"Xatırlamıram", "ölçməmişik", "bilmirəm"... Nərminin işində ekspertin
Digərləri 09 Fev 2023 18:10:00 284 0
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Azərbaycanda bu evlərin qiyməti bahalaşacaq
Son.az teleqraf-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə vəkillərin vəsatəti ilə bağlı əlavə şahidlərin dindirilməsi mərhələsi həyata keçirilib.
Bunlar işlə bağlı rəy vermis ekspertlərdir. Çünki məhkəmə araşdırmaları zamanı ekspert rəylərilə bağlı xeyli ziddiyyətlər ortaya çıxıb. Prokuror ziddiyyətlərin olduğunu qəbul edib, ekspertlərin çağrılıb dindirilməsinə etiraz etməyib.
Bu gün keçirilən prosesdə 3 il öncə yanmış meyiti müayinə etmiş tibbi ekspertlərdən biri Nazim Rəhimov ifadə verib.
Hazırda Ağstafa rayonunda işlədiyini deyən Nazim Rəhimov vəkillərin suallarının bir çoxuna konkret cavab verə bilməyib. O, hətta imzaladığı rəyi xatırlamadığını bildirib.
Hakim şərait yaradıb ki, ekspert imzaladığı rəylə tanış olsun, bir çox məsələləri yadına salsın, nəyə imza atdığını atırlasın.
Azyaşlı Nərminlə bağlı şübhə yaradan məsələlərdən biri meyitin qan qrupu ilə onun şəxsiyyət vəsiqəsindəki qan qrupunun fərqli olmasıdır.
Bundan başqa, müdafiə tərəfi cinayət işinin materiallarında olan fotolara əsaslanaraq bildirir ki, meyitin boyu 10 yaşlı uşağın boyundan xeyli uzundur. Ekspert rəyində də meyitin boyunun ölçüsü göstərilməyib.
Vəkillərin sözlərinə görə, istənilən meyitin müayinəsində boyun ölçüsünün göstərilməsi vacibdir. Müdafiəçilər məhkəmədə dindirilən ekspert Nazim Rəhimovdan meyitin boy ölçüsünün rəydə niyə göstərilmədiyini soruşub. Ekspert isə "ölçməmişik" deyə cavab verib.
Vəkillər ekspertdən kürək nahiyəsi torpağın üstündə olduğu halda, sinə ilə eyni dərəcədə yanması, yaxud da geyimlər yanmadığı halda, bədənin kömürləşmə həddində yanmasının səbəbləri haqda soruşublar.
Lakin ekspert bu sualların da bir çoxuna "bilmirəm", "bu sualı qrupun rəhbəri Seyfulla müəllim cavablandıra bilər" kimi cavablar verib.
Ekspertin sözlərinə görə, meyit müayinəyə təqdim olunanda onlara məlumat verilmişdi ki, Tovuzda itkin düşmüş Nərmin Quliyevadır. Vəkillər ekspertdən soruşub ki, müayinədə azyaşlının yaxınlarından kimsə iştirak edirdimi?
Hakim müdaxilə edərək, bu sualı çıxarıb, nədənsə ekspertin bunu cavablandırmasına imkan verməyib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əmə
Mənfur düşmənimiz olan ermənilər yenidən təxribata əl atır.
Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkd�
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ailə üzvlərindən
Şimali Koreya lideri qızı ilə bu gün yenidən ictimaiyyət qarşısına ç�
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən ke�
"Adanada qohumum var, Fərid həkim. Həyat yoldaşım da onun sayəsində
Azərbaycanın Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında torpağın keyf
Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7.7 bal güc
Əsil adı Hikmet Ağca olan Knock Out ləqəbli repçi Hatayda 72 saatdan sonra
Ankarada sosial mediada canlı yayımaçaraq "Zəlzələ olsun" deyə
Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.