Vətən sənə əmanətdir, qalib Ordunun qalib Əsgəri REPORTAJ
Digərləri 27 Fev 2023 16:33:00 302 0
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Bu xəbəri də oxu: 1 nömrəli "qanuni oğru"nun qardaşı oğlu saxlanıldı FOTO
Trend-in çəkiliş qrupu Ağdam rayonu ərazisində dislokasiya olunan hərbi hissənin yerləşmə məntəqəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
İşğaldan azad olunmuş ərazilərdə xidmət keçməkdən fəxr etdiyini deyən əsgər Mehman Möhsümzadə Vətənin keşiyində dayanmağın həm məsuliyyətli, həm də qürurverici olduğunu bildirib: "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməkdən qürur duyuram. Xidmətimiz üçün hərbi hissədə yüksək şərait yaradılıb. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun olaraq bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Ali təhsilli əsgər olaraq 8 aydır xidmət edirəm. Ailəm, dostlarım, yaxınlarım nigaran qalmasınlar. Buradan şəhid və qazı ailələrinə salam göndərirəm. Övladları şəhid və ya qazı oldu deyə üzülməsinlər. Onların hələ də bizim kimi Vətənə xidmət edən oğulları var. Qarabağ Azərbaycandır".
Əsgərlərimiz döyüş mövqeyində olmaqla yanaşı, istirahət vaxtlarını da səmərəli keçirə bilirlər. Çünki burda əsgər üçün nə lazımdırsa var. Hərbi hissənin yerləşmə məntəqəsində əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları, həyətdə qazanxana sistemi mövcuddur. Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla, mebel, yataq ilə təchiz edilib.
Əsgər yaxşı döyüşmək üçün həm də yaxşı qidalanmalıdır. Bu isə ən ali məqsəddir.
Hərbi hissənin yerləşmə məntəqəsindəki əsgər yeməkxanası müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxanada hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və qida rasionuna uyğun yeməklər verilir. Aşpaz Afət Bağırova bildirir ki, altı ildir əsgərlərimizin milli xörəklərlə qidalanması işinə öz töhfəsini verir.
Onun sözlərinə görə, əsgərlərimiz üçün gündə 3 dəfə yemək bişirilir: "Səhər, günorta, axşam... Mərci supu bişirmişik. Günorta yeməyimiz toyuq əti ilə aşdır, öz balalarımıza necə hazırlayırıqsa, onlar üçün də elə hazırlayırıq. Bu, şərəfli işdir bizim üçün".
Hərbi hissənin yerləşmə məntəqəsində olarkən əsgərlərdən birinin doğum günü də qeyd edilir. 11 aydır işğaldan azad olunan ərazilərdə xidmət edən əsgər Əli Novruzovun 19 yaşı olur. Əsgərə doğum günü münasibətilə hədiyyə verilir. 19 yaşını Azərbaycanın işğaldan azad edilən torpaqlarında qeyd edən əsgərin şərəfinə nahar zamanı tort kəsilir.
Bəzi vətəndaşlar pensiyasını nəzərdə tutulduğundan daha çox alıb. Bi
ABB filiallarını yeniləyərək xidmət şəbəkəsinin inkişafını davam et
Xəbər verdiyimiz kimi, küçədə bir şəxs müğənni Nigar Camala hücum ed
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Məni heç kəs sıxa bilməz, təbiətimiz belədir. Azad insanlarıq, ailəm d
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən �
"Azərenerji" ASC "Cəbrayıl" enerji qovşağından ixrac o
Kahramanmaraşda olan zəlzələlərdən zərərçəkən Adıyamanda yerindən s
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il�
Ötən gün Sabirabadda 19 yaşlı oğlanın atasını öldürməsi barədə xə
Məlum olduğu kimi, bu ayın əvvəlindən etibarən, soğan idxalı gömrük r