MÜJDƏ: Bu dərman xərçəng riskini azaldır
Digərləri 01 Mar 2023 08:04:00 311 0
Alimlər müəyyən ediblər ki, müntəzəm aspirin istifadəsi xərçəngə tutulma riskini azalda bilər.
Bu xəbəri də oxu: Dərhal qana qarışır, dəmiri artırır, şəkəri isə... Bir qaşığı bəs edir
Son.az xəbər verir ki, yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Hər il dünyada bu xəstəliklə bağlı çoxlu araşdırmalar aparılır. Bunlardan birini bu yaxınlarda avstraliyalı alimlər aparıb və müəyyən ediblər ki, aspirin qəbulu yumurtalıq xərçənginin inkişaf riskini azaldır. Araşdırmanın nəticələri "JAMA" elmi jurnalında dərc olunub.
Tədqiqatda müxtəlif xərçəng növlərindən əziyyət çəkən 4476 xəstə, həmçinin 6659 nəfərdən ibarət nəzarət qrupu iştirak edib. Tədqiqatçılar etnik mənsubiyyəti, diaqnoz qoyulma yaşı, xərçəng mərhələsi və histologiyanı nəzərə alıblar. Təhlil zamanı məlum olub ki, aspirindən tez-tez istifadə yumurtalıq xərçənginin inkişaf riskini 13% azaldır.
Məqalədə deyilir: "Daimi aspirin istifadəsi, genetik meylliliyin olub-olmamasından asılı olmayaraq, qadınlarda yumurtalıq xərçəngi riskini azaltmağa kömək edə bilər. Ümumilikdə, aspirin qəbul edən qadınların yumurtalıq xərçənginə tutulma riski 13% azdır".
Üstəlik, alimlər əmindirlər ki, xərçəngə genetik meyllilik aspirinin qoruyucu təsirini azaltmır. Aspirinin qadınlarda endometriozun gedişatını yüngülləşdirə biləcəyi də göstərilir.
Eyni zamanda unutmayın ki, həkim resepti olmadan dərmanların nəzarətsiz qəbulu qadağandır. Bildiyiniz kimi, aspirin bronxospazm, daxili qanaxma, qanda trombositlərin sayının azalması kimi bir çox əks təsirlərə malikdir. (publika)
Trend BİA-nın BMT Baş Assambleyasının sədri Çaboy Kereşi ilə Qoşulmama
Rusiya hərbçiləri Xerson vilayətinin zəbt olunmuş hissəsində talançıl�
Ukrayna Nazirlər Kabineti fevralın 28-də Rusiya Federasiyası ilə dövlət s
"Samvel Babayan müstəqil oyunçudur, onu hakimiyyət maraqlandırır. Bun
Xəbər verdiyimiz kimi, 2 gündür Bakıda dumanlı hava şəraiti hökm sürü
Çox təəssüflər olsun ki, bəzi şəxslər "Tərtər işi"ndən ö
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətini
Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası fevralın 28-də rus qoşunların�
Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisi işlərinə başlayır.
2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub, ci
Yunanıstanın Larisa şəhəri yaxınlığında yerləşən Evangelizmos yaşay
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 089 nəfərə
Rusiyanın Sankt-Peterburq şəhərində qəribə hadisə baş verib. Belə ki,
Müğənni Dilarə Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edi