Təranə Səmədova qızını


Şou-biznes 15 Fev 2023 19:20:23 256 0

Təranə Səmədova qızını

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. 

Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişində həmkarı haqqında sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirmək üçün Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadəni canlı yayıma qoşub. 

Tolik bildirib ki,  Təranə Səmədovanın iki qız övladı 13 yaşlı Suel və 7 aylıq Adel hazırda Azərbaycan uşaqlar birliyinin sığınacağına yerləşdirilib. 

Aparıcı həmçinin əlavə edib ki, müğənni Rəqsanə İsmayılova Təranənin qızlarını öz evində saxlayıb. 

Sözügedən faktı təqdiqləyən K. Ağazadə məsələ ilə bağlı bu açıqlamanı verib: 

"Bir neçə gün əvvəl qonşularımdan zəng gəldi. Onlar söylədilər ki, Təranə Səmədovanın uşaqları çox acınacaqlı vəziyyətdədir. Uşaqlar ananın şiddəti ilə qarşılaşıblar. Onlar küçədədirlər. Ilk olaraq qonşuların İcra Hakimiyyətinə müraciət etmələrinə istədim. Bu məsələ çox həssasdır. Burada mütləq həm hüquq mühafizə orqanları, həm İcra Hakimiyyəti, həmdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kompleks şəklində uşaqların müdafiəsini həyata keçirməlidir. Təranə barədə həbs qəti imkan tədbirləri seçildi. Rəqsanə isə uşaqları bir neçə günlük yanında saxladı". 

Tolikin "Təranə evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel ilə dilənçiliyə məcbur edib?" sualına isə sığınacağın təsisçisi "Hazırda Suelin sığınacağımızda adaptasiya dövrü başlayıb. Onlar birinci gecəni bizdə keçirdilər. Hər şey qaydasındadır.

Suel ailəsində o qədər xoşaqəlməz hadisələrlə qarşılaşıb ki, bu sığınacaq onun üçün sanki, rahat mühütə çevrilib. Diqqət, qayğı görüb. Bu məsələ ilə bağlı qonşular da məlumat verib, eyni zamanda Suelin bəzi danışdıqları var. Amma bunlara hüquqi qiymət verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərini  dəvət edəcəyəm. Bizim psixoloq da Suel ilə ilkin söhbətlər aparıb. Bir neçə gündən sonra artıq uşağın vəziyyəti ilə bağlı açıqlama verəcəyəm. Bu gün onlar tibbi müayinədən keçməyə göndərildi. Yeddi aylıq Adeldə sağlamlığı və inkişafı ilə bağlı geriləməyi var. Bu problemi aradan qaldırmalıyıq. Qaldı ki, uşaqların gecə saatlarında küçədə olma faktı məsələsini Rəqsanə də mənə deyib" deyə cavab verib. 

Aparıcının "Şayiələr gəzir ki, güya Suel anasından imtina etmək istəyir. Rəqsanə isə mənə söylədi ki, Təranə həbs olunmazdan əvvəl beş gün narkoloji reabilitasiya mərkəzində müayinələrdə olub" sözlərinə K. Ağazadə belə münasibət bildirib: 

"Bəli bir məlumat var. Bizdə bu məsələ ilə bağlı adiyyatı dövlət qurumlara müraciət edəcəyik". 

Verilişin gedişatında Tolik Suelin atası nağara ifaçısı Abbas Cəfərovun qızına aliment verilməsi ilə bağlı proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevaya müraciət edib. Vəkil isə bu məsələdə onlara yardımçı olacağını dilə gətirib. 

Sumqayıtda müəllim vəfat edib  FOTO like
  • 15 Fev 19:15  
Digərləri Sumqayıtda müəllim vəfat edib FOTO

Sumqayıtda müəllim vəfat edib.

arrow Ətraflı
Fövqəladə hal zamanı bu çanta köməyinizə çata bilər like
  • 15 Fev 19:12  
Digərləri Fövqəladə hal zamanı bu çanta köməyinizə çata bilər

Fövqəladə hal zamanı ilkin yardım üçün ehtiyat çantası çox vacibdir.

arrow Ətraflı
"Mənim üçün sevgi başlamaq deməkdir" like
  • 15 Fev 19:01  
Şou-biznes "Mənim üçün sevgi başlamaq deməkdir"

Əməkdar artist Xumar Qədimova ötən günkü Sevgililər günü münasibətil

arrow Ətraflı
Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır like
  • 15 Fev 18:50  
Digərləri Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır

Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımd

arrow Ətraflı
Bakıda 180dən çox avtobus tıxacda qalıb like
  • 15 Fev 18:46  
Digərləri Bakıda 180dən çox avtobus tıxacda qalıb

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına ə

arrow Ətraflı
Korotçenko: “Ermənistanı bütün öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir” like
  • 15 Fev 18:33  
Siyasət Korotçenko: “Ermənistanı bütün öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir”

"Xarici oyunçu olan Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qaf

arrow Ətraflı
Antakyada hər iki binadan biri dağılıb like
  • 15 Fev 18:28  
Digərləri Antakyada hər iki binadan biri dağılıb

Türkiyənin Antakya şəhərində zəlzələ nəticəsində binaların 40 faizi

arrow Ətraflı
Bu gün instaqramda onlar önə çıxdı  FOTO like
  • 15 Fev 18:22  
Şou-biznes Bu gün instaqramda onlar önə çıxdı FOTO

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi

arrow Ətraflı
Atambayev azadlığa çıxan kimi ölkədən getdi like
  • 15 Fev 18:17  
Dünya Atambayev azadlığa çıxan kimi ölkədən getdi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılan

arrow Ətraflı
Rusiya və ukraynalı futbolçular arasında əlbəyaxa dava like
  • 15 Fev 17:55  
Dünya Rusiya və ukraynalı futbolçular arasında əlbəyaxa dava

Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan rusiyalı və ukra

arrow Ətraflı
Dünən yol qəzalarında 4 nəfər ölüb like
  • 15 Fev 17:44  
Digərləri Dünən yol qəzalarında 4 nəfər ölüb

Fevralın 14-də ölkə respublikanın avtomobil yollarında ölümlə nəticəl

arrow Ətraflı
Türkiyədə dağıntılar altından like
  • 15 Fev 17:38  
Digərləri Türkiyədə dağıntılar altından

Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə dağıntılar

arrow Ətraflı
Dağıntılar altından ağzında siqaretlə çıxan pensiyaçı danışdı like
  • 15 Fev 17:22  
Digərləri Dağıntılar altından ağzında siqaretlə çıxan pensiyaçı danışdı

Zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağınt

arrow Ətraflı