Kanadada dərman şirkətlərinə İLGİNC İCAZƏ:
Dünya 06 Mar 2023 22:10:00 301 0
Kanadada iki dərman şirkətinin kokain istehsal etməsi və satmasına icazə verilib.
Bu xəbəri də oxu: Çin "TikTok"u İlon Maska satır?
Son.az Medicina.az-a istinadən xəbər verir ki, bu haqda Britaniya Kolumbiyasının paytaxt şəhəri Viktoriyada yerləşən "Sunshine Earth Labs" əczaçılıq şirkəti açıqlama yayıb.
Açıqlamada Səhiyyə departamentinin şirkətə koka bitkilərindən kokain, morfin, heroin və ekstazi istehsal etmək və satmaq üçün lisenziya verdiyi bildirilib. Nazirlik oxşar icazəni fevral ayında Adastra Labs əczaçılıq şirkətinə də verib.
2016-cı ildən bəri əyalətdə ən azı 10 min, ölkə daxilində isə 30 min insan həddindən artıq dozadan ölüb.
Qeyd edək ki, keçən ilin iyun ayında qəbul edilmiş qərarla Britaniya Kolumbiyasında 2,5 qrama qədər narkotik vasitələrin daşınmasını cinayət hesabından çıxarıb. Bildirilib ki, yanvarın 1-dən qüvvəyə minən üç illik sınaq tətbiqi 18 yaşdan yuxarı şəxslər üçün keçərlidir.
Beləliklə, Britaniya Kolumbiyası Şimali Amerikada ABŞ-ın Oreqon ştatından sonra ağır narkotikləri cinayətdən azad edən ikinci ştat olub. Oreqon 2020-ci ilin noyabrında qanun dəyişikliyi edib.
Kokain, heroin, metamfetamin, LSD və ekstazi kimi ağır narkotiklərin sağlamlıq riskləri və asılılıq yaratma ehtimalı marixuana, tiryək, yuxu həbləri və ağrıkəsicilər kimi dərmanlarla müqayisədə daha yüksəkdir.
İranın Rusiyadan Su-35 qırıcılarını almaq məsələsi hazırlıq mərhəl
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Birləşmiş Ər
Son zamanlar xəstəliklərin, virusların və infeksiyaların artdığı bir d�
Türkiyənin qalmaqallı aktyoru Can Yaman bir müddət əvvəl italyan aparıc�
Pilotsuz uçuş aparatlarının istehsalında (PUA) "yeni nailiyyətlər&qu
6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ce
Türkiyəli aktyor Mehmet Ali Nuroğlu evlənib.
"İllər əvvəl müğənnilərimiz mənim şəkilimi plastik cərrahlara g
Niderlandın bir sıra bələdiyyələrində yetkinlik yaşına çatmayanlara b�
Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edə
ABŞ-nin Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass)