Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə...
Kriminal 05 Mar 2023 13:20:00 343 0
Bu xəbəri də oxu: İşlədikləri mağazaya 48 min manat ziyan vurdular
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 1971-ci il təvəllüdlü Cengiz Özləm həyat yoldaşı Gülnarəni döyüb.
Son.az istinadən bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Gülnarə bununla bağlı Babək rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, 2019-cu ildə Cengizlə ailə həyatı qurub. Onun bildirdiyinə görə, nikaha düşdükdən sonra Cengizin əsas məqsədinin burada sərbəst yaşamaq olduğunu öyrənib.
Şikayətçinin sözlərinə görə, birgə nikahdan bir övladı olub, heç vaxt yola gedə bilməyiblər. Çengiz onu evə baxmayıb, psixoloji problemi olub, evə gələndə onu döyüb. Qadının sözlərinə görə, bu hadisə dəfələrlə təkrarlanmasına baxmayaraq barəsində tədbir görülməyib. O, Çengizin yaşadığı evdən çıxarılmasına köməklik göstərilməsini xahiş edb. Bildirib ki, 3 ildir ailə münasibətləri pozulub.
Çengizin barəasində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
İş üzrə izahat verən Çengiz bildirib ki, Türkiyə Respublikası vətəndaşıdır: "26 ildir Naxçıvanda yaşayıram. Azərbaycan dilində sərbəst şəkildə yaza və danışa bilirəm. 2019-cu ildə Gülnarə ilə rəsmi nikaha daxil olmuşam. Həmin nikahdan 1 övladımız dünyaya gəlib. Ondan əlavə Gülnarənin birinci nikahdan olan azyaşlı oğlu da bizimlə birlikdə yaşayır".
Çengizin bildiridiyinə görə, ailə qurduqdan sonra bir müddət Naxçıvan şəhərində kirayədə yaşayıblar: "Daha sonra Babək şəhərindən torpaq aldıq, ora yaxın evdə kirayədə yaşayaraq ev tikdik. Evi tikərək köçdükdən sonra Gülnarə ilə münasibətlərimiz pozulmağa başladı. Mübahisələrimizi hər dəfə əsassız yerə Gülnarə çıxarıb. Mənə acıqlanaraq azyaşlı uşaqları tez-tez döyüb, incidib. Bu kimi səbəblərdən artıq ailə münasibətlərimiz kağız üzərində davam etdi, eyni evdə ayrı otaqlarda yaşadıq.
Gülnarə üç ildir ki, barəmdə dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlayıb, məhkəmə qətnaməsi əsasında birgə nikahdan olan uşağın saxlanılması üçün hazırda aliment müəyyən edilib. Nikahımizin pozulması ərəfəsindəyik".
Çengiz qeyd edib ki, 2023-cü ilin yanvarında uşağın kirvəsi Xəyal ona zəng edib və Gülnarənin onun arvadından aldığı borcunu niyə ödəmədiyini soruşub: "Bu səbəbdən Gülnarədən niyə belə etdiyini soruşdum. O isə məni söyərək qarşılıq verdi. Əsəbləşib ona bir neçə şillə vurdum. Həmin vaxt azyaşlı oğlum da yanmızda idi. Bundan bir neçə gün sonra Bakı şəhərinə getdim. Qayıtdıqda yenə aramızda mübahisə yarandı. Yaşadığımız evin küçəsində oğlumun yanında yenə Gülnarəni təpiklə vurdum. Hər iki hadisə zamanı ayıq olmuşam, spirtli içki qəbul etməmişəm. Törətdiyim əməldən peşmanam".
Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb.
Türkiyə vaxtı ilə saat 08:28-də Düzcedə 4,2 bal gücündə zəlzələ ba�
Ukrayna Silahlı Qüvvələri Baxmutu təcili tərk edəcək.
Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin
ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2024-cü ildə ölkə prezidentliyinə ə
Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhəri uğurunda nəzarəti əldə
Pakistanın keçmiş baş nazir İmran Xan həbs edilir.
Son.az Kulis.az-a istinadən aktrisa, qiraətçi, Xalq artisti Əminə Yusifqız
Çinin ümumi daxili məhsulunun (ÜDM) artım tempi 2023-cü ildə 5 % təşkil
İranda həbslər davam edir.
Şəxsi reanimasiya təyyarəsi olan "Bombardier Chalenger 604" bu gü
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaq
"YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıc