Lavrov Bakıdan nə istəməyə gəlir?


Siyasət 27 Fev 2023 17:59:00 288 0

Lavrov Bakıdan nə istəməyə gəlir?

Laçın yoluna nəzarət etməli olan sülhməramlıları özbaşınalıqları adi hala çevrilən, təbii sərvətlərimizdən yararlanmaq xülyasına düşən, Qarabağ erməniləri ilə Bakını üz-üzə qoymaq üçün Vardanyanı Xankəndinə göndərən Rusiyanın planları baş tutmadı. Atalar demiş: İt də getdi, ip də...

Rusiya indi oyundan kənarda qalmış kimi görünür, amma Moskvanın asanlıqla əlini Cənubi Qafqazın üzərindən çəkəcəyini düşünmək sadəlövhlük olar. 

Diqqətlə yaxın keçmişə nəzər salsaq görərik ki, Ruben Vardanyan istefa verdiyi anda Nikol Paşinyan bunu dərhal Kremlə məruzə etdi. Yəqin ki, Putini Vardanyanı onun yerinə gətirmək planından vazkeçirməyə çalışırdı. Əvəzində bu gün isə Sergey Lavrovun Bakıya səfəri gözlənilir. 

Lavrov Bakıya niyə gəlir?

Zərrə qədər də şübhə edilmir ki, Lavrovun Bakıya səfəri çərçivəsində biz çox güman ki, 10 noyabr üçtərəfli bəyanatınşərtlərinə "ciddi şəkildə yerinə yetirilmə" haqqında Rusiya XİN başçısının məşhur ifadəsini bu dəfə də eşidəcəyik. Bunu artıq 3 ilə yaxındır ki, rəsmi Moskva təkrar edir, amma sadəcə danışır. Əmələ gələndə isə bu istiqamətdə Moskvadan lazımı təzyiq və təsiri görmək mümkün deyil:

⚫️ Əslində Rusiya xarici siyasət liderinin Bakı səfərinin pərdəarxasında dayanan ən əsas məsələlərdən biri kimi son günlər, xüsusilə də Münhen Təhlükəsizlik Konfransı ilə Ermənistan-Azərbaycan danışıqlarına yenidən qoşulub vasitəçilik imkanı əldə edən Brüssel və ona bu məsələdə tam dəstəyini ifadə edən Vaşinqton amilini qeyd edə bilərik.

Beləliklə, əgər Lavrovun məqsədi Rusiyanın vasitəçilik formatını gücləndirməkdir. Amma gərək Moskva başa düşsün ki, buna nail olmaq üçün ilk növbədə mövcud narazılıqların həlli ilə birbaşa və "ciddi şəkildə" məşğul olmaq lazımdır. 

⚫️ Avropa İttifaqının 10 nəfərlik, yarısından çoxu əli silahlı olan hərbiləşən missiyasının Ermənistanla Azərbaycan sərhəddinə gəlməsi də Moskvanı ciddi narahat edən məsələlərdən biridir.  

Moskvada yaxşı bilirlər ki, nə qədər ki, Ermənistanda hələ də 102-ci hərbi bazanı - Gümrüdəki Rusiyaya məxsus hərbi hissəni Qərbin silahlı birləşmələri hələ əvəz etməyə müəssər olmayıbsa, demək ki, Rusiya vasitəçiliyi hələ də effektiv mexanizm kimi qalma potensialına malikdir. Belə olan təqdirdə isə İrəvanın Moskvanın orbitindən uzaqlaşmaq şansları elə də yüksək deyil. 

Ancaq Rusiya üçün ürəkaçan ssenarinin davam etməyəcəyi ehtimalları daha çoxdur. Kreml anlamalıdır ki, vaxt ötdükcə 10 noyabr üçtərəfli razılaşmanın və Soçi öhdəlikləri ilə bağlı yekun bəyanatların mətni üzrə ziddiyyətli məqamlar daha da artacaq ki, nəticədə zərurət səbəbindən tərəflər birtərəfli addımlara üstünlük verəcəklər. 

Təhməz Əsədov Son.az

Azərbaycandan gedən neft tankeri Albaniyada həbs olunub? like
  • 27 Fev 17:58  
Siyasət Azərbaycandan gedən neft tankeri Albaniyada həbs olunub?

Ötən həftənin ən diqqətçəkici xəbəri Albaniya polisinin fevralın 20-s

arrow Ətraflı
Azərtacdan intihara cəhd edən jurnalistlə bağlı açıqlama like
  • 27 Fev 17:50  
Digərləri Azərtacdan intihara cəhd edən jurnalistlə bağlı açıqlama

AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdə

arrow Ətraflı
Elm və Təhsil Nazirliyinin tərkibində agentliklərin nə vaxt yaradılacağı açıqlandı like
  • 27 Fev 17:44  
Digərləri Elm və Təhsil Nazirliyinin tərkibində agentliklərin nə vaxt yaradılacağı açıqlandı

Elm və Təhsil Nazirliyinin tərkibində agentliklərin may ayında yaradılmas

arrow Ətraflı
Naxçıvandakı bölmələr həyəcan siqnalı ilə oyandırıldı  FOTO like
  • 27 Fev 17:40  
Digərləri Naxçıvandakı bölmələr həyəcan siqnalı ilə oyandırıldı FOTO

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş baca

arrow Ətraflı
Özcan Dəniz həyat yoldaşına "Lamborghini" hədiyyə etdi  FOTO like
  • 27 Fev 17:37  
Şou-biznes Özcan Dəniz həyat yoldaşına "Lamborghini" hədiyyə etdi FOTO

Türkiyəli müğənni Özcan Dəniz iranlı həyat yoldaşı Samar Dadqara baha

arrow Ətraflı
Polisdən əməliyyat: 3 mütəşəkkil dəstə zərərsizləşdirildi  VİDEO like
  • 27 Fev 17:22  
Kriminal Polisdən əməliyyat: 3 mütəşəkkil dəstə zərərsizləşdirildi VİDEO

Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edə

arrow Ətraflı
"Mənimlə görüşmək, öpüşmək olmaz"  Firəngiz Mütəllimova like
  • 27 Fev 16:54  
Şou-biznes "Mənimlə görüşmək, öpüşmək olmaz" Firəngiz Mütəllimova

Xalq artisti Firəngiz Mütəllimova sənət dostları ilə görüşmür.

arrow Ətraflı
Vətən sənə əmanətdir, qalib Ordunun qalib Əsgəri  REPORTAJ like
  • 27 Fev 16:33  
Digərləri Vətən sənə əmanətdir, qalib Ordunun qalib Əsgəri REPORTAJ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Xarici jurnalistlər Şuşadadırlar  FOTO like
  • 27 Fev 16:21  
Digərləri Xarici jurnalistlər Şuşadadırlar FOTO

Xarici KİV nümayəndələri Şuşaya səfər edib.

arrow Ətraflı
Pensiyası səhv hesablananların nəzərinə  VİDEO like
  • 27 Fev 16:00  
Digərləri Pensiyası səhv hesablananların nəzərinə VİDEO

Bəzi vətəndaşlar pensiyasını nəzərdə tutulduğundan daha çox alıb. Bi

arrow Ətraflı
ABBnin Zaqatala filialı yeni ofisində xidmətə başladı like
  • 27 Fev 15:59  
Digərləri ABBnin Zaqatala filialı yeni ofisində xidmətə başladı

ABB filiallarını yeniləyərək xidmət şəbəkəsinin inkişafını davam et

arrow Ətraflı
Nigar Camala hücum edən şəxsdən açıqlama  VİDEO like
  • 27 Fev 15:49  
Şou-biznes Nigar Camala hücum edən şəxsdən açıqlama VİDEO

Xəbər verdiyimiz kimi, küçədə bir şəxs müğənni Nigar Camala hücum ed

arrow Ətraflı
Laçın yolundakı aksiyada canlanma müşahidə olunur  FOTO like
  • 27 Fev 15:48  
Digərləri Laçın yolundakı aksiyada canlanma müşahidə olunur FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı