Zərərli vərdişlərini tərgidə bilməyən dörd bürc
Digərləri 03 Mar 2023 03:22:00 347 0
Bəzi insanlar vərdişlərini sevsələr də, bir çoxları onlardan yaxa qurtarmağa çalışır, xüsusilə də, söhbət zərərli alışqanlıqlardan gedirsə. Elə insanlar da var ki, öz vərdişlərinə kor-koranə pərəstiş edirlər. Bu bürclər heç vaxt öz vərdişlərindən əl çəkmir, ya da əl çəkə bilmirlər.
Bu xəbəri də oxu: Türkiyədə ağır qəza 35 nəfər yaralandı
Son.az bizim.media-ya istinadən vərdişlərindən əl çəkə bilməyən bürclərin siyahısını təqdim edir. Qız Daima nizamlı həyat yaşamağa çalışan Qız bürcünün nümayəndələrinin günləri də bir-birinə bənzər olur. Sürprizləri sevməyən və yeniliklərdən həzz almayan qızlar öz vərdişlərinə sadiq qalmağa üstünlük verirlər. Onlar vərdişlərindən yayındıqda komfort zonalarından çıxdıqları üçün, buna getmirlər. Doğrudur, qızlar zərərli vərdişlərə o qədər də meyilli olmurlar. Lakin başladılarsa, əl çəkməyi də bacarmırlar. Oğlaq Qızlar kimi oğlaqlar da öz həyatlarını xüsusi qaydalar çərçivəsində yaşayırlar. Səhər yuxudan oyananda etdiklərindən tutmuş, yatmazdan əvvəl izlədikləri verilişlərə qədər hər şey daim eyni olur. Onlar üçün vərdişlər həyatlarının bir parçasıdır. Oğlaqlar istəsələr belə, vərdişlərindən imtina edə bilmirlər. Odur ki, Oğlağın dəyişməsi, demək olar ki, mümkünsüzdür. Oğlaqlar qızlardan fərqli olaraq, zərərli vərdişlərə meyilli insanlardır. Şir Yeniliklərə son dərəcə açıq olmasına baxmayaraq, bəzi sabit fikirlər var ki, şirlərin onlardan imtina etməsi mümkün deyil. Şirlər hər şeyin ən yaxşısını bildiklərinə əmindirlər. Zövqlərindən tutmuş, aludə olduqları alışqanlıqlara qədər həyatlarında hər şeyi standart saxlayan bu bürcün nümayəndələri, öz vərdişlərindən əl çəkmək üçün heç bir səbəb görmürlər. Əgər şirlər öz zərərli vərdişlərini göstəriş halına gətiriblərsə, tərgitmələri qeyri-mümkündür. Dolça Azad ruhlu dolçalar da vərdişlərini tərgitməkdə çətinlik çəkənlərdəndir. Xüsusilə də, ətrafındakı insanlar dolçalardan zərərli alışqanlıqlarından imtina etməyi tələb etsələr, dolçalar bunun əksinə gedəcəklər. Oğlaq və qızlardan fərqli olaraq, dolçalar vərdişlərindən imtina etməkdə problem yaşamırlar. Sadəcə olaraq, bunu etmək istəmədikləri üçün zərərli alışqanlıqlarla yaşamağa davam edirlər.
64 yaşlı dünyaca məşhur müğənni Madonna 29 yaşlı boksçu Coş Popperl�
Bir neçə müddətdir Tanzaniyada olan model Günay Musayeva yeni görüntülə
Türkiyənin Kayseri şəhərində qəribə hadisənin üstü açılıb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı sakini cinsi əlaqə zamanı ağır xəsarət alıb.
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, gündə 11 dəqiqə s�
Münasibətlərin ardınca həyatına normal davam edə bilən insanlarla yanaş
ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.
Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı
Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hac
Dietoloq İrina Berejneva müsahibəsində bildirib ki,, paketlənmiş müyvə �