Məşhur modellə eşq yaşadı,


Şou-biznes 05 Mar 2023 14:30:00 450 0

Məşhur modellə eşq yaşadı,

Son.az Kulis.az-a istinadən meyxanaçı Orxan Lökbatanlı haqqında maraqlı faktları təqdim edir.

Əslən İmişli rayonundan olan Əzimov Orxan Əzim oğlu 1987-ci il sentyabrın 9-da Bakı şəhərinin Lökbatan qəsəbəsində evin sonbeşiyi olaraq anadan olub.

***

1993-cü ildə Lökbatanda 106 saylı orta məktəbin 1-ci sinfinə gedib. O, 2001-ci ildən meyxana deməyə başlayıb. Ustadının Aydın Lökbatanlı olduğunu deyən Orxan 2004-cü ildə orta məktəbi başa vurub.

***

O, Azərbaycanda ən çox qadın azarkeşi olan meyxanaçılardan biri hesab olunur. Orxan Lökbatanlı müasir meyxanada qızıl dördlükdən biri hesab olunur.

O, 2004-cü və 2008-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" və "Sözüm Var" meyxana yarışmalarında iştirak edib. "De Gəlsin" realiti verilişində Ülvi Nəsirliyə məğlub olaraq yarışı dayandırıb və 4-cü yerə layiq görülüb.

***

Həmin il lökbatanlı meyxanasevərlərlə bir-birlərinə söz verirlər ki, "De gəlsin"ə qəbul edilsələr, Bakının mərkəzindən Lökbatana qədər piyada gedəcəklər. Qəbul olunandan sonra isə onlar bu vədə əməl ediblər.

***

Orxan "De gəlsin"dən sonra uzun illər çalışsa da, diqqəti cəlb edə bilməyib və meyxanaçını məşhurlaşdıran, ona pul qazandıran yeganə məkan olan toyxanalara ayaq açmağa çətinlik çəkib. Bu proses 2008-ci ilə qədər davam edib.

2008-ci ildə o, "De, gəlsin" layihəsində Vüqar Əbdülovun "Bizimkilər" komandası ilə Kərimin "Qara qartallar" komandasının qarşılaşmasında ("Bizimkilər" komandasında) diqqət çəkməyi bacarır. Bu yarışda Orxan çox uğurlu çıxışlar edir, yaddaqalan ev tapşırıqlarına imza atır.

***

Bundan sonra Orxanın uğurlar silsiləsi başlayır. Və bu uğurların təminatı olan toylarda ona tələbat artır.

***

Meyxana sənətini kişi sənəti hesab edən Orxan bu məsələyə aydınlıq gətirərək müsahibələrinin birində deyir:

"Mən bu barədə fikrimi bir neçə dəfə də efirdən demişəm, çoxlarının, elə, deyəsən, meyxanaçı Samirənin xətrinə dəymişdi. Ancaq mən yenə deyirəm ki, bu məsələyə normal baxmıram. Meyxana kişiyə məxsus sənətdir. Çünki bu sənətin içərisində deyişmə var. Çərçivəsində, hər şeyi qaydasında olan ədəbli deyişmədir. Amma bu deyişmənin içərisində əsəbdən, qəzəbdən, hirsdən adam bir-birinə hərdən elə söz deyir ki, biz kişi olaraq bunu qəbul edirik və cavabını da veririk. Məsələn, bir toyda, el şənliyində beş yüz nəfərin içərisində bir qadın çıxıb meyxana deyir, qarşı tərəf də ona cavab verir, sataşır, söz atır, deyişir. Mənim qanacağım imkan verməz ki, durum qadın xeylağına bu cür cavab verim. Toylar olan vaxtı Bakı kəndlərində meyxana həmişə toyların axırına qalıb. Saat 3, 4, 5-ə qədər çəkib. Toylar olan vaxtı mənim yadıma gəlmir ki, normal insanlar kimi saat 9-da, 10-da evə gəlim. Bunu tək mən yox, bütün meyxana deyənlər etiraf ediblər. Saat 4-ə, 5-ə qədər çəkən toyda qadının qalmağı düzgün deyil".

Gəncliyində böyük bir sevgi yaşayan Orxanın bu məhəbbətinin nakam olduğu dildən dilə gəzir. Ancaq meyxanaçı özü bu haqda heç zaman danışmır.

2006-cı ildə o, Abbasova Səbinə ilə ailə qurub. Onun bu evlilikdən 2 övladı dünyaya gəlib. Ancaq bu evlilik 2010-cu ilədək davam edir. 2-ci ailə həyatı 2011-ci ildə Bağırova Kəmalə ilə olur, bu evlilikdən 1 övladı dünyaya gəlib və evlilik hələ də davam edir.

Bir neçə il əvvəl meyxanaçının model Aysu Bədəlzadə ilə eşq yaşadığı ilə bağlı xəbərlər mətbuatda yayılmağa başladı. Ancaq tanınmış meyxanaçı sözügedən xəbərin yalan olduğunu bildirərək, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirir.

***

Meyxanaçı dostu Rəşad Dağlı bugünkü meyxana aləminin tacı hesab edir. Ancaq dostları ilə münasibətlərində o, birmənalı qarşılanmayıb. Belə ki, meyxana aləmində, hətta Orxanın lap yaxın çevrəsində yaxın dostu Vüqar Biləcərinin ölümündə, daha doğrusu, onun pis vərdişlərə mübtəla olmasında Orxanı günahlandırıblar. Bu barədə meyxanaçı müsahibələrinin birində deyir:

"Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində paralic oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun ağır xəstəliyi vardı. Hər şey kənardan görsəndiyi kimi deyil. Bizim içimiz özümüzü, çölümüz özgəni yandırır. Aydın öləndən sonra hərə bir söz danışdı. Biri dedi, Aydını filankəs narkotikaya oturdub, digəri dedi, Aydının evini filankəs yıxdı və s. Bilirsiniz, heç kim heç kimə nəyisə məcbur elətdirə bilməz. Mən Vüqarı neçə illərdi tanıyırdım. O, elə düşüncənin, ağılın, imanın sahibi deyildi ki, kimsə nəyəsə məcbur etsin. Cəsarətli oğlan idi. Heç kim istəməzdi Vüqar ölsün. Mən bu barədə pis danışan insanlara demək istəyirəm ki, Vüqarın dünyadan getməsi mənim qanadımın birinin qırılması demək idi. Mən bu cür sözlər danışan adamlara insafdan, vicdandan bixəbər olanlar deyirəm. Çünki hər şeydən əvvəl mən bir dost itirmişəm. Meyxananı da bir kənara qoyuram. Dərdim, problemim olanda atamla yox, Vüqarla məsləhətləşmişəm. İndi Vüqarın ölməyi sizcə mənə sərf edər? Görün nə qədər amansız insanlar var. Bu söhbətlər mənim özümə də gəlib çatıb. Tək mənim yox, bir neçə meyxanaçının adı hallanıb bu söhbətlərdə. Amma inanın, hamısı boş söhbətlərdir".

Qarabağda erməni təxribatı: hər iki tərəfdən həlak olan və yaralananlar var like
  • 05 Mar 14:17  
Siyasət Qarabağda erməni təxribatı: hər iki tərəfdən həlak olan və yaralananlar var

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Re

arrow Ətraflı
Müharibəni sabah bitirmək olar: like
  • 05 Mar 14:16  
Dünya Müharibəni sabah bitirmək olar:

Rusiya uğrunda mübarizə burada və indi getməlidir, əks halda Ukrayna NATO-

arrow Ətraflı
Avtomobili narkotikin təsiri altında idarə edirdi like
  • 05 Mar 14:02  
Kriminal Avtomobili narkotikin təsiri altında idarə edirdi

Narkotikin təsiri altında sükan arxasına keçən şəxs sürücülük hüquq

arrow Ətraflı
Ermənilər Qarabağda üç diversant itkisini like
  • 05 Mar 13:53  
Siyasət Ermənilər Qarabağda üç diversant itkisini

Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər.

arrow Ətraflı
Bayden bir suala cavab vermədən jurnalistlərlə ünsiyyət zonasını tərk edib like
  • 05 Mar 13:48  
Dünya Bayden bir suala cavab vermədən jurnalistlərlə ünsiyyət zonasını tərk edib

ABŞ Prezidenti Co Bayden jurnalistlərə yaxınlaşıb və heç bir suala cavab

arrow Ətraflı
Qarabağda erməni təxribatı: like
  • 05 Mar 13:36  
Siyasət Qarabağda erməni təxribatı:

Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatlar

arrow Ətraflı
Amerikalı məşhur aktyor vəfat etdi like
  • 05 Mar 13:34  
Dünya Amerikalı məşhur aktyor vəfat etdi

Amerikalı məşhur aktyor Tom Saymor xəstəxanada vəfat edib.

arrow Ətraflı
Bakıda döyüşə yararlı tank mərmisi aşkarlandı like
  • 05 Mar 13:14  
Digərləri Bakıda döyüşə yararlı tank mərmisi aşkarlandı

Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb.

arrow Ətraflı
Türkiyədə daha bir zəlzələ: like
  • 05 Mar 13:06  
Dünya Türkiyədə daha bir zəlzələ:

Türkiyə vaxtı ilə saat 08:28-də Düzcedə 4,2 bal gücündə zəlzələ ba�

arrow Ətraflı
Ukrayna ordusu Baxmutdan geri çəkilsə... like
  • 05 Mar 12:52  
Dünya Ukrayna ordusu Baxmutdan geri çəkilsə...

Ukrayna Silahlı Qüvvələri Baxmutu təcili tərk edəcək.

arrow Ətraflı
Silahlı basqında həlak olan Rüfət Həşimov dəfn edildi like
  • 05 Mar 12:41  
Digərləri Silahlı basqında həlak olan Rüfət Həşimov dəfn edildi

Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin

arrow Ətraflı
Tramp mühafizəkarlar arasında prezidentliyə ən populyar namizəddir like
  • 05 Mar 12:38  
Dünya Tramp mühafizəkarlar arasında prezidentliyə ən populyar namizəddir

ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2024-cü ildə ölkə prezidentliyinə ə

arrow Ətraflı
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış, qar yağacaq like
  • 05 Mar 12:36  
Digərləri Bakıda külək əsəcək, bəzi rayonlarda yağış, qar yağacaq

Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ukrayna təkzib etdi: "Baxmutdan çıxmamışıq..." like
  • 05 Mar 12:24  
Dünya Ukrayna təkzib etdi: "Baxmutdan çıxmamışıq..."

Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhəri uğurunda nəzarəti əldə

arrow Ətraflı