İranda səfirliklərə hücum ənənəsi... Nüfuzlu Britaniya nəşri


Siyasət 22 Fev 2023 11:44:00 285 0

İranda səfirliklərə hücum ənənəsi...  Nüfuzlu Britaniya nəşri

Londonda fəaliyyət göstərən "The New Arab" nəşri Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı geniş məqalə dərc edib.

Son.az APA-ya istinadən bildirir ki, məqalədə ötən ay törədilmiş ölümcül hücumun 1979-cu il inqilabından sonra Tehranda adi hala çevrilmiş xarici diplomatik missiyalara hücumlardan hələlik sonuncusu olduğu qeyd edilib. Vurğulanıb ki, yanvarın 27-də baş vermiş bu hücum iki ölkə arasında əlaqələrin pisləşməsinə çox böyük təsir edib.

"İnsident zamanı səfirliyin təhlükəsizlik xidmətinin rəisi qətlə yetirilib, daha iki əməkdaş yaralanıb. Cavabında Bakı Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmaqda tərəddüd etməyib və bütün səfirlik heyətini ailələri ilə birlikdə təxliyə edib. Azərbaycan Prezidenti İlham Əliyev bunu terror hücumu adlandırıb və onun hökuməti İranı təhlükəsizliklə bağlı daha əvvəl qaldırılan narahatlıqlara cavab verməməkdə günahlandırıb".

Məqalədə qeyd edilib ki, İran tərəfindən həm xarici işlər naziri, həm də digər yüksək vəzifəli rəsmilər hücumun ailə-məişət zəminində baş verməsində israr ediblər, lakin onların iddiaları Bakıdakı həmkarları tərəfindən tənqid edilib.

"2020-ci il Qarabağ müharibəsindən sonra iki ölkə arasında gərginlik yüksək həddə olub. Müharibədən sonra İran Azərbaycanı İsrailə öz ərazisindən İrana qarşı casusluq fəaliyyətləri göstərməyə icazə verməkdə ittiham edib. Cavabında Bakı Tehranı Azərbaycandakı terrorçu qrupları dəstəkləməkdə günahlandırıb. Daha sonra isə səfirliyə hücum baş verib", - deyə məqalədə bildirib.

Məqalədə qeyd edilib ki, İranın digər ölkələrlə siyasi gərginlikləri onların səfirliklərinə hücumla nəticələnir: "İranın digər ölkələrlə siyasi gərginliyinin onların Tehrandakı səfirliyinə hücumla nəticələnməsinin uzun tarixi olduğu üçün bu insident də çox şübhəli görünüb. Azərbaycan səfirliyinə basqın İranda diplomatik missiyaların hədəfə alınması zəncirinin sonuncu halqası idi".

Yazıda İranda xarici diplomatik missiyalara hücum ənənəsi ilə bağlı geniş məlumata yer verilib.

"Tehrandakı səfirliklərə hücumlar 1829-cu ilin fevralında Rusiya səfirliyinin qarət edilməsi ilə başlayıb. Hücum İranın bugünkü Ermənistan, Gürcüstanın bir hissəsi və Azərbaycandan böyük əraziləri itirməsi ilə nəticələnmiş İkinci Rusiya-İran müharibəsinin (1826-1828) başa çatmasından cəmi bir il sonra baş verdi. Səfirliyin işğalı insanların Rusiya səfirliyi qarşısında toplanması ilə başladı. Rusiya səfiri Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən silahlı döyüş və səfirliyin talan edilməsi ilə başa çatdı. Rusiya səfirinin qətlə yetirilməsindən sonrakı 150 il ərzində İranda heç bir səfirlik hədəfə alınmayıb. Bu, 1979-cu il inqilabı ilə dəyişdi və bundan sonra Tehrandakı səfirliklərə hücumların tezliyi və sayı kəskin şəkildə artdı".

Qeyd olunub ki, 1979-cu ilin 11 fevralında şah rejiminin çökməsindən cəmi üç gün sonra ABŞ-ın Tehrandakı səfirliyi solçu silahlılar tərəfindən hücuma məruz qaldı. Bundan bir ay sonra - 26 mart 1979-cu ildə üzünü Fələstin şərfi ilə bağlamış 50 gənc kişi 1979-cu il İsrail-Misir sülh razılaşmasına etiraz olaraq Tehrandakı Misir səfirliyinə hücum edib: "O vaxtdan bəri İran və Misir heç vaxt siyasi əlaqələri bərpa etməyib".

Qeyd olunub ki, bundan sonra 20-ci əsrin ən çox bilinən səfirlik hücumu baş verib: "4 noyabr 1979-cu il, saat 10:00-da özlərini İmamın xəttinin müsəlman tələbə ardıcılları adlandıran radikallar ABŞ səfirliyinə hücum ediblər və Vaşinqtondan çevrilişdən sonra ABŞ-da qalan şahın təhvil verilməsini tələb ediblər. Hücum İranın birinci ruhani lideri Ruhulla Xomeyninin tam dəstəyini alıb. 444 günlük bu girov böhranı müvəqqəti hökumətin çökməsi, İran və ABŞ arasında siyasi əlaqələrin kəsilməsi və islamçıların ölkədə daha çox siyasi quruma nəzarəti ələ keçirməsi ilə nəticələndi. O vaxtdan bəri Tehrandakı xarici diplomatik missiyalara hücum radikal islamçıların vərdişinə çevrilib. Həcc ziyarəti zamanı şiə etirazçıların Səudiyyə polisi ilə qarşıdurma nəticəsində öldürülməsinə etiraz olaraq 1 avqust 1987-ci ildə Səudiyyə Ərəbistanı və Küveytin səfirlikləri hücuma məruz qalıb. Hücum nəticəsində bir Səudiyyə diplomatı öldürülüb, Küveyt səfirliyinə od vurulub və Ər-Riyad on ildən çox bir müddətə Tehranla siyasi əlaqələrini kəsib".

Məqalədə qeyd edilib ki, praqmatik mühafizəkar olan Əkbər Haşimi Rəfsəncani (1989-1997) və islahatçı Məhəmməd Hatəminin (1997-2005) prezidentliyi dövründə Tehrandakı diplomatik missiyalar təhlükəsiz və sakit dövr yaşayıb: "Lakin bu, 2005-ci ildə Mahmud Əhmədinejatın prezident seçkilərində qalib gəlməsindən sonra dəyişib. 6 fevral 2006-cı ildə 400 Bəsic silahlısı Məhəmməd peyğəmbərin Danimarka qəzeti "Jyllands-Posten"də karikaturasının dərc edilməsinə etiraz olaraq Tehrandakı Danimarka səfirliyinə "Molotov kokteyli" ilə hücum edib. Silahlılar eyni zamanda Avstriya səfirliyinə də hücum etsələr də, binaya daxil ola bilməyiblər. Pakistan isə diplomatik missiyası hücuma məruz qalan daha bir müsəlman ölkəsi olub, lakin bu, güclü olmayıb. Hücum 2009-cu ilin fevralında Pakistanda İran diplomatının öldürülməsinə etiraz edən bir qrup ruhaninin liderliyi ilə baş tutub. 2009-cu ilin iyununda Əhmədinejatın yenidən (prezident) seçilməsindən sonra İrana beynəlxalq təzyiq və sanksiyalar artıb. 29 noyabr 2011-ci ildə Bəsic İranın şimalındakı və Tehranın mərkəzindəki Britaniya diplomatik missiyalarına hücum edib. Polisin heç bir müqaviməti olmadan diplomatik binalara daxil olan silahlılar Britaniya bayrağını endirib, idarələri qarət edib, kraliçanın başıaşağı tutulmuş portreti ilə şəkil çəkdirib və səfirliyin bağçasında camaat namazı qılıblar. Cavabında Böyük Britaniya Tehrandakı səfirliyini bağlayıb və İranın bütün diplomatlarını ailələri ilə birlikdə ölkədən çıxarıb".

Qeyd olunub ki, 2016-cı ilin 3 yanvar tarixində Səudiyyə Ərəbistanının səfirliyi növbəti dəfə hədəf alınıb. Bu zaman hücumun motivasiyası şiə ruhani Şeyx Nimr əl-Nimrin Səudiyyə həbsxanasında edam edilməsi olub.

Məqalədə vurğulanıb ki, İran tərəfi girov böhranına səbəb olan hücum istisna olmaqla qalan bütün hücumların "adi etirazçılar" tərəfindən törədildiyini və hökumətlə əlaqəsi olmadığını bəyan edib. Bununla belə, Britaniya səfirliyinə hücumdan sonra İcmalar Palatasında çıxış edən Britaniyanın sabiq xarici işlər naziri Viliam Heyq İran rəsmilərinin səfirliyi qoruya bilməməsi və ya bu cür addımın rejimin cüzi də olsa, icazə olmadan baş verə bilməsi fikrinin xəyalpərəstlik olduğunu deyib.

Son.az 

Rilaya Aysel Teymurzadənin like
  • 22 Fev 11:39  
Şou-biznes Rilaya Aysel Teymurzadənin

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Te

arrow Ətraflı
Gördünüzmü İran necə qorxub geri çəkildi? like
  • 22 Fev 11:28  
Digərləri Gördünüzmü İran necə qorxub geri çəkildi?

Bu gün Rusiyaya silah vermək və bütün AB-yə qarşı çıxmaq Çin üçün

arrow Ətraflı
Ərdoğandan çadırda qalan azyaşlı qıza sürpriz like
  • 22 Fev 11:17  
Digərləri Ərdoğandan çadırda qalan azyaşlı qıza sürpriz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepin İslahiye rayonunda qu

arrow Ətraflı
TAPın icraçı direktoru əlavə qaz həcminin like
  • 22 Fev 11:10  
Digərləri TAPın icraçı direktoru əlavə qaz həcminin

Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ili

arrow Ətraflı
Qəbələ səfəri zamanı Heydər Əliyevə suiqəsdin qarşısı necə alınıb? like
  • 22 Fev 11:06  
Siyasət Qəbələ səfəri zamanı Heydər Əliyevə suiqəsdin qarşısı necə alınıb?

90-cı illərdə Azərbaycana ərəb körfəzi ölkələrindəki terrorçu qrupl

arrow Ətraflı
İran polisi körpə qızı qanına qəltan etdi like
  • 22 Fev 10:55  
Digərləri İran polisi körpə qızı qanına qəltan etdi

İranda qadın polislər azyaşlı qızı hicaba əməl etmədiyi üçün vəhş

arrow Ətraflı
Vali Kahramanmaraşda Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış olub like
  • 22 Fev 10:49  
Dünya Vali Kahramanmaraşda Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış olub

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan S

arrow Ətraflı
Leo Dokerti Azərbaycanda səfərdədir like
  • 22 Fev 10:45  
Siyasət Leo Dokerti Azərbaycanda səfərdədir

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika ü

arrow Ətraflı
Aktyorlardan vida mərasiminin teatrda olmamasına ETİRAZ like
  • 22 Fev 10:44  
Şou-biznes Aktyorlardan vida mərasiminin teatrda olmamasına ETİRAZ

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən s

arrow Ətraflı
Kapital Bankın dəstəyi ilə ənənəvi Respublika Fənn Olimpiadası keçirilir like
  • 22 Fev 10:40  
Digərləri Kapital Bankın dəstəyi ilə ənənəvi Respublika Fənn Olimpiadası keçirilir

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Naz

arrow Ətraflı
"İrandakı etirazların yeni mərhələsi başlayıb, rejim əleyhinə təzyiqlər artır" like
  • 22 Fev 10:33  
Dünya "İrandakı etirazların yeni mərhələsi başlayıb, rejim əleyhinə təzyiqlər artır"

"İrandakı etiraz aksiyalarının yeni mərhələsi başlayıb və etiraz�

arrow Ətraflı
Ordumuzun mövqeləri atəşə tutuldu like
  • 22 Fev 10:29  
Siyasət Ordumuzun mövqeləri atəşə tutuldu

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordus

arrow Ətraflı
"Dakkılı" və Səbuhini Hüseyn şikayət edib? like
  • 22 Fev 10:22  
Şou-biznes "Dakkılı" və Səbuhini Hüseyn şikayət edib?

Xəbər verdiyimiz kimi, "Dakkılı" ləqəbli sosial şəbəkə fəa

arrow Ətraflı
Zəlzələ bölgəsində həkimlərimiz 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərib like
  • 22 Fev 10:11  
Dünya Zəlzələ bölgəsində həkimlərimiz 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
Şeymanın bu hərəkəti izləyiciləri qəzəbləndirdi like
  • 22 Fev 09:57  
Şou-biznes Şeymanın bu hərəkəti izləyiciləri qəzəbləndirdi

Sosial media fenomeni Şeyma Subaşının hərəkəti izləyiciləri hiddətlən

arrow Ətraflı