Erməni mina terrorunun faciəvi nəticələrindən bəhs edən yeni nəşr “Gizli ölüm toxumları”


Digərləri 12 Fev 2023 14:57:00 193 0

Erməni mina terrorunun faciəvi nəticələrindən bəhs edən yeni nəşr  “Gizli ölüm toxumları”

Erməni işğalçıları qədim Qarabağ torpağı talan edilməklə yanaşı, burada yüz minlərlə mina yerləşdirib. Nəinki əsrlərlə burada yaşamış azərbaycanlılara, onların torpağına qarşı 30 il cinayətlər törətmiş düşmən yalnız tarlaları və təmas xətlərini deyil, həmçinin yolları, cığırları, aşırımları və hətta qəbiristanlıqları çoxsaylı minalarla doldurub. Onlar qurbanlarını gözləyir. Ermənilər özləri ilə ölüm və qan gətirmiş, geri çəkiləndə isə onları o günlərin qorxulu xatirəsi kimi saxlamışlar.

Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər nəticəsində mülki şəxslərin kütləvi şəkildə məhvinin qarşısı alındı, lakin bütün səylərə baxmayaraq, itkilər var. Dünya təcrübəsi göstərir ki, bu itkilər, təəssüf ki, qaçılmazdır. Mina partlayışları nəticəsində 282 vətəndaşımız mina qurbanı olub, ya da yaralanıb. Ermənistan tərəfi mina sahələrinin bütün xəritələrini Azərbaycana təqdim etməyib. Əldə olunmuş xəritələrin isə dörddə üç hissəsi yalan məlumatları əks etdirir. Azərbaycan minaaxtaranları tərəfindən 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkarlanması bunun bariz nümunəsidir.

Gizli ölüm tək bizim ölkədə deyil, bütün dünyada dinc sakinlər üçün əsl bəladır. Bir çox regionlarda silahlı münaqişələrdən xeyli vaxt keçsə də, minalardan ölüm halları baş verməkdədir. Bəzi yerlərdə isə müharibələr davam edir. Bu da o deməkdir ki, burada da minalar və partlamamış hərbi sursat (PHS) problemi olacaq. UNICEF-in məlumatına görə, 1975-ci ildən etibarən dünyada bir milyona yaxın insan mina partlaması nəticəsində həlak olub, onların üçdə birini 15 yaşadək uşaqlar təşkil edir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti isə minaların hər ay iki min insanın ölümünə səbəb olduğunu qeyd edir. BMT-nin statistikasına əsasən, dünyanın yetmiş ölkəsi üçün bu problem ən aktual olanlar sırasındadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan xalqının mina terroruna məruz qalmasının faciəvi nəticələrinə həsr olunmuş "Gizli ölüm toxumları" kitabında yer alıb.

Kitabın müəllifləri bu dəhşətli reallıqları xalqımızın acı təcrübəsinə əsaslanaraq nümayiş etdirir. Onlar azad edilmiş ərazilərdə yüzlərlə kilometr məsafə qət ediblər. Minaların və PHS axtarılması və təmizlənməsi proseslərini izləyiblər, mina terroru nəticəsində yaralanmış insanlarla söhbət ediblər. Bundan bəhs edən fotoşəkillər, beynəlxalq ekspertlərin rəyləri kitabın əsasını təşkil edir. "Gizli ölüm toxumları" kitabı Azərbaycan Xarici İşlər Nazirliyi, ANAMA və "PAŞA Həyat Sığorta" ASC-nin dəstəyi ilə çap olunub. Azərbaycan müxtəlif yollarla ölkəmizin qarşısında duran humanitar minatəmizləmə probleminin miqyası və mürəkkəbliyi məsələlərini beynəlxalq ictimaiyyətin gündəminə gətirməkdədir. Kitabın geniş təqdimatı və humanitar minatəmizləməyə həsr edilmiş müxtəlif tədbirlərdə istifadəsi gözlənilir. Kitab ingilis və rus dillərində işıq üzü görəcək.

Kitab "IRS Publishing House" nəşriyyatı tərəfindən hazırlanıb. Nəşriyyatın redaksiyasında Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislər çalışır. "PAŞA Həyat Sığorta" ASC ilə əməkdaşlıq etdiyi on il ərzində nəşriyyat diplom və mükafatlara layiq görülüb, müxtəlif dillərdə yazılmış bir çox kitab ərsəyə gətirib. Onların arasında "Qədim qalanın yuxuları", "Qobustan - minilliklərin kitabı", "Təbrizin sehrli nağılları", "Məftun edən şəhər", "Naxçıvan. Şərqin əfsanəsi", "Bakı simfoniyası", "Qarabağ. Əsirlərin salnaməsi", "Azərbaycan inciləri", "Daş keşikçilər", "Gəncə. Nizami yurdu", "Qarabağın qara kitabı", "Zəfər salnaməsi", "Salam, Azərbaycan!", "Şuşa. Zirvədən uca" və s. kitabları qeyd etmək mümkündür. Hazırda nəşriyyat Qarabağ və Şərqi Zəngəzurun dinc həyata qayıtmasından bəhs edən "Dirçəliş. Başlanğıc" kitabını çapa hazırlayır.

Serialdakı üzüyünü zərərçəkənlər üçün satdı like
  • 12 Fev 14:35  
Şou-biznes Serialdakı üzüyünü zərərçəkənlər üçün satdı

Türkiyəli aktyor Saruhan Hünel "Kaybolan Yıllar" serialında istif

arrow Ətraflı
Qərb dünyanı ölümcül təhlükəyə sürükləyir  Şeremet like
  • 12 Fev 14:23  
Dünya Qərb dünyanı ölümcül təhlükəyə sürükləyir Şeremet

Ukraynaya silah tədarükü ilə Qərb ölkələri dünyanı ölümcül təhlük

arrow Ətraflı
Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salınıb  FOTO like
  • 12 Fev 14:18  
Siyasət Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salınıb FOTO

Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun &qu

arrow Ətraflı
Kiyevə silah verməsək, Putin qalib gələcək  Duda like
  • 12 Fev 14:11  
Dünya Kiyevə silah verməsək, Putin qalib gələcək Duda

Qərb dövlətləri Kiyevə tez bir zamanda silah verməsələr, Rusiya Ukraynan

arrow Ətraflı
Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox kirliyəm, məni hamama aparın" like
  • 12 Fev 14:00  
Dünya Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox kirliyəm, məni hamama aparın"

Türkiyənin Hatay şəhərinin Yumak rayonundakı 7 mərtəbəli binanın dağ�

arrow Ətraflı
Pamela Anderson: “Uşaqlıqda rahibə olmaq arzusunda idim” like
  • 12 Fev 13:51  
Şou-biznes Pamela Anderson: “Uşaqlıqda rahibə olmaq arzusunda idim”

Amerikalı aktrisa və model Pamela Anderson kino ulduzu Dryu Berrimor ilə müs

arrow Ətraflı
147 saat sonra dağıntılar altından 10 yaşlı qız sağ çıxarıldı like
  • 12 Fev 13:40  
Digərləri 147 saat sonra dağıntılar altından 10 yaşlı qız sağ çıxarıldı

Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 147-ci saatında 10 y

arrow Ətraflı
"Roberta Metsolanın ünvanlandığı məktub Milli Məclisə çatmayıb" like
  • 12 Fev 13:33  
Siyasət "Roberta Metsolanın ünvanlandığı məktub Milli Məclisə çatmayıb"

Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsol

arrow Ətraflı
Eyyub Yaqubov da konsertini təxirə saldı like
  • 12 Fev 13:20  
Şou-biznes Eyyub Yaqubov da konsertini təxirə saldı

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı

arrow Ətraflı
Rusiya üçün İran vacib ölkə deyil  Markov like
  • 12 Fev 13:11  
Digərləri Rusiya üçün İran vacib ölkə deyil Markov

Rusiya İrana aviasiya və hava hücumuna qarşı müdafiə sistemləri ilə ba�

arrow Ətraflı
Pentaqon sözçüsü Kanada səmasında vurulmuş naməlum obyektdən danışdı like
  • 12 Fev 13:00  
Dünya Pentaqon sözçüsü Kanada səmasında vurulmuş naməlum obyektdən danışdı

Kanada hava məkanında vurulan naməlum obyekt əvvəlcə Alyaska səmasında g

arrow Ətraflı
Ana qızını 20 ilə yaxın əsarətdə saxladı  FOTO like
  • 12 Fev 12:51  
Dünya Ana qızını 20 ilə yaxın əsarətdə saxladı FOTO

Braziliyada yaşlı qadın 39 yaşlı qızını 20 ilə yaxındır qapalı şər

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlandı like
  • 12 Fev 12:40  
Digərləri Sabahın hava proqnozu açıqlandı

Fevralın 13-də gözlənilən hava şəraiti aşıqlanıb.

arrow Ətraflı
Bacısının ərinin başına fincan çırpdı, yaraladı like
  • 12 Fev 12:31  
Digərləri Bacısının ərinin başına fincan çırpdı, yaraladı

Masallı sakini bacısının ərinə xəsarət yetirib.

arrow Ətraflı
FHNin növbəti avtomobil karvanı Türkiyəyə çatıb  FOTO like
  • 12 Fev 12:23  
Digərləri FHNin növbəti avtomobil karvanı Türkiyəyə çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı