Ceyhun Bayramov BMTnin Beşinci Konfransında çıxış edib FOTO


Siyasət 06 Mar 2023 21:29:00 202 0

Ceyhun Bayramov BMTnin Beşinci Konfransında çıxış edib  FOTO

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) çıxış edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir çıxış zamanı, ilk öncə Türkiyə və Suriyada zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb.

Daha sonra, tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edilib. Bu mötəbər konfransın dünyada hal-hazırda mövcud olan az inkişaf etmiş 46 ölkənin və bu ölkələrdə yaşayan 1.1 milyard əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarlar qəbul edəcəyinə inam ifadə olunub.

Nazir Ceyhun Bayramov 10 ildən bir keçirilən bu konfransın yalnız həmrəylik deyil, eyni zamanda inkişaf tərəfdaşlarının az inkişaf etmiş ölkələrin ehtiyaclarının təmin edilməsi üzrə öhdəliklərinin bir daha təsdiq edilməsi və bu sahədə 2022-2031-ci illər üzrə Doha Fəaliyyət Planının icrası üçün vacib tədbir olduğunu diqqətə çatdırıb. Bu 46 ölkədən 39-un Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı üzvləri olduqları xatırlanıb.

Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz dogma torpaqlarından didərgin düşməsinə, minlərlə insanın həlak olmasına, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub.

Azərbaycan Respublikası tərəfindən 130-a yaxın ölkəyə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.

Azərbaycanın İstanbul Fəaliyyət Planı və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində praktiki töhfələri qeyd olunub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təqaüd proqramları barədə məlumat verilib, 21 ən az inkişaf etmiş ölkənin diplomatları üçün təlimlər keçirildiyi vurğulanıb.

Covid-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Pandemiya ilə əlaqədar Azərbaycanın 80 ölkəyə maddi və humanitar dəstək göstərdiyi, 14 ölkəyə 1 milyon doza vaksin təklif etdiyi bildirilib.

2 may 2023-cü il tarixində Qoşulmama Hərəkatının "Covid-19"-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşü zamanı ölkələrin pandemiyalar zamanı həmrəylik nümayiş etdirməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın Zirvə görüşü zamanı Afrika, habelə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım üzrə fond yaradılması təşəbbüsü ilə çıxış etdiyi, bu fondların hərəsinə 1 milyon ABŞ dollar vəsait ayrıldığı çıxış zamanı qeyd edilib, Azərbaycanın bu təşəbbüslərinə dəstəyin zəruriliyi diqqətə çatdırılıb.

"Sen anlat Karadeniz"in aktyoru evləndi  FOTO like
  • 06 Mar 21:00  
Şou-biznes "Sen anlat Karadeniz"in aktyoru evləndi FOTO

Türkiyəli aktyor Mehmet Ali Nuroğlu evlənib.

arrow Ətraflı
“Şəkillərimi plastik cərrahlara göstərib deyiblər ki, bizi də belə et” like
  • 06 Mar 20:29  
Şou-biznes “Şəkillərimi plastik cərrahlara göstərib deyiblər ki, bizi də belə et”

"İllər əvvəl müğənnilərimiz mənim şəkilimi plastik cərrahlara g

arrow Ətraflı
Bu ölkədə bıçaq gəzdirmək qadağan olundu like
  • 06 Mar 19:56  
Dünya Bu ölkədə bıçaq gəzdirmək qadağan olundu

Niderlandın bir sıra bələdiyyələrində yetkinlik yaşına çatmayanlara b�

arrow Ətraflı
“Yaşıl Marafon 2023” ağacəkmə kampaniyasına start verilib  FOTO like
  • 06 Mar 19:55  
Digərləri “Yaşıl Marafon 2023” ağacəkmə kampaniyasına start verilib FOTO

Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin

arrow Ətraflı
Bakıda İran vətəndaşı ilə əlbir olan narkotacir saxlanılıb  VİDEO  FOTO like
  • 06 Mar 19:23  
Kriminal Bakıda İran vətəndaşı ilə əlbir olan narkotacir saxlanılıb VİDEO FOTO

İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edə

arrow Ətraflı
TikTokun bu trendi tələbələrin zəhərlənməsi ilə nəticələndi  FOTO like
  • 06 Mar 18:50  
Dünya TikTokun bu trendi tələbələrin zəhərlənməsi ilə nəticələndi FOTO

ABŞ-nin Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass)

arrow Ətraflı
İsrail: İrana hücum qaçılmazdır like
  • 06 Mar 18:16  
Dünya İsrail: İrana hücum qaçılmazdır

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın

arrow Ətraflı
Ramiz Rzayev 18 illik vəzifəsi ilə vidalaşdı  FOTO like
  • 06 Mar 18:14  
Digərləri Ramiz Rzayev 18 illik vəzifəsi ilə vidalaşdı FOTO

2023-cü il martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rz

arrow Ətraflı
Rozanın Polad Bülbüloğlu ilə rəqsi…VİDEO like
  • 06 Mar 17:54  
Şou-biznes Rozanın Polad Bülbüloğlu ilə rəqsi…VİDEO

Müğənni Roza Zərgərli Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKS

arrow Ətraflı
"Azərbaycan bu məsələdə qərarlıdır" like
  • 06 Mar 17:40  
Siyasət "Azərbaycan bu məsələdə qərarlıdır"

3-5 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər

arrow Ətraflı