Quran həm dirilər, həm də ölülər üçündür


Digərləri 12 Fev 2023 23:50:00 337 0

Quran həm dirilər, həm də ölülər üçündür

Bütün müsəlmanlar bu məsələdə fikir birliyinə sahibdirlər ki, insan dünyasını dəyişdikdən sonra əməl dəftəri bağlansa da, bəzi məsələlər onun bərzəx həyatındakı vəziyyətinə təsir edir. Bir şəxsin sağlığında gördüyü xeyir əməlin nəticəsi ölümündən sonra da davam etdiyi təqdirdə savabı ona yazılır. Belə ki, məsələn, quyu qazmış, ağac əkmiş, dəyərli kitab yazmış, gözəl övlad böyütmüş şəxs bunlardan gələn savaba şərik olur. İnsanlar onun əkdiyi ağacdan, qazdığı quyudan, yazdığı kitabdan, böyütdüyü övladdan faydalandıqca mərhumun özü də savab yiyəsi olur. Buna dini mənbələrdə "sədəqət əl-cariyə" (davamlı sədəqə) deyilir

İslam alimləri demək olar ki, bütünlüklə bu fikirdə yekdildirlər ki, bir şəxs öləndən sonra onun əvəzinə oruc tutmaq, həccə getmək, ehsan vermək, qul azad etmək və bütün bunların savabını onun ruhuna bağışlamaq qəbul olunmuş bir məsələdir. Bunların faydası ölüyə yetişir.

Ölən şəxsə dirilərin bəzi əməlləri mənfi təsir edə də bilər. Məsələn, ölünün dalınca şivən salıb ağlamaq, üz və yaxa cırmaq və s. hərəkətlər onun ruhunun qəbirdə əzab çəkməsinə səbəb olur.

Deyilənlərdən bu məntiqi nəticə çıxır ki, Quran oxuyub savabını ölünün ruhuna hədiyyə etmək də ona faydalı ola bilər.

Həzrət Mühəmməd Peyğəmbərin (s) sünnəsində və məsum imamların hədislərində ölünün ruhuna Quran oxumaq barədə xeyli sübutlar mövcuddur. Məsələn:

1. İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s) cənazəyə Fatihə surəsini oxudu (Sünən İbn Macə, əl-Cənaiz, hədis 1495). Ümmi-Şərik Ənsariyyə rəvayət edir ki, Peyğəmbər bizə cənazə üçün Fatihə surəsini oxumağı əmr etdi (yux. mənbə, hədis 1496).

2. Ləclac adlı səhabə oğlu Əlaya vəsiyyət etmişdi ki, onu məzara qoyandan sonra başının üstündə Fatihə və Bəqərə surələrini oxuyub bitirsin. "Mən Allahın Rəsulundan bunu eşitmişəm" (Təbərani. Əl-Möcəm əl-kəbir, 19-cu cild, səh. 221; Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 3-cü cild, səh. 44). Bu kitablarda eyni məzmunlu hədis Abdullah ibn Ömərdən də rəvayət olunub və Heysəmi qeyd edib ki, hədisin rəvayətçiləri mötəbərdir.

3. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: "Hər kim qəbristanlığa daxil olub, Fatihə, Qul huvəllah və Təkasür surələrini oxusa, sonra "İlahi, Sənin kəlamından oxduqlarımın savabını qəbirlərdə yatan mömin kişi və qadınlara hədiyyə etdim" söyləsə, onlar (ölülər) həmin adam üçün Allahın hüzurunda şəfaət edərlər" (Şeyx Əli Qari. Mirqat əl-məfatih şərh Mişkat əl-məsabih, 4-cü cild, səh. 173).

4. Ənəs Peyğəmbərdən (s) rəvayət edir: "Kim qəbristanlığa daxil olub Yasin surəsini oxusa, ölülərin əzabı yüngülləşər və həmin şəxsə onların sayı qədər savab verilər" (yux. mənbə, 4-cü cild, səh. 174).

5. Məqil ibn Yəsar rəvayət edir ki, Peyğəmbər buyurub: "Ölənlərinizə Yasin oxuyun". (Sünən Əbu Davud, əl-Cənaiz, hədis 3121; Sünən İbn Macə, əl-Cənaiz, hədis 1448; Nəsai. Əməl əl-yovm və-l-leylə, hədis 1074-1075; Nəsai. Əl-Sünən əl-kübra, 9-cu cild, səh. 394, hədis 10.846; Əhməd ibn Hənbəl. Müsnəd, 8-ci cild, səh. 236, hədis 20.837 və 8-ci cild, səh. 239, 20.850; Təbərani. Əl-Möcəm əl-kəbir, 20-ci cild, səh. 219, hədis 510; Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 565; Səhih İbn Həbban, 7-ci cild, səh. 269; Beyhəqi. Sünən əl-kübra, 3-cü cild, səh. 383).

6. İmam Əli (ə) Peyğəmbərdən (s) rəvayət edir: "Hər kim qəbristanlıqdan keçəndə on bir dəfə "Qul huvəllahu əhəd" surəsini oxusa, sonra savabını ölülərə hədiyyə etsə, ona (həmin qəbristanlıqda basdırılmış) ölülərin sayı qədər savab verilər" (Əcluni Cərrahi. Kəşf əl-xəfa və müziyl əl-ilbas, 2-ci cild, səh. 334).

Qeyd edək ki, Əllamə Süyuti bu hədislərin hamısını "Şərh əl-südur bi-şərh hal əl-movta və-l-qübur" kitabında təqdim etmiş və onlara şərh vermişdir.

İslam tarixinin ilk dövrlərindən etibarən qəbir üstündə Quran oxumaq ənənəsi geniş yayılmışdı. Mötəbər hədis alimlərindən olan İbn Əbi Şeybə "əl-Müsənnəf" kitabında (7-ci cild, səh. 113, hədis 10.953) yazır: "Ənsar (yəni Mədinənin yerli sakinləri olan səhabələr) ölünün yanında Fatihə surəsini oxuyurdular".

Yenə bəzi kitablarda qeyd edilir ki, ənsarın ölüsü düşəndə onun qəbrinin yanına axışır və orada Quran oxuyurdular.

İkinci hissə

Polis Oğuzhan Uğurla bağlı araşdırma like
  • 12 Fev 23:48  
Dünya Polis Oğuzhan Uğurla bağlı araşdırma

Sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırmaya başlanılıb.

arrow Ətraflı
Gəncədə 83 yaşlı piyadanı maşın like
  • 12 Fev 23:47  
Digərləri Gəncədə 83 yaşlı piyadanı maşın

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Dünyada sabitliyi bərpa etmək üçün 3 yol var like
  • 12 Fev 23:46  
Siyasət Dünyada sabitliyi bərpa etmək üçün 3 yol var

"Ukrayna prezidenti Volodimir Zelenski dünyada sabitliyi bərpa etmək ü�

arrow Ətraflı
İnsanların yarıdan çoxu depressiyadadır like
  • 12 Fev 23:45  
Digərləri İnsanların yarıdan çoxu depressiyadadır

Pandemiyada depressiyaya düşməyən insan demək olar olmadı.

arrow Ətraflı
Bakıda yanan mikravtobusu söndürmək istəyən like
  • 12 Fev 23:42  
Digərləri Bakıda yanan mikravtobusu söndürmək istəyən

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Hidayət də, zəlalət də Allahdandır? like
  • 12 Fev 23:40  
Digərləri Hidayət də, zəlalət də Allahdandır?

Qurani-Kərimdə ən çox rast gəlinən kəlmələrdən ikisi "hidayət&qu

arrow Ətraflı
Qulunc ağrısının çarəsi nədir?  Məşhur həkimdən resept like
  • 12 Fev 23:30  
Digərləri Qulunc ağrısının çarəsi nədir? Məşhur həkimdən resept

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanın düzləşdiri

arrow Ətraflı
Dünya da dağılsa, onlar öz keflərindədir –  Ən vecsiz like
  • 12 Fev 23:27  
Digərləri Dünya da dağılsa, onlar öz keflərindədir – Ən vecsiz

Bəzi insanlar heç nəyi veclərinə almırlar. Onlar üçün ətrafdakı hadis

arrow Ətraflı
Zühurdan sonra dünya like
  • 12 Fev 23:20  
Digərləri Zühurdan sonra dünya

Bəzən bizi belə bir sual düşündürür: Görəsən, İmam Mehdi (ə.f) züh

arrow Ətraflı
Bu qidalar tromb əmələ gətirir  Hər gün yeyirsiz like
  • 12 Fev 23:15  
Digərləri Bu qidalar tromb əmələ gətirir Hər gün yeyirsiz

50 yaşdan sonra ürək-damar və qan dövranı problemləri, eləcə də variko

arrow Ətraflı
Süfyaninin qiyamından öncəki əlamətlər like
  • 12 Fev 23:10  
Digərləri Süfyaninin qiyamından öncəki əlamətlər

Süfyaninin qiyamından öncə baş verəcək hadisələri özündə ehtiva edə

arrow Ətraflı
Zəlzələdən sağ çıxan 76 uşaq like
  • 12 Fev 23:06  
Dünya Zəlzələdən sağ çıxan 76 uşaq

Türkiyədə dağıntılar altından sağ çıxarılan 76 uşaq artıq ailələr

arrow Ətraflı
Gənc ailəni xilas etmək mümkün like
  • 12 Fev 23:04  
Dünya Gənc ailəni xilas etmək mümkün

Türkiyədə baş verən zəlzələlər nəticəsində Hatayda gənc ailəni da�

arrow Ətraflı
Selçuk Bayraktar zərərçəkənlərə like
  • 12 Fev 23:03  
Dünya Selçuk Bayraktar zərərçəkənlərə

"Millətimiz üçün #Mənzil səfərbərliyinə başlayırıq. Zərərçə

arrow Ətraflı
Kartof şirəsi ilə müalicə necə aparılır? like
  • 12 Fev 23:01  
Digərləri Kartof şirəsi ilə müalicə necə aparılır?

Hələ qədim Sibir loğmanları kartof şirəsinin faydalarını bilirdilər. E

arrow Ətraflı