Süfyaninin qiyamından öncəki əlamətlər
Digərləri 12 Fev 2023 23:10:00 271 0
Süfyaninin qiyamından öncə baş verəcək hadisələri özündə ehtiva edən kifayət qədər hədislər mövcuddur. Bu hadisələr barədə hədislərin bəzisində icmali, bəzilərində isə təfsialtı ilə söhbət açılmışdır. O, qiyam etməzdən öncə köhnə və nimdaş paltarlar geyinən , öz mal və mülkünü ehsan edən, özünü dünya malına həris olmayan bir zahid kimi qələmə verəcək. Bu vastə ilə bir çox cahil insanları, hətta bəzi sadəlövh alimləri belə çaşdırıb öz tərəfinə cəlb edərək özünüə çoxlu trəfdar toplayacaq. Həmin vaxt Şam döyüş meydanına çevriləcəkdir. Orada döyüşənlər içərisində ən tanınmışı Əshəb və Əbqə ordusu olacaq. Digər döyüşçülərin isə məntəqə camaatının və Şamın müxtəlif məntəqə hakimlərinin qoşunları olacağı ehtimal edilir. Süfyani bu hərc-mərcliyin çoxaldığı an "Rəcəb" ayında Yabis vadisindən qiyam edəcək. (1) Yabis quraqlıq bir məntəqədir. Suriya və İordaniya sərhədi ətrafında yerləşir. Onun şüarı "Ya rəbb, ya rəbb, ya rəbb, sümmə nar!" (Ey rəbb, ey rəbb, ey rəbb, sonra od) olacaq. (2) Dəməşq Məscidinin qərb hissəsində baş verəcək yer yarılması və zəlzələ, Dəməşqin cənubunda yerləşən Cabiyə kəndindəki yer yarılması onun qiyamının əlamələrindəndir. (3) Qiyam etdikdən bir neçə ay sonraya qədər Şamdakı müxtəlif küfr olrduları ilə mübarizə aparıb onları məhv edəcək. Bu vaxt ərzində şiələrlə işi olmayacaq. Süfyanının qiyamından öncə baş verəcək hadisələr barədə nəql olunan hədisləri araşdırdıqda onun qiyamından öncəki əlamətlər kimi aşağıdakıları qeyd etmək olar: 1. Müsəlmanları bürüyəcək fitnənin yaranması, qərblilərin və rusların onlara hakim kəsilməsi; 2. Şam diyarına məxsus fitnənin yaranması. Bu fitnədə onlar arasında zəifləmələri ilə nəticələnəcək dərin ixtilaf və çəkişmələr meydana gələcək; 3. Şamda iki hegemon ölkə qüvvələri arasında çəkişmə; 4. Dəmşqdə zəlzələnin baş verməsi. Bu zəlzələ nəticəsində Şəhər məscidinin qərb tərəfi və onun bəzi nahiyələri dağılıb aradan gedəcək; 5. İran və ərəb qüvvələrinin şama daxil olması; 6. Şam ölkəsinə hakim kəsilmək üçün 3 başçının - Əbqə, Əshəb və Süfyaninin bir-biri ilə çəkişməsi. Süfyaninin onları məğlub edib Suriya və İordaniyanı istila edərək məntəqə hakimiyyətini bütünlüklə ələ alması; Mənbə: Biharul-Ənvar, c.52, səh.186 (2) Möcəmül-Əhadis əl-İmam əl-Məhdi, c.3, səh.470 (3) Nomani, əl-Ğeybə, Həsun Kərimin təhqiqi, səh.149 (4) Əli Kurani, Zühur əsri, səh. 70
Bu xəbəri də oxu: Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar?
Türkiyədə dağıntılar altından sağ çıxarılan 76 uşaq artıq ailələr
Türkiyədə baş verən zəlzələlər nəticəsində Hatayda gənc ailəni da�
Hələ qədim Sibir loğmanları kartof şirəsinin faydalarını bilirdilər. E
Türkiyədə baş vermiş zəlzələ nəticəsində Hatayda böyük dağıntıla
Allah-Taalanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünm
Türkiyənin Hatay bölgəsində dağıntılar altında qalan gənc qız xilas e
Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dol
"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində 134 şübhəli şəx
Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Pu
Kahramanmaraşdakı zəlzələdə dağıntılar altında qalaraq ölən qızın�
Hakimiyyətdə olduğu bütün bu illər ərzində Putin yalnız Rusiya təyyar�
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan 2