“Əvəzedilməz” erməni hüquqşünasın acı sonluğu Katanyanı həbsdən Mikoyan da xilas edə bilməyib


Digərləri 12 Fev 2023 17:51:00 436 0

“Əvəzedilməz” erməni hüquqşünasın acı sonluğu  Katanyanı həbsdən Mikoyan da xilas edə bilməyib

1920-ci ilin yanvar ayında Ümumrusiya Fövqəladə Komissiyasının ("ÇK") iclasında xarici kəşfiyyat şöbəsinə kimin rəhbərlik edəcəyi müzakirə ediləndə əsas namizədlər arasında milliyyətcə erməni olan Ruben Katanyanın da adı hallanıb. Katanyan həmin ərəfədə Qırmızı orduda siyasi işlər idarəsinə rəhbərlik edib. "ÇK"-nın sədri Feliks Dzerjinski Katanyanı hələ oktyabr inqilabı dövründən, 1917-ci ildən yaxından tanıyıb və onun iş məhsuldarlığının bir o qədər də yüksək olmadığına yaxşı bələd olub. Məhz elə bu səbəbdən də Dzerjinski Ruben Katanyanın "ÇK"-nın xarici kəşfiyyat şöbəsinə rəhbərlik etməsinin tərəfdarı olmayıb. Amma buna baxmayaraq o, ümumi yığıncağın yekdil qərarının əksinə də gedə bilməyib.

Son.az musavat.com-a istinadən bildirir ki, beləliklə, Ruben Katanyan 1920-ci ilin yanvar ayından "ÇK"-nın xarici kəşfiyyat şöbəsinə rəhbərlik edib. Sonralar məlum olub ki, Dzerjinski Katanyan haqqında fikirlərində haqlı olub. Katanyan təkcə iş bacarığının aşağı olması, yarıtmazlı ilə deyil, həm də dövlətə xəyanəti ilə Dzerjinskinin fikirlərinə elə özü haqq qazandırıb...

Ruben Katanyan 1880-cı ildə Tiflisdə erməni ailəsində anadan olub. Anası evdar qadın, atası Tiflis gimnaziyasında işləyib. Katanyan atasının işlədiyi gimnaziyanı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Tələbəlik illərində bolşeviklər partiyasının gənclər hərəkatına qoşulub, inqilabi proseslərdə iştirak edib.

Universiteti bitirdikdən sonra Katanyan bir müddət vəkillik fəaliyyəti ilə məşğul olub. Daha sonra Qırmızı orduda siyasi işlər idarəsində və Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsində fəaliyyət göstərib.

Fəallığı, yersiz canfəşanlığı ilə fərqlənən Katanyan 1919-cu ildə Polşa kəşfiyyat orqanlarına işləməkdə şübhəli bilinib. Amma bu fakt sübuta yetirilmədiyindən onu rəsmi ittiham edə bilməyiblər. "ÇK"-nın strukturu formalaşanda və təkmilləşdiriləndə Katanyan özünü bu quruma salmaq üçün bütün mümkün variantlardan istifadə edib və istədiyinə nail olub. Yuxarıda qeyd etdiyimiz kimi o, 1920-ci ildə "ÇK"-nın xarici kəşfiyyat şöbəsinə rəis təyin olunub.

Katanyan bu vəzifədə uzun müddət xidmət edə bilməyib. Bir tərəfdən işinin öhdəsindən gələ bilməməsi, digər tərəfdən isə nə vaxtsa xarici kəşfiyyata işləməsi şübhəsi onu bu vəzifədən ayırmağa məcbur edib. Dzerjinskinin sərt xəbərdarlığından sonra Ruben Katanyan şübhələrin daha da dərinləşməməsi üçün öz ərizəsi ilə "ÇK"-nın xarici kəşfiyyat şöbəsi rəisi vəzifəsindən "könüllü" olaraq uzaqlaşıb.

1922-ci ildə fəaliyyətini SSRİ-nin Berlindəki baş konsulu kimi davam etdirən Katanyan bu vəzifədə də uzun müddət tab gətirə bilməyib. Bu vəzifədə işləməsinin bir ili tamam olmamış onu Moskvaya geri çağırıblar. Katanyanın konsul vəzifəsindən geri çağrılmasının səbəbi məxfi saxlanılıb.

Katanyan sonrakı fəaliyyətini prokurorluq və ədliyyə orqanlarında davam etdirib. O, bir müddət Rusiya prokurorunun köməkçisi işlədikdən sonra SSRİ Ali Məhkəməsi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub və məhkəmə proseslərində dövlət ittihamçısı qismində iştirak edib. Katanyan bu vəzifədə bütün "bacarığını" göstərməyə imkan tapıb. O, bütün proseslərdə dövlət ittihamçısı kimi məhkəmədən ittiham olunanlara ən ağır cəzaların verilməsini tələb edib.

Müasirlərinin yazdıqlarına görə Katanyan SSRİ Ali Məhkəməsində işləyərkən özünü bu qurumun ən vacib fiqurlarından biri sayıb. Özünü əvəzedilməz hüquqşünas sayan "köməkçi" məhkəmə rəhbərliyi ilə hesablaşmağı da özünə  rəva bilməyib. Məhz həmin ərəfələrdə Ruben Katanyanla SSRİ Ali Məhkəməsinin sədri Aleksandr Vinokurov arasında dəfələrlə konfliktlər yaranıb. Vinokurov Katanyanın özbaşınalığı ilə bağlı bir neçə dəfə Kremldə məsələ qaldırıb. Amma bu məsələnin rəsmi müstəviyə çıxarılmasına Anastas Mikoyan imkan verməyib. Belə ki, Katanyanla Mikoyanın arasında xoş münasibətlər hökm sürüb və Mikoyan həmişə onu müdafiə edib.

Katanyan haqqında Mərkəzi Komitəyə rəsmi və qeyri-rəsmi şikayətlər təkcə işlədiyi Ali Məhkəmədən deyil, eyni zamanda "NKVD" tərəfindən də daxil olub. Artıq bu çoxsaylı şikayətləri Mikoyan da ört-basdır edə bilməyib. Nəhayət, məsələ o həddə çatıb ki, Katanyanın fəaliyyətini  "NKVD" rəhbəri Nikolay Yejov şəxsən özü nəzarətə götürüb. Onun göstərişi ilə Katanyanın fəaliyyəti bir neçə ay ərzində ciddi şəkildə araşdırılıb. Araşdırmalar zamanı Katanyanın bütün açıq və gizli fəaliyyəti aşkar edilib. O da məlum  olub ki, erməni hüquqşünas 1920-ci illərdən başladığı casusluq fəaliyyətini hələ də davam etdirməkdədir.

Bütün araşdırmalar, dəlil və sübutlar "məxfi" qrifli arayışla İosif Stalinə təqdim edilib. Stalin arayışla tanış olduqdan sonra onun üzərinə dərkənar qoyub: "Həbs edilsin".

Beləliklə, 1938-ci ildə Ruben Katanyan prokurorluq və ədliyyə orqanlarında terrorçu qrupların yaradılmasında və antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. Onun məhkəmə prosesi vaxtilə özünün işlədiyi SSRİ Ali Məhməkəməsində keçirilib. Bu dəfə o, məhkəmə zalında dövlət ittihamçısı kimi deyil, dövlətə xəyanət edən, bir çox ağır cinayətlərə imza atan müttəhim kimi əyləşib.

Məhkəmə prosesində Katanyan özünə bəraət qazandırmaq istəsə də, hüquqi bilgilərindən istifadə edib özünü xilas etməyə çalışsa da, törətdiyi cinayət əməllərinin konkret sübut və dəlilləri sonda onu susmağa məcbur edib.

Məhkəmənin hökmü ilə Ruben Katanyan 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəza üçün 17 il kiçik bir müddət deyil. Amma bu böyük rəqəmə baxmayaraq Katanyanın bəxti bu dəfə də "gətirib". Yuxarılardan kiminsə köməyi sayəsində Katanyan layiq olduğu güllələnmə cəzasından canını qurtara bilib.

Ukraynada da güclü zəlzələ baş verəcək  Kendzer like
  • 12 Fev 17:20  
Dünya Ukraynada da güclü zəlzələ baş verəcək Kendzer

Gec-tez Ukraynada da güclü zəlzələ baş verəcək. Krım da risk altındad�

arrow Ətraflı
Ceyhun Bayramov Soltan bin Saad AlMurayxi ilə görüşdü  FOTO like
  • 12 Fev 17:17  
Siyasət Ceyhun Bayramov Soltan bin Saad AlMurayxi ilə görüşdü FOTO

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüza

arrow Ətraflı
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçdi like
  • 12 Fev 16:58  
Dünya Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçdi

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkə

arrow Ətraflı
Hatayda bir azərbaycanlı ailənin cansız bədəni dağıntılar altından çıxarıldı like
  • 12 Fev 16:54  
Digərləri Hatayda bir azərbaycanlı ailənin cansız bədəni dağıntılar altından çıxarıldı

Son.az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, adları hələ

arrow Ətraflı
Zəlzələ dağıntıları altında neçə nəfər var?  Dəhşətli təxmin like
  • 12 Fev 16:25  
Digərləri Zəlzələ dağıntıları altında neçə nəfər var? Dəhşətli təxmin

Məlum olduğu kimi, fevralın 6-da Kahramanmaraşda 9 saat fasilə ilə baş ve

arrow Ətraflı
Laçın yolundakı aksiyada canlanma müşahidə olunur  FOTO like
  • 12 Fev 16:18  
Digərləri Laçın yolundakı aksiyada canlanma müşahidə olunur FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Gürcüstanda zəlzələlər olub like
  • 12 Fev 15:11  
Digərləri Gürcüstanda zəlzələlər olub

Gürcüstanda yeni zəlzələlər olub.

arrow Ətraflı
Dağıntılar altında 12 zeytunla 32 saatlıq həyat mübarizəsi...  FOTO like
  • 12 Fev 15:00  
Digərləri Dağıntılar altında 12 zeytunla 32 saatlıq həyat mübarizəsi... FOTO

Hatayda dağıntılar altından çıxarılaraq müalicə olunduqdan sonra Ankara

arrow Ətraflı
Erməni mina terrorunun faciəvi nəticələrindən bəhs edən yeni nəşr  “Gizli ölüm toxumları” like
  • 12 Fev 14:57  
Digərləri Erməni mina terrorunun faciəvi nəticələrindən bəhs edən yeni nəşr “Gizli ölüm toxumları”

Erməni işğalçıları qədim Qarabağ torpağı talan edilməklə yanaşı, b

arrow Ətraflı
Serialdakı üzüyünü zərərçəkənlər üçün satdı like
  • 12 Fev 14:35  
Şou-biznes Serialdakı üzüyünü zərərçəkənlər üçün satdı

Türkiyəli aktyor Saruhan Hünel "Kaybolan Yıllar" serialında istif

arrow Ətraflı
Qərb dünyanı ölümcül təhlükəyə sürükləyir  Şeremet like
  • 12 Fev 14:23  
Dünya Qərb dünyanı ölümcül təhlükəyə sürükləyir Şeremet

Ukraynaya silah tədarükü ilə Qərb ölkələri dünyanı ölümcül təhlük

arrow Ətraflı
Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salınıb  FOTO like
  • 12 Fev 14:18  
Siyasət Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salınıb FOTO

Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun &qu

arrow Ətraflı
Kiyevə silah verməsək, Putin qalib gələcək  Duda like
  • 12 Fev 14:11  
Dünya Kiyevə silah verməsək, Putin qalib gələcək Duda

Qərb dövlətləri Kiyevə tez bir zamanda silah verməsələr, Rusiya Ukraynan

arrow Ətraflı
Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox kirliyəm, məni hamama aparın" like
  • 12 Fev 14:00  
Dünya Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox kirliyəm, məni hamama aparın"

Türkiyənin Hatay şəhərinin Yumak rayonundakı 7 mərtəbəli binanın dağ�

arrow Ətraflı
Pamela Anderson: “Uşaqlıqda rahibə olmaq arzusunda idim” like
  • 12 Fev 13:51  
Şou-biznes Pamela Anderson: “Uşaqlıqda rahibə olmaq arzusunda idim”

Amerikalı aktrisa və model Pamela Anderson kino ulduzu Dryu Berrimor ilə müs

arrow Ətraflı