Günün qoroskopu: Çalışdığınız insanlarla dil tapın


Digərləri 03 Mar 2023 00:01:00 333 0

Günün qoroskopu: Çalışdığınız insanlarla dil tapın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ağır və çətin gün olsa da, müşküllərin öhdəsindən gələcəksiniz. Nikbin olun, aktiv davranın. Günün ilk yarısında emosional fon gərgin olduğundan daha çox çalışmalı olacaqsınız. Yaxşı əhvalınızı qoruyun. Pozitiv emosiyalara ehtiyacınız var.

Dəstək almaq istəyirsinizsə, yardım istədiyiniz insanla konkret danışın.

Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Öz ideyalarınızı reallaşdırmaq əvəzinə başqalarının fikirlərindən yararlana bilərsiniz. İdman, ağır fiziki əmək, sükan arxasında çox vaxt keçirmək məsləhət deyil. Travma və xoşagəlməz hadisələr riski var.

Kosmetik vasitələrlə eksperimentlər aparmayın. Allergik reaksiyalar ola bilər.

Buğa - gün uğursuz başlanacaq. Günün ilk yarısında problemlər bir-birini əvəzləyəcək. Dincəlməyə, nəfəs dərməyə vaxtınız olmayacaq. Dostlar və tanışlar sizə yardım etməyə hazırdırlar. Amma onların yardımları gözlənilən effekti vermir. Çətin situasiya daha da ağırlaşır. Maliyyə və daşınmaz əmlakla bağlı müstəqil qərar qəbul edin.

Günün ikinci yarısında aktiv çalışın. Şər qarışana qədər evdə olmağa çalışın. Kompüter və ya televizor arxasında çox vaxt keçirmək gərək deyil. Adi günlərdən fərqli olaraq gözləriniz daha tez yorulacaq. Başağrıları da istisna deyil. Sevdiyiniz şəxs axşam saatlarında sizi xoş xəbərlə sevindirəcək.

Əkizlər - gün narazılıq və narahatlıq vəd etməsə də, sürprizlər olacaq. Köhnə dostlar və ya bir neçə il əvvəl işlədiyiniz insanlardan birindən qəfil xəbərlər ala bilərsiniz. Çətin qərar qəbul edə bilərsiniz. Həmin qərarı dərhal həyata keçirmək asan olmasa da, səyləriniz hədər getməyəcək. Nəticələr sizi sevindirəcək.

Günün ikinci yarısında xoş tanışlıqlar ola bilər. Lakin onlar ciddi münasibətlərin rəhni olmayacaq. Ani marağı və ya rəğbəti ciddi hiss kimi qəbul etməyin. Situasiyanı dürüst qiymətləndirmək üçün vaxta ehtiyacınız var. Durumu dəqiq qiymətləndirsəniz, sonradan təəssüf hissi keçirməyəcəksiniz.

Xərçəng - nüfuz və imicinizi qoruyun. Paxıllarla rəqiblər bu gün dəridən-qabıqdan çıxacaq, sizə mane olmağa çalışacaqlar. İstənilən, hətta ən kiçik səhvləriniz diqqəti sizə cəlb edəcək. Uğurlar və nailiyyətlərinizi isə görməməyə çalışacaqlar.

Bilik və bacarıqlarınızı nümayiş etdirin, qələbələriniz barədə danışın. Lakin özünüzü həddən ziyadə tərifləməyin.

Günün ikinci yarısında romantik təmaslarla bağlı dəvəti qəbul etməyə tələsməyin. Sadəcə, nəzakət xətirinə harasa yollanmayın. İnsan sizin xoşunuza gəlirsə, hər şey yaxşı olacaq. Əks təqdirdə problemlər yaranacaq.

Şir - istənilən qərarları müstəqil qəbul edin. Bu gün sizinlə manipulyasiya etmək istəyən insanlar çox olduğundan onların hamısına sinə gərmək asan deyil. Səfər və ya səyahət, ezamiyyət üçün yaxşı zamandır. Sifariş aldığınız və ya çalışacağınız məkana yollananda yolda emosiyalarınızı səbatlı edin. Şəraitin dəyişməsi kefinizi kökəldə bilər.

Uzaqda, başqa şəhərdə yaşayan tanışlardan birindən günün ikinci yarısında xoş xəbər ala bilərsiniz. Son zamanlar darıxdığınız insanla görüşəcəksiniz.

Yanlış qərarla pozulmuş romantik münasibətlərin bərpası üçün əlverişli zamandır.

Qız - yeni imkanlar vəd edən gündür. Lakin həmin imkanlardan yararlanmaq üçün qətiyyətli və cəsur olun. Yanınızdakı insanın sizi dəstəkləməsi önəmli amildir. Bir-iki söz əhvalınızı yaxşılaşdıra bilər. Gəlirlər az, hədiyyə kiçik və ucuz olacaq.

Günün ikinci yarısı fiziki əmək və səylə çalışmaq üçün münasib zamandır. Axşam saatlarında nikbin, parlaq görünməyə çalışın. Ünsiyyətə can atdığınız insanın marağını cəlb edə bilərsiniz.

Tərəzi - qarışıq və mürəkkəb gündür. Ciddi işlər planlaşdırmayın. Diqqətli olun, dağınıq davranmayın. Mühüm detalları, önəmli xırdalıqları nəzərdən qaçırmayın. Belədə ciddi səhv riski dəfələrlə artır. Yaxınlarınızla ünsiyyətdə problemlərin yaranmamasına çalışın. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq, qayğıkeş və diqqətli olun.

Günün ikinci yarısında mövqeyinizi qorumağa çalışarkən sərt və aqressiv davranmayın, həmsöhbətinizin xətrinə dəyməyin. Əks təqdirdə başladığınız söhbəti bitirməyə çalışacaqlar. Uzaq səfərlərə yollanmayın. İctimai nəqliyyatdan az istifadə edin.

Bakıda gənc oğlan cinsi əlaqə zamanı ŞOK YAŞADI like
  • 02 Mar 23:59  
Digərləri Bakıda gənc oğlan cinsi əlaqə zamanı ŞOK YAŞADI

Bakı sakini cinsi əlaqə zamanı ağır xəsarət alıb.

arrow Ətraflı
Məşhur müğənni like
  • 02 Mar 23:57  
Dünya Məşhur müğənni

Britaniyalı məşhur rok ifaçısı Stiv Maki vəfat edib.

arrow Ətraflı
Rusiyalı oliqarxın villası like
  • 02 Mar 23:54  
Dünya Rusiyalı oliqarxın villası

Fransada ilk dəfə rusiyalı oliqarxın villası müsadirə edilib.

arrow Ətraflı
Sürətli yerimək erkən ölüm riskini like
  • 02 Mar 23:50  
Digərləri Sürətli yerimək erkən ölüm riskini

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, gündə 11 dəqiqə s�

arrow Ətraflı
Keçmiş sevgilərini unuda bilməyən BÜRCLƏR – like
  • 02 Mar 23:48  
Digərləri Keçmiş sevgilərini unuda bilməyən BÜRCLƏR –

Münasibətlərin ardınca həyatına normal davam edə bilən insanlarla yanaş

arrow Ətraflı
Blinken: "İrana qarşı sanksiyalarımız davam edəcək" like
  • 02 Mar 23:44  
Dünya Blinken: "İrana qarşı sanksiyalarımız davam edəcək"

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.

arrow Ətraflı
Azərbaycanda insult olanların sayı artıb like
  • 02 Mar 23:40  
Digərləri Azərbaycanda insult olanların sayı artıb

Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı

arrow Ətraflı
ABŞ hücum üçün like
  • 02 Mar 23:37  
Dünya ABŞ hücum üçün

ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün kəşfiyyat məlumat

arrow Ətraflı
Həkim Hacı Şahinlə bağlı digər faktları AÇIQLADI: like
  • 02 Mar 23:33  
Digərləri Həkim Hacı Şahinlə bağlı digər faktları AÇIQLADI:

Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hac

arrow Ətraflı
Paketlənmiş şirələr like
  • 02 Mar 23:29  
Digərləri Paketlənmiş şirələr

Dietoloq İrina Berejneva müsahibəsində bildirib ki,, paketlənmiş müyvə �

arrow Ətraflı
Yunanıstanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində like
  • 02 Mar 23:24  
Dünya Yunanıstanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qa

arrow Ətraflı
Nəfəslə Aqşini bu məşhur xanım "AYIRIB"  Meyxanaçı like
  • 02 Mar 23:24  
Şou-biznes Nəfəslə Aqşini bu məşhur xanım "AYIRIB" Meyxanaçı

Nəhayət ortaya çıxdı: Gizlədə bilmədilər!

arrow Ətraflı
Ebru qızının Rezayla like
  • 02 Mar 23:20  
Dünya Ebru qızının Rezayla

Türk müğənni Ebru Gübdeş və azərbaycanlı iş adamı Reza Zarrab növbə

arrow Ətraflı
Paşinyanın partiyası: Ermənistanın müdafiə naziri yeni mənzilini kreditlə alıb like
  • 02 Mar 23:17  
Dünya Paşinyanın partiyası: Ermənistanın müdafiə naziri yeni mənzilini kreditlə alıb

Ermənistanın müdafiə naziri Suren Papikyan bankdan pul götürərək yeni m�

arrow Ətraflı
Evdə itpişik uşaqda like
  • 02 Mar 23:13  
Digərləri Evdə itpişik uşaqda

Doğulandan sonrakı ilk 3 ayında heyvan xəzi, dərisi üzərində yatan körp

arrow Ətraflı