Bu qəsəbələrin bələdiyyə sədrləri cərimələndilər
Digərləri 28 Fev 2023 10:36:00 327 0
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Bu xəbəri də oxu: Beyinləri hamıdan yaxşı işləyir ən ağıllı 3 BÜRC
DİN-dən Son.az-a verilən məlumata görə, yanvar-fevral ayları ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu ərazisində "Kamaz" markalı iki yük avtomobilindən bərk tullantıların boşaldılması və qalaqlanması, Suraxanı rayonu Zığ şossesi yaxınlığında, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazilərində, Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat obyektində istehsalat, məişət və digər qarışıq tullantıların qalaqlanması, Səbail rayonunun Yubiley küçəsində 2 ağacın məhv edilməsi, Sumqayıt şəhəri və Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazilərində isə heyvandarlıq təsərrüfatlarının fəaliyyəti zamanı yaranan çirkab sularının təmizlənmədən Samur-Abşeron magistral kanalına axıdılması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə yük avtomobillərinin sürücüləri E.Mamedov və S.Balacayev, Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Q.Səfərzadə, Hökməli bələdiyyəsinin sədri R.Orucov, Qobu bələdiyyəsinin sədri A.Nəcəfov və bir özəl şirkət barəsində, 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş E.Həbibli barəsində, 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə isə vətəndaşlar - T.Zamanov, F.Səfərov, N.Rüstəmov, Y.Vəliyev, Ş.Ələkbərov, Ç.Təhməzov və A.Bəylərov barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhr
Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir g
"Bələdiyyə ilə torpaq satırdım. Dələduzluqdan türməyə düşdüm&
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evlər
Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə
Son.az xəbər verir ki, tanınmış müğənni Fədayə Laçın moderator.az-ı
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığında əldə olunmuş dinamik tərəq
Türkiyədə zəlzələnin dağıntıları altında qalan heyvanları da xilas e
Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı ol
Tehranın Şimali Cənnətabad qəsəbəsində yerləşən Məbəs məktəbinin
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkil
İsraildə qədim məzardan çıxarılan insan qalıqları tarixin ən qədim be