Yeganə Məmmədova məhkəmə zalından həbs edildi


Digərləri 10 Fev 2023 19:30:00 318 0

Yeganə Məmmədova məhkəmə zalından həbs edildi

Vətəndaşlara qarşı "şəbəkə biznesi" adı ilə külli miqdarda dələduzluq edən mütəşəkkil dəstənin daha bir üzvü məhkəmə zalından həbs edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan dəstənin işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə mütəşəkkil dəstənin üzvü Yeganə Məmmədova barəsində həbs qəti imkan tədbiri seçilib.

İttihama görə, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.

Müəyyən olunub ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində "İnsuccess" adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar.

Daha sonra onlar "OCOS" beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.

Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif ediblər, ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Xəyal Yəhyayeva və Gülarə Abdullayeva həbs edilsə də Y. Məmmədova haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Hatayda zəlzələdə dağılan binanın podratçısı xaricə qaçarkən yaxalandı like
  • 10 Fev 19:29  
Digərləri Hatayda zəlzələdə dağılan binanın podratçısı xaricə qaçarkən yaxalandı

Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı xaricə qaçm

arrow Ətraflı
Üçqat “Oskar” mükafatçısı vəfat etdi like
  • 10 Fev 19:20  
Şou-biznes Üçqat “Oskar” mükafatçısı vəfat etdi

Amerikalı pianoçu və bəstəkar, üç dəfə "Oskar" mükafatı lau

arrow Ətraflı
Bill Qeytsin yeni sevgilisi üzə çıxdı  FOTO like
  • 10 Fev 19:11  
Dünya Bill Qeytsin yeni sevgilisi üzə çıxdı FOTO

"Microsoft"un qurucusu Bill Qeyts bir ildir ki, "Oracle" şi

arrow Ətraflı
"Qış günü evimizdə qamışlıqdakı boyda ağcaqanadlar var"  VİDEO like
  • 10 Fev 19:00  
Digərləri "Qış günü evimizdə qamışlıqdakı boyda ağcaqanadlar var" VİDEO

Binanın zirzəmisini su basıb. Ətrafı qoxu bürüyüb.Sakinlər ağcaqanad v

arrow Ətraflı
Məşhur aktyorun yaxınları zəlzələdə həlak oldu  FOTO like
  • 10 Fev 18:51  
Digərləri Məşhur aktyorun yaxınları zəlzələdə həlak oldu FOTO

Türkiyənin məşhur aktyoru Erkan Petekkayanın ailəsinə ağır itki üz ver

arrow Ətraflı
Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq like
  • 10 Fev 18:21  
Siyasət Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq

Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təs

arrow Ətraflı
Əməkdar artist xəstəxanaya yerləşdirildi like
  • 10 Fev 18:20  
Şou-biznes Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Ağalar Bayramov xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Prezident bu qanunu təsdiqlədi like
  • 10 Fev 18:16  
Siyasət Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların

arrow Ətraflı
Əmək pensiyaları indeksləşdiriləcək like
  • 10 Fev 18:15  
Siyasət Əmək pensiyaları indeksləşdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyalarının indeksləşd

arrow Ətraflı
600 hektardan çox ərazi Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verildi like
  • 10 Fev 18:14  
Siyasət 600 hektardan çox ərazi Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verildi

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin

arrow Ətraflı
Braziliya İranın istəyini rədd etdi like
  • 10 Fev 18:11  
Dünya Braziliya İranın istəyini rədd etdi

Vaşinqtona səfər etməyi və Co Baydenlə görüşməyi planlaşdıran Brazil

arrow Ətraflı
Zaxarova Paşinyanı tənqid etdi like
  • 10 Fev 18:10  
Digərləri Zaxarova Paşinyanı tənqid etdi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan�

arrow Ətraflı