XİN: Ərazilərimizdən erməni silahlı qüvvələrinin


Siyasət 05 Mar 2023 15:13:00 285 0

XİN: Ərazilərimizdən erməni silahlı qüvvələrinin

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib.

Son.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Son.az 

İtaliyanın şimalında anarxistlər polislə toqquşub like
  • 05 Mar 15:12  
Dünya İtaliyanın şimalında anarxistlər polislə toqquşub

İtaliyanın şimalındakı Turin şəhərində həbsdə olan ekstremist Alfredo

arrow Ətraflı
Saakaşvili: “Tamamilə yataq xəstəsiyəm, teztez huşumu itirirəm” like
  • 05 Mar 14:44  
Dünya Saakaşvili: “Tamamilə yataq xəstəsiyəm, teztez huşumu itirirəm”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zaman�

arrow Ətraflı
MNdən sülhməramlıların komandanlığına: like
  • 05 Mar 14:37  
Siyasət MNdən sülhməramlıların komandanlığına:

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının di

arrow Ətraflı
Nazirlik: “LaçınXankəndi yolunda nəzarətkeçid məntəqəsi yaradılmalıdır” like
  • 05 Mar 14:35  
Digərləri Nazirlik: “LaçınXankəndi yolunda nəzarətkeçid məntəqəsi yaradılmalıdır”

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankən

arrow Ətraflı
Məşhur modellə eşq yaşadı, like
  • 05 Mar 14:30  
Şou-biznes Məşhur modellə eşq yaşadı,

Son.az Kulis.az-a istinadən meyxanaçı Orxan Lökbatanlı haqqında maraqlı f

arrow Ətraflı
Qarabağda erməni təxribatı: hər iki tərəfdən həlak olan və yaralananlar var like
  • 05 Mar 14:17  
Siyasət Qarabağda erməni təxribatı: hər iki tərəfdən həlak olan və yaralananlar var

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Re

arrow Ətraflı
Müharibəni sabah bitirmək olar: like
  • 05 Mar 14:16  
Dünya Müharibəni sabah bitirmək olar:

Rusiya uğrunda mübarizə burada və indi getməlidir, əks halda Ukrayna NATO-

arrow Ətraflı
Avtomobili narkotikin təsiri altında idarə edirdi like
  • 05 Mar 14:02  
Kriminal Avtomobili narkotikin təsiri altında idarə edirdi

Narkotikin təsiri altında sükan arxasına keçən şəxs sürücülük hüquq

arrow Ətraflı
Ermənilər Qarabağda üç diversant itkisini like
  • 05 Mar 13:53  
Siyasət Ermənilər Qarabağda üç diversant itkisini

Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər.

arrow Ətraflı
Bayden bir suala cavab vermədən jurnalistlərlə ünsiyyət zonasını tərk edib like
  • 05 Mar 13:48  
Dünya Bayden bir suala cavab vermədən jurnalistlərlə ünsiyyət zonasını tərk edib

ABŞ Prezidenti Co Bayden jurnalistlərə yaxınlaşıb və heç bir suala cavab

arrow Ətraflı
Qarabağda erməni təxribatı: like
  • 05 Mar 13:36  
Siyasət Qarabağda erməni təxribatı:

Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatlar

arrow Ətraflı
Amerikalı məşhur aktyor vəfat etdi like
  • 05 Mar 13:34  
Dünya Amerikalı məşhur aktyor vəfat etdi

Amerikalı məşhur aktyor Tom Saymor xəstəxanada vəfat edib.

arrow Ətraflı
Bakıda döyüşə yararlı tank mərmisi aşkarlandı like
  • 05 Mar 13:14  
Digərləri Bakıda döyüşə yararlı tank mərmisi aşkarlandı

Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb.

arrow Ətraflı