YARAT tanınmış və gənc rəssamların əsərlərini ictimaiyyətə təqdim edir


Kriminal 28 Fev 2023 13:38:00 214 0

YARAT tanınmış və gənc rəssamların əsərlərini ictimaiyyətə təqdim edir

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərlərindən ibarət "İncə müşahidələr" səyyar qrup sərgisini Saatlı ictimaiyyətinə təqdim edir. 

Sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürmüşdür. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya "dumanının" içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim  nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardan  hesab olunurlar.  Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər. Gündəliyin müvəqqətiliyi kontekstində, sərgi müşahidə, refleksiya etmək və yaxşılığa doğru dəyişmək üçün humanist yanaşmanı təklif edir.

Fotoqraf Dadaş Adna öz əsərlərində sadəliyin poetikasını - insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır. Oxşar üsulu ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır. Rəssam videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür. Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür. Ramal Kazımın əsərlərində təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini qrotesk, güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir. Nadir Eminovun "Okey, bumer" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir. Sanki həyat ekranın o biri tərəfindən güdülür, burada sənətçi reallıq və idrak arasındakı qaçış və uçuruma işarə edərək, tənha və əzmkar bir atmosfer yaradır.

Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.

Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur, məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməyin həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar. Habib Saherin "Qodonu gözləyərkən" instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir. Rəssam Rəşad Babayevin "Dərviş" əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir. Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.

Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər daxildir. 

AğdamHindarxAğcabədi avtomobil yolunda like
  • 28 Fev 13:33  
Siyasət AğdamHindarxAğcabədi avtomobil yolunda

Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minatəmizləmə əməliyyatları da

arrow Ətraflı
Bina hərraca çıxarılaraq kənd sakininə satılıb like
  • 28 Fev 13:32  
Digərləri Bina hərraca çıxarılaraq kənd sakininə satılıb

Tovuzun Əyyublu kəndində 53 ildir mədəniyyət mərkəzinin kənd diyarşün

arrow Ətraflı
Ceyhun Bayramov Laçın yolunda ekoaksiyanın like
  • 28 Fev 13:30  
Siyasət Ceyhun Bayramov Laçın yolunda ekoaksiyanın

Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəs

arrow Ətraflı
DYP əhaliyə müraciət etdi like
  • 28 Fev 13:25  
Digərləri DYP əhaliyə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edi

arrow Ətraflı
İranda daha iki məhkum edam edildi like
  • 28 Fev 13:24  
Digərləri İranda daha iki məhkum edam edildi

İranda daha iki məhkum edam edilib.

arrow Ətraflı
Bayramla əlaqədar bölgələrdə hotellərə rezervasiyalar başlayıb like
  • 28 Fev 13:18  
Digərləri Bayramla əlaqədar bölgələrdə hotellərə rezervasiyalar başlayıb

Novruz bayramı ilə əlaqədar hotellərdə rezervasiyalar başlayıb.

arrow Ətraflı
Səidədən romantik sözlər: "Nə yaxşı məni oğurladın" like
  • 28 Fev 13:10  
Şou-biznes Səidədən romantik sözlər: "Nə yaxşı məni oğurladın"

Müğənni Səidə Dadaşova həyat yoldaşını doğum günü münasibətilə t

arrow Ətraflı
"Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olundu like
  • 28 Fev 13:05  
Kriminal "Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olundu

Fevralın 25-26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Ko

arrow Ətraflı
ABŞ bu ölkəyə qarşı türklərdən istifadə edir like
  • 28 Fev 13:02  
Dünya ABŞ bu ölkəyə qarşı türklərdən istifadə edir

ABŞ vətəndaş müharibəsini alovlandırmaq və Çini zəiflətmək üçün �

arrow Ətraflı
Martın ilk gününə olan like
  • 28 Fev 12:58  
Digərləri Martın ilk gününə olan

Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək like
  • 28 Fev 12:51  
Siyasət BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşul

arrow Ətraflı
Azərbaycanda yeni iş yerləri niyə daha çox Bakıda açılır? like
  • 28 Fev 12:48  
Digərləri Azərbaycanda yeni iş yerləri niyə daha çox Bakıda açılır?

Keçən il ölkədə açılan yeni iş yerlərinin 80,2 %- i  Bakının, 19,8 %

arrow Ətraflı
Məşhur aktyor boşanır like
  • 28 Fev 12:40  
Şou-biznes Məşhur aktyor boşanır

Türkiyənin məşhur aktyoru Buğra Gülsoyla həyat yoldaşı Nilüfer Gürbü

arrow Ətraflı