"Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı..."


Siyasət 19 Fev 2023 21:21:00 253 0

"Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı..."

"Münhen konfransında Paşinyanla Əliyev arasında gedən debata dəhşətlə baxdım. Ermənistan liderlərinin Levon Ter-Petrosyandan Robert Köçəryana və Serj Sarkisyana, onlardan Nikol Paşinyana qədər təkamülünü müşahidə etsəniz, Ermənistanın növbəti liderinin pitekantrop olacağı fikrini rədd etmək çətindir.

Son.az bildirir ki, bunu erməni siyasətçi, "Erməni Milli Konqresi"nin sədr müavini Levon Zurabyan deyib.

O qeyd edib:

"Əliyev Ruben Vardanyan onu təmsil etdiyi müddətdə Qarabağ xalqı ilə danışıq aparmayacağını deyəndə Paşinyan susdu və bircə onu deməliydi ki, bu danışıqlarda onları kimin təmsil edəcəyinə Əliyev deyil, "Artsax" xalqı qərar verməlidir.

Paşinyan Laçın dəhlizinin blokadasının olmaması ilə bağlı yalanları təkzib etmək üçün bir tutarlı arqument da gətirə bilmədi.

Paşinyan 2020-ci il noyabrın 9-dan sonra Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi "təcavüz" barədə hətta Əliyevin ona verdiyi saxta ittihamlara cavab vermək hüququ çərçivəsində belə bir söz deməyib. 

Və Paşinyan Əliyevin Qarabağda 64 məscidin sökülməsi ilə bağlı ittihamlarından birinə cavab vermək qərarına gələndə məlum oldu ki, Paşinyan bu ittihama ümumiyyətlə cavab verməsə yaxşıdır. O, bu məlumatı təkzib etmədən nə az, nə çox iddia etdi ki, sovetlər dövründə Azərbaycanda 1560 məscid dağıdılıb, bundan dünya ictimaiyyəti Paşinyanın dar məntiqinə görə, ermənilərin etdiklərinin az əhəmiyyət kəsb etdiyi qənaətinə gəlməli idi. Üstəlik, Paşinyan ona ayrılan vaxtın aslan payını bu tam axmaqlığa sərf edib.

Bir sözlə, Paşinyanın dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu və məlum oldu ki, döyüş meydanında nəyisə itirməsək, pis diplomatiya nəticəsində nəyisə itirəcəyik".

ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq like
  • 19 Fev 21:15  
Dünya ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humani

arrow Ətraflı
Makronun reytinqi like
  • 19 Fev 21:09  
Dünya Makronun reytinqi

Fransada pensiya islahatı ilə bağlı yaranmış vəziyyət gərgin olaraq qal

arrow Ətraflı
Türkiyə 4 metr qərbə sürüşdü  Le Piçon like
  • 19 Fev 20:51  
Dünya Türkiyə 4 metr qərbə sürüşdü Le Piçon

Zəlzələ səbəbindən Türkiyə 4 metrə qərbə sürüşüb.

arrow Ətraflı
Yeniyetmə kiçik qardaşına like
  • 19 Fev 20:45  
Digərləri Yeniyetmə kiçik qardaşına

Qusar rayonunun Torpaqkörpü kəndində yeniyetmə kiçik qardaşının tüfən

arrow Ətraflı
Kirbi: ABŞın bu hadisə ilə əlaqəsi yoxdur! like
  • 19 Fev 20:34  
Dünya Kirbi: ABŞın bu hadisə ilə əlaqəsi yoxdur!

ABŞ "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlər

arrow Ətraflı
Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı like
  • 19 Fev 20:28  
Digərləri Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı

Türkiyə mediasında zəlzələdən əziyyət çəkənlərə yardım edən azə

arrow Ətraflı
Qətldən 3 gün əvvəl atalığını polisə şikayət edibmiş like
  • 19 Fev 20:22  
Kriminal Qətldən 3 gün əvvəl atalığını polisə şikayət edibmiş

Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəl

arrow Ətraflı
"Zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür" like
  • 19 Fev 20:12  
Dünya "Zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür"

Türkiyədəki zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür.

arrow Ətraflı
Müğənni və rəqqasənin ölümü ilə bağlı like
  • 19 Fev 20:07  
Digərləri Müğənni və rəqqasənin ölümü ilə bağlı

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci i

arrow Ətraflı
Bu bürcləri yazda sevgi və çoxlu pul gözləyir like
  • 19 Fev 20:01  
Digərləri Bu bürcləri yazda sevgi və çoxlu pul gözləyir

Rus astroloqu Tamara Qloba 2023-cü ilin yazında sevgi və böyük maliyyə şa

arrow Ətraflı
Çexiya bir ildə Ukraynaya 4,8 milyardlıq silah verdi like
  • 19 Fev 19:55  
Dünya Çexiya bir ildə Ukraynaya 4,8 milyardlıq silah verdi

Çexiya il ərzində milli ordunun ehtiyatlarından Ukraynaya 4,8 milyard kron (

arrow Ətraflı
ABŞ: Çin Rusiyaya öldürücü silahlar versə... like
  • 19 Fev 19:44  
Dünya ABŞ: Çin Rusiyaya öldürücü silahlar versə...

Əgər Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silahlar versə, c

arrow Ətraflı