətlərini qıyılmış gözlərində qoyaraq inkişaf edir və düşmənləri daha da sinirləndirir.

Hakimiyyət "anormal" sayıla biləcək qərar, addım və ya siyasətlə fərqlənməyib.

Müxalifətdən fərqli olaraq.

Əfsuslar olsun ki, Azərbaycanda müxalifət düşərgəsi toplam olaraq normallıqdan çox uzaq, abnormallığa çox yaxındır.

Bəlli siyasətçilər, məlum partiyalar var ki, onların fəaliyyətləri göz qabağındadır, konstruktivdir, nə istədikləri və nəyə can atdıqları, ən əsası isə kim və nə olduqları məlumdur.

Lakin hakimiyyətə meydan oxuyub xalqı meydanlara çağıran və meydanda yalnız özlərinin olduqlarını deyənlərin fəaliyyəti qalmaqallarla müşayiət olunur.

Özünü "azad bloqer, siyasətçi, ictimai xadim" və s. kimi təqdim edən Bəxtiyar Hacıyev da olduğu kimi görünməyib görünmədiyi kimi olmağa çalışan müxalifətçilərdəndir.

Daha doğrusu, yan cib müxalifətçilərindən.

O kəslərdən ki, şəxsi həyatını ictimai və siyasi fəaliyyətindən ayrı tutduğunu desə də, fərdi yaşamının intim təfərrüatları ürəkbulandırıcı detallarla müzakirələrə səbəb olub.

Onu, habelə ondan əvvəl əxlaqsız və rüsvayçı yaşamının təfərrüatları yayılmış müxalifət siyasətçilərini müdafiə etməyə çalışanların arqument bazası məhdud, primitiv ə gülüncdür.

Əsas arqument budur: "Bax, sizə nə var?! İnsanın şəxsi həyatı ilə siyasi fəaliyyətini qarışdırmayın! Biz onun siyasi fəaliyyətini önəmli sayırıq. Şəxsi həyatı isə özü bilər - öz həyatıdır".

Absurd, əsassız və demaqogik açıqlama, yandırılmış körpüləri bərpa etməyə yönəlmiş uğursuz cəhdlərdir bu ifadələr.

Ölkədəki "məşhur hüquq müdafiəçiləri"nin, "əsl müxalifət liderləri"nin, "gerçək müxalifətçilər"in fasiləsiz olaraq bizlərə nümunə göstərdikləri "inkişaf etmiş Qərb ölkələri"ində ictimai fiqurun və ya siyasətçiliyə iddialı şəxsin belə, şəxsi həyatının toxunulmazlığı anlamı yoxdur. Belə anlam olmadığından, aprior olaraq, həmin şəxsin davranışı, fərdi yaşamının özəllikləri cəmiyyətin müzakirə mövzusudur və demokratiyanın təməl prinsiplərindən biri məhz publik şəxslərin həyatının hər anının istənilən zaman müzakirə edilmə azadlığıdır.

Yəni siyasətçiyə, xüsusilə də vətəndaşları parlamentdə təmsil etməyə iddialı olan şəxsə şamil edilərək sosial-siyasi aksioma çevrilmiş tələblərdən biri budur.

Siyasətçinin və ya ictimai fiqurun şəxsi həyatı ilə siyasi fəaliyyəti arasında dəmir pərdə yoxdur, ola da bilməz.

Azərbaycanda isə son olaylar göstərdi ki, hüquq müdafiəçisi, bloqer və deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevin şəxsi həyatı qalmaqallara səbəb olan yaşamdır.

Düşünün ki, parlamentdə təmsil olunmaq iddiasını hələ də daşıyan və özünü ölkədəki proseslərə təsir imkanlarına malik şəxs sayan B.Hacıyev illər əvvəl müxtəlif xanımlarla intim yazışmalarını, ona göndərilən fotoları vı videoları saxlayıb.

Saxlamaqla yanaşı, bu qadınları özü kimi "dostlar"ı və "məsləkdaş"ları ilə sosial şəbəkə yazışmalarında "samovar" adlandırıb. Hansısa qadınla yatağa girməyi "samovar qaynatmaq" adlandıraraq bunula fəxr ediblər, qürrələniblər, təfərrüatları öz aralarınla bölüşərək müzakirə ediblər. Bütün bunlar azmış kimi, ləyaqəti tam unudaraq "samovar" adlandırdıqları qadınları bir-birlərinə "ənam" ediblər.

Özlərini siyasətçi, insan hüquqları müdafiəçisi, ictimai fəal və s. adlandıran bu "dostlar" çat qrupları yaradaraq "samovar" adlandırdıqları qızların, ailəli qadınların yarıçılpaq və çılpaq fotolarını paylaşıblar.

Həmin yazışmalar, fotolar indi sosial şəbəkələrdə yayılıb.

Təbii, kibercinayətkarlıq yolu ilə əldə olunub, qanunsuz şəkildə yayılıb.

B.Hacıyevi hələ də "müdafiə" edənlər bu yazışmalarla fotoların montaj olduqlarını israrla deyir və yazırlar.

Mümkündür ki, yayılan yazışmalarla fotoların müəyyən qisminin montaj olması istisna deyil.

Amma sadəcə, müəyyən qisminin - hamısının yox!

Bəxtiyar Hacıyevin yazışmalarına nəzər saldıqda, bu adamın nimfoman, cinsi əlaqələrlə flirtə maniakal tutqulu adam, az qala nimfoman olduğunu söyləmək olardı.

Amma belə deyil.

O, Azərbaycanın məşhur müxalifət liderlərinin birinin ABŞ-da təhsil alan qızını belə, yatağa salmağa çalışıb və həmin xanımla illər əvvəlki yazışmalarını saxlayıb.

Qadınlarla qızları "samovar" adlandıran, mənəvi aşınmaya məruz qalmış Bəxtiyar Hacıyev və ya onun "dostu" Zaur Əkbəri hələ də insan haqları müdafiəçisi kimi cəmiyyətə sırımağa çalışan, onları inadla müdafiə etməyə can atanlar var.

Bu adamlar isterik şəkildə bəyan edirlər ki, hakimiyyət Bəxtiyar Hacıyevi ləkələməyə və gözdən salmağa çalışdığı üçün "acıqla, inadla onu müdafiə etməliyik".

Niyə, nə üçün?

Bəxtiyar Hacıyev sifarişlə çalışan, "lazım" bildiyində AXCP sədri Əli Kərimlini aşağılayaraq təhqir etdiyini çat-qrupda etiraf edən ikiüzlü şəxsdir.

Onun pul müqabilində bəlli şəxslərin sifarişlərini yerinə yetirərək "fəal"lıq etdiyi də çoxdan məlum olan Polişinel sirri idi.

Özünü "ana müxalifət" adlandıran radikal müxalifət düşərgəsinin davranışına isə təccüblənməyə dəyməz.

Seksual qalmaqallar, yataq səhnələrinin videolarının yayılması bu düşərgənin bəzi mənsubları üçün trivial əmələ çevrilib və həmin fərdlərdə əxlaq orientirlərinin pozulmasına səbəb olan "immunitet" yaranıb.

Halbuki belə olmamalıdır.

Hakimiyyətlə mübarizə apardığını fasiləsiz vurğulayan və hakimiyyətə gəlmək istəyən insanın şəxsi həyatı, mənəviyyatı, əxlaqi dəyərləri tənqidlərə səbəb olmamalıdır. Çünki belə insanın, müxalifətçinin əsas silahı onun əxlaqı, mənəviyyatı və daxili aləmidir.

Məntiq budur ki, hakimiyyətə gəlmək və mövcud hakimiyyəti dəyişmək istəyən şəxs mütləq şəkildə əvvəl xalqa, sonra da hakimiyyətə mənəvi təmizliyini, üstünlüyünü, şərəf və ləyaqətinin uca məqamda olduğun sübüt etməlidir.

Bəşər tarixi boyu belə olub.

Yataqdan çıxmayan Maksimilyen Robespyer, qadın düşkünü lord Oliver Kromvel, eyni vaxtda onlarla xanımla intim yazışmalara qapılan Çe Gevara, "şəxsi həyatım başqa, siyasi fəaliyyətim başqa" deyən Aleksey Navalnını xəyala gətirmək belə, mümkün deyil.

Təbii ki, hakimiyyət ona qarşı mübarizə aparanları zəiflətmək, sosiumun gözündə nüfuzdan salmağa çalışmalıdır.

Siyasətin təməl mövcudluq prinsiplərindən biri budur və minillərdir belədir.

Hər zaman, hər yerdə belə olub və olacaq.

Azərbaycan müxalifəti effektiv, məntiqli və dayanıqlı mübarizə apararaq xalqın rəğbətini qazanmaq istəyirsə, ləyaqət, şərəf və əxlaq dəyərlərini ən ümdə məqamlar saymalıdır.

Lakin mühafizəkar, əsrlərdən bəri gələn yazılmamış qanunların yazılı qanunlardan üstün tutulduğu, adətlərin istənilən məcəllədən ötə sayıldığı Azərbaycanda hakimiyyət yanğısında olan radikal müxalifətin bəlli mənsubları xalqı meydanlara apara bilməyib yataq otağını meydana çevirməyə qərar verdilər.

Ümumbəşəri dəyərləri, humanizm və mənəviyyat prinsiplərini ayaqlar altına salan bu fərdlər Azərbaycanda "narıncı", "məxməri" və s. inqilab etməyi bacarmayıb seksual inqilab fikrinə düşüblər olmaya?

Yataq səhnələrinin videogörüntüləri yayılan və sosial şəbəkələrdə müzakirə subyektinə çevrilə belə "müxalif"ləri xatırlatmağa lüzum görmürəm.

Onlar ölkə müxalifətinin indiki kliniki ölüm vəziyyətinə düşməsində, nüfuzunu itirməsində, sosial və elektoral bazadan məhrum olmasında xüsusi rol oynayıblar.

Kütlə bu adamları nikahdankənar əlaqələri, "seksual azadlığı" təbliğ edənlər kimi tanımağa başlayıb.

Sonuncu uğursuz cəhd Bəxtiyar Hacıyev idi.

Növbəti himayədarı ilə münasibətləri pozulandan sonra aqressivləşən Bəxtiyar Hacıyevi radikal müxalifət az qala "yeni lider", ölkəmiz üçün tam fərqli formatdakı Lex Valensa, Vaslav Qavel, Mixeil Saakaşvili və Castin Trüdonun simbiozu qismində təqdim etməyə başlamışdılar.

"Bəxtiyar Hacıyev həbs olundu", "Bəxtiyar Hacıyev aclığa başladı", "Bəxtiyar Hacıyev aclığı davam etdirməkdə qətiyyətlidir" tipli şüarlar sosial şəbəkələri dolaşırdı.

Sən demə, Azərbaycan müxalifətinin yeni, gerçək lideri doğulurdu.

Amma olmadı: doğuş vaxtından əvvəl bitdi, Bəxtiyar Hacıyev siyasi-ictimai abort qurbanı oldu.

Məlum oldu ki, Bəxtiyar Hacıyev dost, silahdan, məsləkdaş və s. adlandırdığı kişilərin qızlarını, xanımlarını tovlayaraq yatağa salıb.

İşin, bəhs etdiyimiz kimi, ən iyrənc məqamı isə odur ki, B.Hacıyev həmin xanımlarla bütün intim, "+18" məzmunlu yazışmaları, fotoları və videogörüntüləri illərlə saxlayıb, silməyib.

Məhz bu səbəbdən B.Hacıyevi həmin adamları sonradan seksual şantaj etmək niyyətində suçlayırlar: məsələn, radikallığı ilə tanınan, həyat yoldaşının da Bəxtiyar Hacıyev tərəfindən tovlandığı deyən İlkin Rüstəmzadə kimi.

Bəxtiyar Hacıyevin nəyə, kimə və niyə güvəndiyi bəlli deyil.

Avantür davranış tərzli, gizli əməkdaşlıq etdiyi düşərgəni sonradan aşağılayan, hakimiyyət mənsubları ilə "tərəfdaşlıq" edərək sonradan hakimiyyət dəyişiklikliyinə çağırışlar edən Bəxtiyar Hacıyev indi zavallı, miskin, həyatın dibinə düşmüş insan təsiri bağışlayır.

Günah kimsədə yox, bu adamın özündədir.

Özü anlasa əgər...

Elçin Alıoğlu Son.az

Aygün Kazımova: "Mən bütün oyunlara hazıram və açığam"  VİDEO like
  • 07 Mar 21:54  
Şou-biznes Aygün Kazımova: "Mən bütün oyunlara hazıram və açığam" VİDEO

Bu gün ssenari müəllifi və prodüseri Fariz Əliyevin ərsəyə gətirdiyi &

arrow Ətraflı
Müxalifət Papuaşvilinin ofisinə daxil olmağa çalışır  VİDEO like
  • 07 Mar 21:50  
Dünya Müxalifət Papuaşvilinin ofisinə daxil olmağa çalışır VİDEO

Gürcüstan polisi və xüsusi təyinatlıları parlament binasının çıxış�

arrow Ətraflı
Taksidə qadına qarşı əxlaqsızlıq: polis hərəkətə keçdi like
  • 07 Mar 21:27  
Kriminal Taksidə qadına qarşı əxlaqsızlıq: polis hərəkətə keçdi

Bakıda taksidə qadına qarşı əxlaqsızlıq edilib.

arrow Ətraflı
İndi də onunla eşq yaşayır like
  • 07 Mar 20:57  
Şou-biznes İndi də onunla eşq yaşayır

Ayça Ayşin Turandan ayrılan Alp Navruz yeni eşqə başlayıb.

arrow Ətraflı
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb  FOTO like
  • 07 Mar 20:52  
Siyasət Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb FOTO

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin be

arrow Ətraflı
Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb  FOTO like
  • 07 Mar 20:24  
Şou-biznes Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb FOTO

Amerikalı aktyor və kinorejissor Conni Depp rəsmlərinin satışından 5,4 mi

arrow Ətraflı
"Avroviziya" təmsilçimizin avtomobilinə hücum etdilər  FOTO like
  • 07 Mar 19:51  
Şou-biznes "Avroviziya" təmsilçimizin avtomobilinə hücum etdilər FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndinin başına

arrow Ətraflı
XİN: Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur like
  • 07 Mar 19:28  
Siyasət XİN: Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur

Silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasın

arrow Ətraflı
Birinci qrup əlil yaşadığı yerdən qeydiyyatdan çıxarılıb  VİDEO like
  • 07 Mar 19:21  
Digərləri Birinci qrup əlil yaşadığı yerdən qeydiyyatdan çıxarılıb VİDEO

1-ci qrup gözdən əlil ciddi problemlə üzləşib.Suraxanı rayonu, Hövsan q

arrow Ətraflı
Prezident: Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir like
  • 07 Mar 19:17  
Siyasət Prezident: Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir

COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nə

arrow Ətraflı