Paris nəşri səfir Leyla Abdullayevanın İsrail telekanalına müsahibəsini yayımlayıb


Siyasət 28 Fev 2023 11:21:00 188 0

Paris nəşri səfir Leyla Abdullayevanın İsrail telekanalına müsahibəsini yayımlayıb

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzeti Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın İsrailin "i24NEWS" kanalında Qafqazdakı vəziyyət, antisemitizm, Azərbaycan və İsrail münasibətləri haqqındakı mwsahibəsini yayımlayıb.

Məqalədə müsahibə zamanı səfirin dediklərinə istinadən qeyd olunub ki, Azərbaycanda anti-semitizmin olmaması hər kəsin inanclarına və mənşəyinə hörmət edən dərin dünyəvi dövlət modelinin gücünü sübut edir.

"Azərbaycanın Fransadakı səfiri kimi yeni vəzifəsinin icrasına başlamaq üçün dörd ay əvvəl Parisə gələn Leyla Abdulayeva ilk televiziya çıxışı üçün "i24NEWS" kanalını seçib. Ermənistanla sülh müqaviləsi, İsraillə münasibətlər, İran... və s. bu kimi mövzular ətrafında xanım diplomat Jan-Şarl Banunun suallarını telekanalın "Prime" proqramında cavablandırıb", - deyə məqalədə bildirilib.

Məqalədə xatırladılıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da Qarabağ üzrə sülh müqaviləsi layihəsini Azərbaycana təhvil verdiyini açıqlayıb və bu mətni qarşı tərəf üçün "məqbul" hesab edib.

"Son günlərdə Ermənistan və Azərbaycan arasında dörd aydan sonra təmasların bərpası müşahidə olunur, iki ölkənin liderləri ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə təhlükəsizlik üzrə Münhen konfransında bir araya gəldilər (görüşdülər). Biz dialoqun bərpasını alqışlayırıq, bu, region üçün davamlı sülhə nail olmağın yeganə yoludur", - deyə məqalədə Leyla Abdulayevanın bu barədə münasibət bildirməsinə istinadən vurğulanıb.

"Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Azərbaycan onilliklər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir", - deyə L.Abdullayeva müsahibəsində əlavə edib.

Həmçinin vurğulanıb ki, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı sualı cavablandıran Leyla Abdullayeva Qüdslə Bakı arasında "onilliklər boyu davam edən" dostluq əlaqələrini də ön plana çəkib.

"Ötən il biz ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd etdik, bizim sıx və tarixi əlaqələrimiz var və səfirliyin açılması ikitərəfli münasibətlərin daha da inkişafın da mühüm rol oynayacaq", - deyə diplomat vurğulayıb.

(Müsahibənin original versiyası üçün https://www.i24news.tv/fr/actu/international/1677525953-l-absence-d-antisemitisme-en-azerbaidjan-est-une-source-de-fierte-ambassadrice-azerie-en-france)

“Zəlzələ kahini”ndən XƏBƏRDARLIQ: like
  • 28 Fev 11:17  
Dünya “Zəlzələ kahini”ndən XƏBƏRDARLIQ:

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hu

arrow Ətraflı
Mədəniyyət Nazirliyində kadr yanaşmalarında subyektiv səbəblər çox olub like
  • 28 Fev 11:12  
Kriminal Mədəniyyət Nazirliyində kadr yanaşmalarında subyektiv səbəblər çox olub

Müxtəlif səbəblərdən (xüsusilə də burada subyektiv səbəblər çoxdur)

arrow Ətraflı
Adil Kərimli 30dan çox vəzifəli şəxsi işdən çıxardı like
  • 28 Fev 11:07  
Digərləri Adil Kərimli 30dan çox vəzifəli şəxsi işdən çıxardı

Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazir

arrow Ətraflı
Azərbaycanda 913 000 manatlıq cekpot uduldu like
  • 28 Fev 11:01  
Digərləri Azərbaycanda 913 000 manatlıq cekpot uduldu

Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.

arrow Ətraflı
Azərbaycan könüllüləri Türkiyədə onminlərlə zərərçəkənə xidmət edib like
  • 28 Fev 10:56  
Digərləri Azərbaycan könüllüləri Türkiyədə onminlərlə zərərçəkənə xidmət edib

Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, �

arrow Ətraflı
Nigar Camala hücum edən şəxsə bu qədər həbs cəzası verildi like
  • 28 Fev 10:52  
Şou-biznes Nigar Camala hücum edən şəxsə bu qədər həbs cəzası verildi

Azərbaycanı 2011-ci ildə "Avroviziya"da təmsil edən müğənni Ni

arrow Ətraflı
Bakıda müəllim şagirdi döydü, valideyn polisə like
  • 28 Fev 10:46  
Kriminal Bakıda müəllim şagirdi döydü, valideyn polisə

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müə

arrow Ətraflı
Naxçıvanda daha bir şəxs vəzifəsindən like
  • 28 Fev 10:41  
Siyasət Naxçıvanda daha bir şəxs vəzifəsindən

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmd

arrow Ətraflı
Azərbaycanda daha 3 nəfər COVID19a yoluxub, 1 nəfər vəfat edib like
  • 28 Fev 10:38  
Digərləri Azərbaycanda daha 3 nəfər COVID19a yoluxub, 1 nəfər vəfat edib

Fevralın 27-si tarixinə əsasən, Azərbaycan Respublikasında koronavirus (CO

arrow Ətraflı
Bu qəsəbələrin bələdiyyə sədrləri cərimələndilər like
  • 28 Fev 10:36  
Digərləri Bu qəsəbələrin bələdiyyə sədrləri cərimələndilər

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya

arrow Ətraflı
IGB hidrogen nəqlinin potensialını araşdırır like
  • 28 Fev 10:32  
Digərləri IGB hidrogen nəqlinin potensialını araşdırır

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti

arrow Ətraflı
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür like
  • 28 Fev 10:27  
Digərləri Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhr

arrow Ətraflı
Avtoxuliqanlıq edən yeniyetmə like
  • 28 Fev 10:22  
Digərləri Avtoxuliqanlıq edən yeniyetmə

Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir g

arrow Ətraflı
Daxmada yaşayan aşıq niyə həbs olunub? like
  • 28 Fev 10:15  
Digərləri Daxmada yaşayan aşıq niyə həbs olunub?

"Bələdiyyə ilə torpaq satırdım. Dələduzluqdan türməyə düşdüm&

arrow Ətraflı
Bu ərazidə evlər sökülərək 14 və 16 mərtəbəli binalar tikiləcək like
  • 28 Fev 10:07  
Digərləri Bu ərazidə evlər sökülərək 14 və 16 mərtəbəli binalar tikiləcək

Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evlər

arrow Ətraflı