Günün qoroskopu: Bütün işlər planlaşdırdığınız kimi alınmır


Digərləri 13 Fev 2023 00:01:00 325 0

Günün qoroskopu: Bütün işlər planlaşdırdığınız kimi alınmır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq.

Yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı anlamırlar. Siz isə izahatlara simiclik edirsiniz. Alış-veriş üçün əlverişli gün deyil. Nəzərdə tutmadığınız əşyaları almayın. Belədə pullar boşuna xərclənəcək.

Buğa - hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz məqamda və məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə itkiləri ola bilər. İtirilən pulların bir qismini sonradan geri qaytarmaq mümkün olsa da, proses böyük səy tələb edir. İşdə rəhbərliklə fikir ayrılıqlları istisna deyil. İş yerini dəyişməyə zərurətin yaranması istisna deyil.

Günün ikinci yarısının emosional fonu yaxşı deyil. Sinirli və qıcıqlı olmayın. Ətrafınızdakı insanlar sizdən uzaqlaşmağa çalışa bilərlər. Amma sizi sevən insan çox səbrli olacaq və sonucda əhvalınızı yaxşılaşdıracaq.

Əkizlər - eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı vasitələrdən yararlanın. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni işlərə başlamağa tələsməyin, əks təqdirdə qarışıqlıq və geriləmə ola bilər. Dostlarla münasibətilərdə fikir ayrılığı yaranacaq. Mübahisəni ciddi münaqişəyə çatdırmayın.

Şəxsi münasibətlərdə pərişan ola bilərsiniz. Romantik təmaslar istədiyiniz kimi alınmır. Sevdiyiniz insanla təmaslardakı ciddi problemi duyandan sonra məruz qaldığınız hisslərin məzmununu anlayacaqsınız.  

Xərçəng - iş nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata keçirmək üçün əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz. Bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Aldığınız informasiyaların dərhal karınıza gələcəyini xəyal etməyin.

Günün ikinci yarısında planlaşdırılmamış vizit ola bilər. Qonaqların gəlişinə sevinsəniz də, onlarla ünsiyyət sizi tez yoracaq. Axşam saatları gəzinti və kiçik səfərlər, habelə romantik ünsiyyət üçün sərfəlidir.

Şir - çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik yaratmayın. Bəzi qərar, söz və addımlarınız aqressiv təsir bağışlaya bilər.

Yaranan ideyalara ciddi yanaşın. Bir qədər sonra onların bəzilərini reallaşdıra biləcəksiniz. Qarşınızda yeni imkanlar yaranır.

Bacarıq və potensialınıza inanın. Belə olarsa, ətrafınızdakı insanlar da sizə inanacaqlar.

Qız - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən əla gəlməyə çalışın. Qərarlarınız müdrik olsun. Tələskənliyə yol verməyin, amma geridə də qalmayın, ətalətli və süst olmayın. Məntiqlə davranın, yolunuzdan sapmayın.

Öz işlərinizi həll etmək əvəzinə bütün vaxtınızı başqalarının problemlərinin çözülməsinə həsr etməyin. Yeni sahədə, işdə fəaliyyətə başlamaq üçün əlverişli gündür. Yeni müttəfiqlər və tərəfdaşlar qazanacaqsınız.

Yaxınlarla ünsiyyət, birgə istirahət, səfər və ya gəzinti üçün əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız.

Alış-veriş edə bilərsiniz.

Tərəzi - çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər planlaşdırdığınız kimi alınmır. Özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının münaqişələrinə qatılmayın. Sülhməramlı cəhdləriniz uğursuzluğa düçar olacaq. Bir zamanlar sizə yardım edən, dəstək verən insanlar indi sizi manipulyasiya qurbanı etməyə can atırlar. Onlar böyük qurbanlar tələb edirlər.

Sərt, dönməz olun. Yalnız belə olan təqdirdə maraqlarınızı qoruyaraq hifz edə bilərsiniz.

Mənfi təmayüllərin təsirlərinə rəğmən özünüz və yaxınlarınız üçün xeyli iş görə bilərsiniz. Əsas məsələ sürətlə dəyişən situasiyaya tez uyğunlaşmaq, ətrafınızdakı insanlar qarşısında ağır şərtlər qoymamaqdır.

Başqalarının nöqsanlarına və zəifliklərinə dözümlü olun.  

Əqrəb - gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana bilərsiniz. Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə salmaq və ya başqasına tapşırılması gərəkən işi müyyənləşdirin, vaxt və imkanlarınıza qənaət edin. Nikbin olun. İndiyədək sizdən uzaq durmağa çalışan insanlar sizə can atırlar. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişli gündür.

Günün ikinci yarısı o qədər də uğurlu deyil. Mənfi təmayüllərin təsiri güclənir, işdə fasilələr və gecikmələr yaranır. Kiçik anlaşılmazlıqların ciddi problemlərə çevrilərək münaqişə ərəfəsi olmasına imkan verməyin.

Artıq heç nə deməyin.

Oxatan - ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard davranmaqla ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.

Lider məziyyətlərinizi nümayiş etdirsəniz, yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz.

Bilik və bacarıqlarınızı, qabiliyyətinizi göstərmək üçün əlverişli zamandır. İdeyalarınızı bölüşəndə onları dəstəkləyən olacaq. Romantik təmaslar ola bilər.

Dostların yardım və dəstəyinə bel bağlamaq olar.

Oğlaq - rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə birləşən kimi irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün bundan yaxşı gün çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola bilər. Qonaqlara sevinəcəksiniz.

Dəvət aldığınız toplantıya, çağırıldığınız məclisə gedin. Yanınızdakı şəxslərin sizə rəğbəti var.

Yeni tanışlıqlar olacaq. Lakin belə tanışlıqların sizdə ciddi maraq yaratması çətin məsələdir.

Dolça - rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları heyrətləndirə bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart davranmaq olar.

Qonaq qəbul etmək və ya qonaq getmək üçün yaxşı gündür. Peşəkar fəaliyyətinizdə sizə yardım edə biləcək insanlarla ünsiyyətdə aktiv olun.

Axşam saatlarında aktiv istirahəti seçin.

Balıqlar - sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və maneələr yaranır. Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Çətinliklər az deyil, amma nikbin olun. Ən mürəkkəb anda yanınızda sizə mənəvi dəstək verməklə yanaşı, real kömək edəcək insanı görəcəksiniz. Köhnə dostlar və sadiq işgüzar tərəfdaşlarla görüş üçün münasib gündür.

Ailə üzvləri ilə münasibətlərdə gərginlik yaratmayın. Sevdiyiniz insanla təmaslarda diqqətli və həssas olun. İstək və arzularınızın köləsinə çevrilməyin. Ani həzz hissi verəcək əyləncəyə pul xərcləməyin.  

Son.az

İslamda Vətən sevgisi like
  • 12 Fev 23:55  
Digərləri İslamda Vətən sevgisi

Aləmlərin Rəbbinə olan sevgi, bütün varlıqların fitrətində yer almış

arrow Ətraflı
Türkiyədə zəlzələdən sağ çıxan 503 uşağın şəxsiyyəti like
  • 12 Fev 23:53  
Dünya Türkiyədə zəlzələdən sağ çıxan 503 uşağın şəxsiyyəti

Dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 503-nün şəxsiyyəti m�

arrow Ətraflı
Şarl Mişel Ərdoğana like
  • 12 Fev 23:51  
Dünya Şarl Mişel Ərdoğana

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəc

arrow Ətraflı
Quran həm dirilər, həm də ölülər üçündür like
  • 12 Fev 23:50  
Digərləri Quran həm dirilər, həm də ölülər üçündür

Bütün müsəlmanlar bu məsələdə fikir birliyinə sahibdirlər ki, insan d�

arrow Ətraflı
Polis Oğuzhan Uğurla bağlı araşdırma like
  • 12 Fev 23:48  
Dünya Polis Oğuzhan Uğurla bağlı araşdırma

Sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırmaya başlanılıb.

arrow Ətraflı
Gəncədə 83 yaşlı piyadanı maşın like
  • 12 Fev 23:47  
Digərləri Gəncədə 83 yaşlı piyadanı maşın

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Dünyada sabitliyi bərpa etmək üçün 3 yol var like
  • 12 Fev 23:46  
Siyasət Dünyada sabitliyi bərpa etmək üçün 3 yol var

"Ukrayna prezidenti Volodimir Zelenski dünyada sabitliyi bərpa etmək ü�

arrow Ətraflı
İnsanların yarıdan çoxu depressiyadadır like
  • 12 Fev 23:45  
Digərləri İnsanların yarıdan çoxu depressiyadadır

Pandemiyada depressiyaya düşməyən insan demək olar olmadı.

arrow Ətraflı
Bakıda yanan mikravtobusu söndürmək istəyən like
  • 12 Fev 23:42  
Digərləri Bakıda yanan mikravtobusu söndürmək istəyən

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Hidayət də, zəlalət də Allahdandır? like
  • 12 Fev 23:40  
Digərləri Hidayət də, zəlalət də Allahdandır?

Qurani-Kərimdə ən çox rast gəlinən kəlmələrdən ikisi "hidayət&qu

arrow Ətraflı
Qulunc ağrısının çarəsi nədir?  Məşhur həkimdən resept like
  • 12 Fev 23:30  
Digərləri Qulunc ağrısının çarəsi nədir? Məşhur həkimdən resept

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanın düzləşdiri

arrow Ətraflı
Dünya da dağılsa, onlar öz keflərindədir –  Ən vecsiz like
  • 12 Fev 23:27  
Digərləri Dünya da dağılsa, onlar öz keflərindədir – Ən vecsiz

Bəzi insanlar heç nəyi veclərinə almırlar. Onlar üçün ətrafdakı hadis

arrow Ətraflı
Zühurdan sonra dünya like
  • 12 Fev 23:20  
Digərləri Zühurdan sonra dünya

Bəzən bizi belə bir sual düşündürür: Görəsən, İmam Mehdi (ə.f) züh

arrow Ətraflı
Bu qidalar tromb əmələ gətirir  Hər gün yeyirsiz like
  • 12 Fev 23:15  
Digərləri Bu qidalar tromb əmələ gətirir Hər gün yeyirsiz

50 yaşdan sonra ürək-damar və qan dövranı problemləri, eləcə də variko

arrow Ətraflı
Süfyaninin qiyamından öncəki əlamətlər like
  • 12 Fev 23:10  
Digərləri Süfyaninin qiyamından öncəki əlamətlər

Süfyaninin qiyamından öncə baş verəcək hadisələri özündə ehtiva edə

arrow Ətraflı