İranda 44 ildən sonra bir İLK: hər şey yanvarın 1də başladı SİRLƏR üzə çıxdı


Dünya 19 Fev 2023 22:17:00 230 0

İranda 44 ildən sonra bir İLK: hər şey yanvarın 1də başladı  SİRLƏR üzə çıxdı

Qərbin İran müxalifətinə dəyər verdiyini müşahidə edirik. Belə ki, İran hökuməti təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq konfranslara dəvət almır, bunun əvəzində müxalifət müzakirələrə dəvət olunur. Xaricdəki müxalifətin əsas lideri kimi sonuncu şahın oğlu Rza Pəhləvi önə çıxır.

Qərb İranda yeni bir hakimiyyətin qurulmasında nə dərəcədə maraqlıdır?

Etirazlar səngisə də, aksiyaların yenidən başlaya biləcəyi istisna edilmir.

Son.az xəbər verir ki, Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a bildirib ki, İran müharibədə Rusiyaya silah yardımları və son 6 ayda ölkə daxilində öz əhalisinə qarşı sərgilədiyi amansız davranışlar ucbatından dünya siyasi səhnəsindən təcrid olunub:

"Bu, özünü SEPAH-ın terror təşkilatları siyahısına salınması çağırışı, İranın BMT-nin qadın hüquqları komitəsindən çıxarılması, bir çox insan haqları təşkilatının sərt bəyanatları formasında göstərir. Münxen Təhlükəsizlik Konfransına hakimiyyətdən deyil, müxalifətdən nümayəndə dəvət olunması açıq şəkildə göstərir ki, artıq İranda rejim dəyişikliyi zərurəti hər kəs tərəfindən qəbul edilib. Lakin İran müxalifətinin lideri kimi keçmiş şahın oğlu Rza Pəhləvinin həmin konfransa dəvət edilməsi son dərəcə düşündürücü və diksindiricidir, İranda yaşayan millətlərin iradəsinə qarşı mənfur planların da işə salındığının xəbərçisidir. Ötən ilin sentyabrında başlayan və bu günə qədər davam edən etiraz aksiyalarının inqilabi mahiyyətinə, səslənən şüarlar və tələblərin məzmununa baxdığımız zaman Rza Pəhləvi kimi bir şəxsin bu hərəkatı təmsil etməsinin mümkün olmadığını görə bilərik. Bu proseslərdə 1979-cu il İslam inqilabından bəri ilk dəfə olaraq çox müxtəlif milli, siyasi maraq çevrələrinin bir araya gəlib bu coğrafiyada inqilabi bir dəyişikliyi gerçəkləşdirmək niyyətində olduqlarını gördük. İnqilabi dəyişikliyin ana xətləri bunlardır - 1) despot, teokratik İslam rejiminin ortadan qaldırılması 2) demokratik, sekulyar bir mühitin formalaşdırılması 3) insan haqları, o cümlədən qadın haqq və azadlıqlarının təmin edilməsi 4) fars mərkəzçiliyinə son qoyulması, millətlərin milli tələb, istək, iradə və haqlarına sayğı ilə yanaşılması".

Çingiz Göytürkün sözlərinə görə, Rza Pəhləvi son 100 ildə qeyri-fars millətlərin başına gələn bütün faciələrin səbəbkarı olan fars irqçiliyini dövlət siyasətinə çevirən bir ailənin son nümayəndəsi və burjuaziya ideologiyasını mənimsəyən bir çevrənin təmsilçisidir:

"Bu çevrənin yeganə hədəfi 1979-cu ildə xalqların inqilabı nəticəsində devrilən səltənətin geri qaytarılmasından başqa bir şey deyil. Yəni Rza Pəhləvi fars irticasının bir başqa təzahürüdür və İran xalqlarının inqilabi dəyişim iradəsini təmsil edə bilməz. Mən birmənalı olaraq Qərbin Rza Pəhləvi üzərində israr etdiyini düşünmürəm.

Çünki bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasını istəyən bir çox şəxs qeyri-fars millətlərin iradəsini nəzərə almayan hər hansı bir alternativin real olmayacağını yaxşı bilir və bunu müxtəlif platformalarda müxtəlif səlahiyyətli şəxslər bizə açıq şəkildə etiraf ediblər. Onlar bildiriblər ki, İranda qeyri-fars millətlərin və onların hərəkatlarının varlığından yetərincə məlumatları olmadığına görə bu günə qədər apardıqları siyasətdə əskikliklər və nöqsanlar mövcud olub. Bəyan ediblər ki, bundan sonrakı mərhələlərdə həmin nöqsanları ortadan qaldırmaq üçün milli hərəkatları tanımağa və siyasətlərini bu milli hərəkatların istək və iradələrini də nəzərə alaraq formalaşdırmağa cəhd edəcəklər. Bu baxımdan hesab edirəm ki, birmənalı olaraq Rza Pəhləvinin yeganə alternativ kimi Qərb tərəfindən dəstəkləndiyini iddia etmək reallıqdan uzaqdır. Ancaq etiraf etməliyik ki, bölgədə qalıcı stabillikdənsə status-kvonun qorunmasında maraqlı olan dövlətlər və çevrələr də var".

Siyasi şərhçi vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makronun İran siyasi mühitində ciddi bir gücə sahib olmayan səltənət çevrələri və Rza Pəhləvinin şişirdilməsində ciddi canfəşanlığını son zamanlar gördük:

İranda binanın uçması nəticəsində azı 2 nəfər ölüb like
  • 19 Fev 22:11  
Dünya İranda binanın uçması nəticəsində azı 2 nəfər ölüb

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində bazar g

arrow Ətraflı
Bayraqdar yeni binanı zərərçəkənlərə verdi like
  • 19 Fev 22:05  
Dünya Bayraqdar yeni binanı zərərçəkənlərə verdi

"Baykar" texnologiya şirkətinin İdarə Heyətinin sədri Səlcuq Ba

arrow Ətraflı
Ət bahalaşdı  VİDEO like
  • 19 Fev 21:59  
Digərləri Ət bahalaşdı VİDEO

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manat

arrow Ətraflı
Erməni əsgər güllələnib like
  • 19 Fev 21:54  
Dünya Erməni əsgər güllələnib

Ermənistan ordusunun əsgəri naməlum səbəbdən ölümcül güllə yarası a

arrow Ətraflı
Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi like
  • 19 Fev 21:48  
Dünya Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi

Rusiya ABŞ Prezidenti Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa

arrow Ətraflı
Qadın dəm qazından boğularaq ölüb like
  • 19 Fev 21:43  
Digərləri Qadın dəm qazından boğularaq ölüb

Sabirabadın Yolçubəyli kənd sakini hamamda dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Fəxrəddin Qocadan mühüm açıqlama like
  • 19 Fev 21:38  
Dünya Fəxrəddin Qocadan mühüm açıqlama

Zəlzələ zonasında hər hansı yoluxucu xəstəlik aşkar edilməyib.

arrow Ətraflı
Yeniyetmə qız like
  • 19 Fev 21:33  
Digərləri Yeniyetmə qız

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeniyetmə qız dəm qazında

arrow Ətraflı
28 yaşlı qadını əri qətlə yetirib like
  • 19 Fev 21:27  
Kriminal 28 yaşlı qadını əri qətlə yetirib

Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon əraz

arrow Ətraflı
ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq like
  • 19 Fev 21:15  
Dünya ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humani

arrow Ətraflı
Makronun reytinqi like
  • 19 Fev 21:09  
Dünya Makronun reytinqi

Fransada pensiya islahatı ilə bağlı yaranmış vəziyyət gərgin olaraq qal

arrow Ətraflı
Türkiyə 4 metr qərbə sürüşdü  Le Piçon like
  • 19 Fev 20:51  
Dünya Türkiyə 4 metr qərbə sürüşdü Le Piçon

Zəlzələ səbəbindən Türkiyə 4 metrə qərbə sürüşüb.

arrow Ətraflı
Yeniyetmə kiçik qardaşına like
  • 19 Fev 20:45  
Digərləri Yeniyetmə kiçik qardaşına

Qusar rayonunun Torpaqkörpü kəndində yeniyetmə kiçik qardaşının tüfən

arrow Ətraflı