Dodaq uçuğunda olan böyük təhlükə
Digərləri 18 Fev 2023 08:55:00 277 0
Dodağınıza çıxan uçuqlar fikirləşdiyiniz qədər yüngül bir şey deyil. O gələcəkdə sizin kar olmanıza səbəb ola bilər. Eşitmənin zəifləməsinə və karlığa səbəb ola biləcək bir çox amillər var: - təkrarlanan orta qulaq infeksiyaları - genetik səbəblər - qəfil yüksələn təzyiq - qanda şəkərin uzun müddət yüksək olması - fasiləsiz qulaqcıqlarla yüksək səsli musiqiyə qulaq asmaq. Qulaq uzmanı Doktor Özləm Atmış herpes virusunun da qulaqda eşitmə hüceyrələrinə təsir etdiyini və eşitməni zəiflətdiyini söyləyir. Biz herpes virusunun dodaqlarımızda ara-sıra baş verən uçuqlamalara səbəb olduğunu bilirik. Amma onun orta qulağın eşitmə sinirlərinə mənfi təsir etdiyi barədə heç bir məlumatımız yoxdur. Doktor Özləm Atmış karlığın diqanozunu dodaqlarda axtarmaq lazım olduğunu söyləyir. Onun sözlərinə görə dodaqlarda uçuqlama olduğu zaman herpes virusu orta qulaq toxumasına da yerləşir və orada aylarla və hətta illərlə aktivləşərək eşitmənin itirilməsinə səbəb ola bilir. Uzman həkim qrip virusları, qızılca, rubella və ya sifilis kimi mikrobların da karlığa səbəb ola biləcəyini qeyd edir. Həkim karlığın yavaş-yavaş əmələ gəlməsinin əlamətlərini belə sıralayır: 1. Yüksək səslə musiqiyə qulaq asmaq və ya televizora baxmaq. Həkim gün ərzində bir-neçə saat qulaqcıqla musiqi dinləməyin tədricən karlığa səbəb olacağını deyir. 2. Uşaq yaşlarından başlayan və vaxtaşırı kəskinləşən orta qulaq infeksiyaları. 3. Xroniki qulaq infeksiyaları. 4. Yaşlandıqca daxili qulaq və eşitmə sinirlərində baş verən dəyişikliklər. 5. Herpes virusu. 6. Müxtəlif travmalar.
Bu xəbəri də oxu: Bu şəxslərə şad xəbər : "Gələn ildən..."
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi
Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının
Almaniyanın "Rheinmetall" müdafiə konserni F-35 döyüş təyyarəl
Bəzi qurd növləri vardır ki, onlar insan orqanizmində bağırsaqdan kənard
Pakistanın Kəraçi şəhərində polis bölməsinə hücum nəticəsində 2 po
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 13 yaşlı yeniyetmə döyül�
* Kimyəvi qastrit ən çox rezeksiya olunmuş mədə güdülündə, vaqotomiyad
Avropa müdafiə olunmaq istəyirsə, özünü silahlandırmalı və burada iste
Bakının Səbail rayonunda 45 yaşlı piyadanın xəsarət alması ilə nətic�
Paris silah istehsalını sürətləndirdi, bununla əlaqədar Kiyev "Caesa
1. Xroniki kalkulyoz xolesistit. Xroniki kalkulyoz xolesistitin kliniki şəkli