Azərbaycan XİN Mirzoyana


Siyasət 22 Fev 2023 23:34:00 204 0

Azərbaycan XİN Mirzoyana

22 fevral tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik.

Son.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə XİN-nin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselbornun bəyanatlarına dair şərhində bildirilib.

Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.

Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil.

Ermənistan tərəfinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının "blokada" və "gərgin humanitar vəziyyət" yaratdığı barədə iddialarını təkrarlamaqla yoldan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdir. Bu bir daha sübut edir ki, əslində Laçın yolunda aksiyaların "humanitar vəziyyət" yaratdığı iddialarının heç bir əsası yoxdur və Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizm, habelə erməni sakinlərlə dialoq məsələsi barədə Ermənistanın iddialarına gəldikdə qeyd etmək istərdik ki, Münxen danışıqlarında açıq-aydın qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir.

Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır. Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik.

Polşa Avropanın ən böyük ordusunu formalaşdırır? like
  • 22 Fev 23:24  
Dünya Polşa Avropanın ən böyük ordusunu formalaşdırır?

Polşa ümid edir ki, ABŞ-dan ölkəyə silah axını Avropanın ən böyük qu

arrow Ətraflı
2 il oteldə pulsuz yaşadılar, sonda həbs edildilər like
  • 22 Fev 23:14  
Dünya 2 il oteldə pulsuz yaşadılar, sonda həbs edildilər

Almaniyanın Visbaden şəhərindəki "Nassauer Hof" oteli orada iki i

arrow Ətraflı
Rusiyanın zəbt etdiyi ərazilərlə bağlı daha bir planı like
  • 22 Fev 23:10  
Dünya Rusiyanın zəbt etdiyi ərazilərlə bağlı daha bir planı

Ukraynanın zəbt edilən əraziləri Moskvanın saat qurşağına keçirilir.

arrow Ətraflı
Dollar yüksəldi, Tehran bazarında etiraz dalğaları başladı  VİDEO like
  • 22 Fev 23:05  
Dünya Dollar yüksəldi, Tehran bazarında etiraz dalğaları başladı VİDEO

İranda dolların məzənnəsinin 51 min tümənə qalxıb.

arrow Ətraflı
"Zəlzələlərin ilk günündən..." like
  • 22 Fev 22:49  
Dünya "Zəlzələlərin ilk günündən..."

Episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərin ilk g�

arrow Ətraflı
Bu xəstəxanada like
  • 22 Fev 22:44  
Digərləri Bu xəstəxanada

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar baş tutub.

arrow Ətraflı
"Yüzlük"lərlə bağlı like
  • 22 Fev 22:39  
Digərləri "Yüzlük"lərlə bağlı

Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.

arrow Ətraflı
Blinken Quterreşlə görüşəcək: Nələr müzakirə olunacaq? like
  • 22 Fev 22:34  
Dünya Blinken Quterreşlə görüşəcək: Nələr müzakirə olunacaq?

ABŞ Dövlət katibi Entoni Blinken BMT Baş katibi Antonio Quterreşlə görü�

arrow Ətraflı
Ermənistan daha özünə gələ bilməyəcək  General like
  • 22 Fev 22:29  
Dünya Ermənistan daha özünə gələ bilməyəcək General

Kapitulyasiya aktının imzalandığı gündən Ermənistanın bütün hərəkə

arrow Ətraflı
Azərbaycanla bağlı saziş Dumaya təqdim edildi like
  • 22 Fev 22:19  
Digərləri Azərbaycanla bağlı saziş Dumaya təqdim edildi

Rusiya Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində

arrow Ətraflı
"Meta"ya qarşı istintaqa başlanılıb like
  • 22 Fev 22:14  
Dünya "Meta"ya qarşı istintaqa başlanılıb

İtaliyanın Milan şəhər prokurorluğu "Meta" korporasiyasına qar�

arrow Ətraflı