RusiyaUkrayna müharibəsi ilə bağlı


Siyasət 25 Fev 2023 12:12:00 256 0

RusiyaUkrayna müharibəsi ilə bağlı

Ötən gün Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam oldu. Amma proqnozların əksi olaraq savaş hələ də davam edir, daha sərt və daha amansız... 

Tərəflər bir-birinə güzəşt etməyəcək. Bunu həm Rusiya, həm də Ukrayna dövlət başçısının səsləndirdiyi bəyanatlar belə deyir. Rusiya anlayır ki, savaşı dayandırıb geri çəkilmək məğlubiyyətə bərabər olmaqla yanaşı, qarşı tərəfin kapitulyasiya aktını imzalamaq üçün irəli sürdüyü tələblərin icrası məsələsini qaçılmaz edə bilər.

Ukraynanın isə müharibəni davam etdirmək üçün bir çox səbəbləri var:

1. Əraziləri işğal edilir

2. Qərb və ABŞ hər ötən gün daha çox hərbi və maliyyə yardımları edir

3. Müharibəni dayandırmaq qərarı Vladimir Zelenskinin də sonunu tezləşdirə, aqibətini acınacaqlı edə bilər.

ABŞ və Avropadan edilən dəstəklər də Zelenskiyə "müharibəni davam etdirməlisən" mesajından başqa bir şey deyil.

Bununla bağlı 3 gün öncə ABŞ lideri Co Baydenin bir açıqlaması xüsusilə diqqət çəkdi. O, açıq şəkildə bildirdi ki, "Bilirik ki, qarşıda bizi çox çətin günlər, həftələr və illər gözləyir. Rusiya isə qarşıya məqsəd qoyub ki, Ukraynanı dünya xəritəsindən silsin".

ABŞ prezidentinin bu açıqlamada "çətin günlər" məsələsində davam edən savaşı nəzərdə tutduğunu bilsək də, "illər" sözünü niyə qeyd etməsi ilə bağlı bir dənə də olsun açıqlamaya rast gəlmədim. Co Bayden "bizi çətin İLLƏR gözləyir" deməklə Kiyevə və müttəfiqlərinə, dünya ictimaiyyətinə mesaj vermiş oldu ki, bu müharibə gözlədiyiniz kimi tez bitməyəcək.

Görünən odur ki, Amerika müttəfiqləri ilə birgə qarşısına məqsəd qoyub ki, bu savaşı gələcək illərə daşımaqla Rusiyanı tamamilə haldan salsın. Yəni müharibə tezlikdə bitməyəcək. Konkret desək müharibə hələ təzə başlayır. Baydenin açıqlamasından o nəticəyə gələ bilərik ki, ABŞ savaşın Rusiyanın çöküşü reallaşana kimi davam etməsini qarşıya məqsəd qoyub. Hətta müharibənin dayanması artıq Zelenskinin iradəsindən də asılı məsələ deyil.

Təəssüf ki, hazırda dünya yeni düzənə keçid üçün artıq çox ağır mərhələnin içərisindədir. Necə ki, 22 il əvvəl belə bir qlobal hadisə ilə dünya silkələndi. Söhbət 24 fevral 2022-ci il 11 sentyabr hadisələrindən gedir. Qloballıq etibarilə 2001-ci illə birlikdə Rusiya-Ukrayna müharibəsi də XXI əsrin ən vacib iki hadisəsindən biridir. 11 sentyabr kimi 24 fevral da qlobal nizamı modifikasiya etmək potensialındadır və demək olar ki, təsirləri bütün regionlarda hiss edilir. 

Heç nə əvvəlki kimi olmayacaq

Tərəddüd etmədən deyə bilərəm ki, 1 il əvvəl rus qoşunları Kiyevə doğru irəliləyəndə heç kim bir il sonrakı mənzərənin indiki kimi olacağını təxmin etmirdi. Bu gedişlə böyük ehtimalla üzümüzə gələn növbəti il də münaqişədə heç kimin gözləmədiyi mənzərənin formalaşacağına şahidlik edə bilərik. Yenə qeyd edirəm, təbii ki, bu proses məsələyə ABŞ prizmasından yanaşsaq, Rusiyanın çöküşü reallaşacağı tarixə kimi belə qalacaq.

Nəzərə alsaq ki, hazırda ən çox səsləndirilən ssenari münaqişənin regional miqyasa yayılacağı, savaşın digər coğrafiyalara sıçraması ehtimallarıdır ki, bura da Belarusun müharibəyə qoşulması və Moldovada yeni bir cəbhə açılması kimi proseslər daxil edilir, demək ki, hələ tələsməyə dəyməz. 

ABŞ-dan Rusiya-Ukrayna müharibəsinin dayandırılması, sülh sazişinin imzalanması ilə bağlı Çinin ünvanına son iki gündə səsləndirilən sərt bəyanatlar da bir daha deməyə əsas yaradır ki, Moskvadan sonra növbəti hədəf Pekin ola bilər.

Çində anlayırlar ki, Rusiya problemi həll olunduqdan sonra ABŞ bütün diqqətini onun "vurulmasına" cəmləşdirəcək. Ona görə, hesab etmək olar ki, Çinin ilk növbədə əsas məqsədi Rusiya probleminin həll olunmaması və ya açıq qalmasıdır. Rusiyanın nə tam qalib gəlməsi, nə də tam məğlub olması Çinə sərf etmir. Çin sərhədlərində güclü Rusiya görmək istəməz, eyni zamanda Pekin təklənməmək üçün Rusiyanı oyunda saxlamalı olduğunu da başa düşür. 

Amma Rusiya da Ukrayna savaşı ilə digər güclər tərəfindən belə asan xərclənmək niyyətində deyil. 

Vladimir Putinin 4 gün əvvəl Federal Məclisə müraciətində Qərbdəki bəzi dəyərlər haqqındakı tənqidi fikirləri Avropada və okeanın o tayında da həyəcan yaratdı desək yerinə düşər. Rusiya lideri bu qədər sanksiya qarşısında və onun tətikdə gözləyən güclərin olduğunu bilə-bilə yenə meydan oxumaqdan geri addım atmaq niyyətində olmadığını bir daha göstərdi. Putin bildirdi ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün olmayacaq. 

Aydındır ki, Putinin təhdidləri, Qərbə ünvanlanan bu tənqidləri müəyyən siyasi məqsədlər daşıyırdı. Birincisi, Rusiya prezidenti Ukrayna münaqişəsinə mədəni, dini və ideoloji mənalar yükləməklə, hərbi kampaniyasının legitimliyini artırmaq niyyətini gizlətmədi, ikincisi də Kreml rəhbəri Qərbin proqressiv cinahını hədəfə gətirməklə, müsəlman dünyasına və Qərbdə Rusiyaya rəğbət bəsləyən mühafizəkar və dindar qruplara mesaj ötürərək Kremlin müdafiəsində, Rusiyanın mövqeyinin dəstəklənməsində müəyyən güc toplasın.

Artıq Rusiya və ABŞ bir-birinə qarşı açıq oyuna keçib. Baydenin Ukraynaya səfəri və Rusiya əleyhinə son çıxışı bunun növbəti bariz nümunəsidir. Bu amil də bir daha "Savaş ABŞ bitməyini istəməyənə kimi davam edəcək" iddialarını qüvvətləndirir.

Təhməz Əsədov Son.az

Kanada Ukraynaya daha dörd “Leopard 2” tankı verəcək like
  • 25 Fev 11:55  
Dünya Kanada Ukraynaya daha dörd “Leopard 2” tankı verəcək

Kanada Ukraynaya daha dörd "Leopard 2" tankı verəcək.

arrow Ətraflı
Bakıda Rusiya vətəndaşı intihar edib like
  • 25 Fev 11:44  
Digərləri Bakıda Rusiya vətəndaşı intihar edib

Bakıda Rusiya vətəndaşı intihar edib.

arrow Ətraflı
Azərbaycanlı məşhur meyxanaçı məzarını qazdırıb like
  • 25 Fev 11:37  
Şou-biznes Azərbaycanlı məşhur meyxanaçı məzarını qazdırıb

Meyxanaçı Ağamirzə Məmmədov sənət vasitəsiylə qazandıqlarını açıq

arrow Ətraflı
Zəfər yatağında qiymətli metal ehtiyatlarının həcmi açıqlandı like
  • 25 Fev 11:31  
Digərləri Zəfər yatağında qiymətli metal ehtiyatlarının həcmi açıqlandı

"Anglo Asian Mining" (AAM) Gədəbəy rayonundakı yeni Zəfər yatağ

arrow Ətraflı
Daha üç rayona onlayn bilet satışına başlanılıb like
  • 25 Fev 11:28  
Digərləri Daha üç rayona onlayn bilet satışına başlanılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronla�

arrow Ətraflı
Rusiyanın İran istehsalı PUAları tükənib like
  • 25 Fev 11:17  
Dünya Rusiyanın İran istehsalı PUAları tükənib

Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava a

arrow Ətraflı
Bakıda baş verən ağır qəzanın görüntüləri like
  • 25 Fev 11:10  
Digərləri Bakıda baş verən ağır qəzanın görüntüləri

Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-n

arrow Ətraflı
Bakıda evdən meyit tapıldı like
  • 25 Fev 11:06  
Digərləri Bakıda evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
Türkiyədə daha bir MÜƏMMA: like
  • 25 Fev 10:55  
Dünya Türkiyədə daha bir MÜƏMMA:

Türkiyənin Konya vilayətinin Karapınar kəndi yaxınlığındakı əkin sah�

arrow Ətraflı
Ələkbər Yasamallı Rəşad Dağlıya meyxana həsr etdi like
  • 25 Fev 10:44  
Şou-biznes Ələkbər Yasamallı Rəşad Dağlıya meyxana həsr etdi

Meyxanaçı Ələkbər Yasamallı qohumunu qətlə yetirməkdə təqsirli bilin

arrow Ətraflı
Bu rayona polis rəisi like
  • 25 Fev 10:33  
Digərləri Bu rayona polis rəisi

Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyi

arrow Ətraflı
Serj Sarqsyan hücuma keçdi: İrəvanı saxta "saziş" çalxalayır like
  • 25 Fev 10:22  
Siyasət Serj Sarqsyan hücuma keçdi: İrəvanı saxta "saziş" çalxalayır

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan aldığı əmr əsasında baş naz

arrow Ətraflı
Bakıda DƏHŞƏTLİ QƏZA ilə bağlı cinayət işi başlanıldı like
  • 25 Fev 10:11  
Digərləri Bakıda DƏHŞƏTLİ QƏZA ilə bağlı cinayət işi başlanıldı

Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticəl�

arrow Ətraflı